Ölkə futbolu
“Dinamo”nun baş məşqçisi: “Meydançaların vəziyyəti II Liqanın səviyyəsini aşağı salır”
II Liqada mübarizə aparan “Dinamo”nun baş məşqçisi İsmayıl Vəkiliqazicahaninin Futbolxeber.az saytına müsahibəsi
- İlin son turunda komandanız “Ağdaş”a 3:4 hesabı ilə uduzdu. Bu məğlubiyyəti nə ilə əlaqələndirmək olar?
- Oyuna yaxşı hazırlaşmışdıq. İli qələbə ilə başa vurmaq istəyirdik. Buna qədər son 2 matçda gözəl oyunla qələbə qazanmışdıq. Təəssüf ki, komandamızda olan bir problem yenə özünü büruzə verdi. Demirəm zəif, amma keyfiyyəti bizdən aşağı olan komandalarla matçda uşaqlar əziyyət çəkirlər. Bu cür rəqiblərlə görüşlərdə bacarıqlarını tam göstərə bilmirlər. Arxayınlaşırlar ki, rahat oynayacağıq və qələbə qazanacağıq. Qapıçının səhvindən sonra 2 qol buraxdıq. Digər iki qol da elə arxayınçılıqdan oldu. Bu məsələni yoluna qoymalıyıq.
- Ola bilər ki, “Hypers Guba” və “Göygöl” üzərindəki qələbələr futbolçularda arxayınlıq yaratsın?
- Son iki qələbə bizim üçün yaxşı nəticə idi. Lakin komandamızın əsasını gənclər təşkil edir. Onlar isə təcrübəli, tam peşəkar deyillər. Peşəkar futbolçu komandası relsə düşəndə bilir nə etmək lazımdır. Belə görünür ki, bizim futbolçuların hamısı bu vəziyyətdə nə etməli olduqlarını bilmirlər.
- 13 turdan sonra “Dinamo” “Şəmkir”lə birgə turnir cədvəlində 7-8-ci yerləri bölüşdürür. Mövsümün geridə qalan hissəsini komandanız üçün necə dəyərləndirirsiniz?
- Az əvvəl dediyim kimi, komandamızın əsasını gənclər, akademiyamımızın yetirmələri təşkil edir. Bu, bizim yolumuzdur. Necə deyərlər, öz yolumuzu tapmışıq. Gələcəyə baxırıq. Məqsədimiz Azərbaycan futboluna fayda verməkdir. İnanıram ki, yetirmələrimiz Azərbaycan futbolunda öz sözlərini deyəcəklər. Qarşıdan fasilə gəlir. Futbolçulara bir qədər istirahət verəcəyik. Daha sonra məşqləri bərpa edəcəyik. Fasilə müddətində çatışmazlıqları aradan qaldırmaq üçün tam gücümüzlə çalışacağıq.
- Siz qeyd etməsəniz də, görünən odur ki, istər oyun, istər nəticə baxımından “Dinamo”da irəliləyiş var.
- Bəli, komandamızda inkişaf var. Lakin bununla kifayətlənmək olmaz. Daha çox çalışmaq lazımdır.
- II Liqadakı rəqabəti, çempionatın səviyyəsini necə dəyərləndirirsiniz?
- Rəqabət yaxşıdır. Çempionatda güclü kollektivlər var. Əsas problem stadionlarla bağlıdır. Hətta mən deyərdim ki, meydançaların vəziyyəti II Liqanın səviyyəsini 60-70 faiz aşağı salır. Xüsusən də bölgələrdəki arenaların vəziyyəti ürəkaçan səviyyədə deyil. Qışda, qar və yaxud yağış yağdıqda meydançanın durumu lap pis vəziyyətə düşür. Bu halda komandalar əziyyət çəkirlər. Pis vəziyyətdə olan meydançalar futbolun keyfiyyətini aşağı salır.
- Liqa ilə bağlı müsbət məqam kimi nələri qeyd edə bilərsiniz?
- Təşkilatçılar liqanı maraqlı etmək üçün əllərindən gələni edirlər. Ayın ən yaxşı qolu layihəsini qeyd edə bilərəm. Komandamızın üzvü Valeh Seyidov da bu müsabiqədə qalib olub. Bu cür layihələr futbolçular üçün əlavə stimuldur.
