16 Fevral 2026, Bazar ertəsi
Rəşad Sadıqovla 100-cü qələbə
Demçenko: “Futbolçularım döyüşdülər”
Saşa İliç: “Məğlub olmamalıydıq”
“Ən ucuz qolları biz buraxırıq”

Ölkə futbolu

PFL “Ayın qolu” müsabiqəsi ilə bağlı dəyişiklik etdi

Peşəkar Futbol Liqasının (PFL) Premyer Liqa, I Liqa və II Liqa yarışlarında həyata keçirdiyi “Ayın qolu” layihəsinin şərtləri dəyişdirilib.

Fubtolxeber.az saytının PFL-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qaliblər artıq qurumun feysbuk səhifəsindəki səsvermə nəticəsində yox, xüsusi seçilmiş 11 nəfərlik münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək.

Münsiflər heyəti aşağıdakı şəxslərdən ibarətdir:

1. Elxan Səmədov - Peşəkar Futbol Liqasının prezidenti

2. Fernandu Santuş - Milli komandanın baş məşqçisi

3. Tural Piriyev - Futbolun İnkişafı Fondunun icraçı direktoru

4. Volkan Üst - “CBC Sport” telekanalının baş direktoru

5. Cahangir Həsənzadə - AFFA-nın texniki direktoru

6. Ağasəlim Mircavadov - AFFA-nın Məşqçilər Komitəsinin üzvü

7. Nazim Əliyev - futbol mütəxəssisi

8. Nazim Süleymanov - futbol mütəxəssisi

9. Arif Əsədov - futbol mütəxəssisi

10. Aslan Kərimov - futbol mütəxəssisi

11. Mahmud Qurbanov - futbol mütəxəssisi

Məlumatda bu da qeyd olunub ki, səsvermə nəticəsində bərabərlik olarsa, yekun qərarın verilməsi Peşəkar Futbol Liqasının səlahiyyətləri daxilindədir.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28