29 Avqust 2026, Şənbə
Denzel Jubitana “Neftçi”də
III turun hakim təyinatları açıqlandı
"Qarabağ"ın "Xaric segah"ı...
"Qarabağ" "Tvente"yə məğlub oldu

Ölkə futbolu

Flavinyo: “Bu cəzaya layiq deyildim”

“Neftçi” PFK-nın futbolçusu Flavinyo AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin qərarına münasibət bildirib. Futbolxeber.az-ın məlumatına görə, klubun rəsmi saytına danışan braziliyalı futbolçu bu cəzaya layiq olmadığını qeyd edib: “AFFA-nın Apellyasiya və Ekspert Komitəsinə “Neftçi” PFK ilə yanaşı, şəxsən özüm də müraciət etmişdim. Dünən məşqdən sonra federasiyada oldum. Özüm də bu iclasda iştirak etmək istəyirdim. Komitə üzvləri qarşısında fikirlərimi bildirdim. Mənimlə yanaşı, baş hakim Rəhim Həsənov da orada idi və onun da fikirləri dinlənildi. Futbolçunun vəzifəsi meydanda futbol oynamaqdır. Gələcəkdə hakimlər ədalətli qərarları ilə elə etməlidirlər ki, belə toplantılara ehtiyac olmasın. Rəhimlə də görüşüb səmimi söhbət etdik. Çox sevindiricidir ki, o da öz səhvlərini dərk edir. Gənc FİFA referisidir, əsas odur ki, öz üzərində daima çalışsın. Ona gələcəkdə Çempionlar Liqası və Avropa Liqasının qrup oyunlarını idarə etməyi arzulayıram. Eşitmişəm ki, Azərbaycanda çox güclü hakimlər olub. Elə “Qarabağ”la keçirəcəyimiz oyun da dünya şöhrətli hakim Tofiq Bəhramovun adını daşıyan stadionda olacaq. Dünənki toplantı gec başa çatdığından, hansı qərarın qəbul ediləcəyini bilmirdim. Bu gün səhər qərarla tanış oldum və cəzamın yüngülləşdirilməsinə sevindim. Çünki həqiqətən də bu cəzaya layiq deyildim”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31