Fərəc Aslanov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Millimizdən 5 qollu məğlubiyyət
- "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
- Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
- Litva millisi Bakıya böyük hesablı qələbə ilə gəlir
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Azərbaycan millisi bu dəfə qapısında 8 qol gördü
- “Sumqayıt”ın məşqçi heyəti Qanvermə aksiyasında iştirak edib
- Entoni Doherti Azərbaycan millisinə vurduqları 5 qoldan danışdı
- U-21 millimiz Şotlandiyada "5 aldı"
- Azərbaycan Basketbol Liqasının qalibi 1 milyon 400 min manat mükafat qazanacaq
-
23:09
"Turan tovuz" 3 xalı 3 qolla qazandı VİDEO
-
22:51
Azərbaycan cüdoçusu İtaliyada Avropa çempionu olub
-
21:44
Prezident İlham Əliyev İspaniya millisini belə mükafatlandırdı FOTOLENT
-
21:17
Kurban Berdıyevdan qələbə şərhi
-
20:25
“Turan Tovuz” “Sabah”ı məğlub etdi
-
19:36
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
-
19:00
İspaniya millisi Bakıda dünya çempionu oldu
-
18:42
II Liqada həftənin hakimləri
-
18:05
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
-
17:18
Tovuzda heyətlər açıqlandı
-
16:59
Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
-
16:33
Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
-
15:24
Sabiq “Sumqayıt”lı Hindistan klubunda
-
14:41
AMADA antidopinq təhsilində süni intellektin tətbiqi ilə bağlı beynəlxalq vebinarda təmsil olunub
-
14:15
Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb
-
13:57
Famil Xəlilov: “Əsas işi klublar görməlidir”
-
12:36
DÇ: Millimiz Əfqanıstana uduzdu, 84-cü oldu
-
12:00
"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
-
11:25
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
-
11:12
“Marafon”dan ilk
-
10:48
Denis Marandiçi: “Ağır zədədən sonra mübarizələrdən qorxmuram”
-
10:23
Ronaldo het-trik etdi VİDEO
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Zamiq Əliyevin komandası liderliyə yüksəldi
-
09:31
"Fiorentina" - "Atalanta" matçında 4 qol VİDEO
-
09:17
Cüdoçularımızın Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşib
-
09:00
"Turan" Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
21:39
Stoiçkov Bakıda 120-dən çox uşağın iştirak etdiyi futbol festivalına qatıldı
-
20:52
Rəşad Yelkiyev "Böyük Dəbilqə" turnirində bürünc medala sahib çıxıb
-
20:31
Millimiz Vyetnama məğlub oldu
-
19:00
Balabəy Ağayev Əbu-Dabidə qızıl medal qazanıb
-
18:43
Könül Əliyevadan "Böyük Dəbilqə"də tarixi nəticə
-
18:25
“Neftçi” "Şamaxı" ilə oyunun hazırlığını davam etdirir
-
17:16
1/8 finalın bütün cütləri bilindi
-
16:54
Azərbaycan kubokunda II mərhələyə yekun vuruldu
-
16:37
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib
-
16:08
Xristo Stoiçkov Bakıda
-
15:25
Azərbaycan millisi Asiya Kubokunda qızıl medal qazanıb
-
14:42
Azərbaycan klubunun kapitanı FIBA Avropa Kubokunda tarixi nəticəyə imza atıb
-
14:19
Dünya çempionatı: üç güləşçimiz uduzdu
-
13:51
Azərbaycanda məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir
-
13:00
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
-
12:43
"Yuventus" səfərdə xalsız qaldı VİDEO
-
12:28
X turun hakim təyinatları açıqlandı
-
11:56
Azərbaycanlı gənc futbolçu İspaniya klubunda
-
11:34
"Napoli"dən 4 qollu qələbə VİDEO
-
11:17
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Yaxşı mənada təəccübləndirdilər”
-
10:45
"İnter" sonda sevindi VİDEO
-
10:22
Bədavi Hüseynov: “Neftçi” ilə oyunda qazanılan xal qızıla bərabərdir”
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
30.10.2026
29.10.2026
























