Ölkə futbolu
Ayxan Abbasov: “Bu gün qələbəyə layiq idik”
“Evdə ilk oyunumuz idi. Nəhayət ki, Şamaxıda oynaya bildik. Rəqib “Neftçi” idi, istəmirdik ki, bu gün uduzaq. Gözlədiyimdən də dinamik oyun keçdi. Biz və rəqib oyununu tempini yüksək tutdu. Bilirdik ki, hər iki komanda qalib gəlmək istəyir, “Neftçi” yuxarı pillədən qopmamaq üçün bu oyuna qələbə üçün çıxacaq. Oyun baxımından komandadan çox razı qaldım”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının V turunda “Neftçi” ilə qolsuz bərabərə qaldıqları oyun barədə danışarkən deyib.
O qeyd edib ki, komandası sona yaxın yorulub: “Amma bu gün qələbəyə layiq idik. Son nöqtəni qoymaqda çatmadı. Buna da vaxt lazımdır. Real baxsaq, bir ayda buna nail olmuşuqsa, oynadığımız komandaların hamısı ilk turlardan iddialı idi. Şükürlər olsun ki, istədiyimiz xalı yığmışıq. Komanda o təzyiqdə deyil. Amma sona qədər mübarizə gedəcək, özü də gərgin. Millinin fasiləsindən səmərəli istifadə etmək istəyirik ki, futbolçular performanslarını daha da yaxşılaşdırsınlar. “Neftçi”yə də uğurlar”.
A.Abbasov sona yaxın hakimlərlə arasında yaranan narazılığa belə aydınlıq gətirib: “Əvəzləmə yox, ikinci məşqçinin ayaq üstə dayanmasına etiraz etdi və sarı vərəqə verdi. Qaydalar çox şey deyir, bilirik. Amma futbol emosional oyundur. Hər kəs bütün liqaları izləyir, avrokuboklarda xarici hakimləri görürük. Əsgər intizamı ediblər dördüncü hakimi. Yəqin ki, tələb edirlər. Xəbərdarlıq vermələri normaldır. Amma xətti tapdaladın, xətti keçdin... Nə bilim. İtaliya A seriyasına baxırsan, məşqçilər meydançanın içərisindədir. Bizdə də olur, bəzi məşqçilər meydana girir, ona güzəştə gedirlər. Dördüncü hakimlə məsələ bu idi, başqa heç nə”.
Mütəxəssis “Şamaxı”nın Premyer Liqadakı məqsədi barədə bunları söyləyib: “Mövsümdən əvvəl futbol mediası, mütəxəssislər müzakirələr aparırlar, çempionluqda “Qarabağ”a rəqib olmadığını deyirik. “Zirə”, “Sabah”, “Neftçi” böyük klub olduğuna və həmişə yüksək yerlər üçün oynadığına görə, deyirik ki, “Qarabağ”a rəqib ola bilər. Amma digər komandalar var ki, büdcəsi imkan verir ki, avrokuboklara cəhd etsinlər. Onlar da böyük transferlər ediblər. Yaxşı başlayanlar da var. Bizim kimi komandaların məqsədi mübarizə aparmaqdır. Klub olaraq böyümək üçün Premyer Liqada qalmalısan. Qalmırsansa, bütün planların alt-üst olacaq. Öncə yüksək liqada qalmaq istəyirik, sonra vəziyyətə baxacağıq. Ötən mövsüm liqadan əvvəl, statistika alt-üst oldu, “Qəbələ” Premyer Liqadan düşdü. Hər şey büdcə, hər şey böyük klub olmaq deyil. Çempionatımız sürprizləri sevir. Sona qədər vuruşacağıq. Məqsədimiz vuruşmaqdır”.
“Sabah”, “Zirə” və “Neftçi”dən xallar almağı bacardız. “Turan Tovuz”da olanda da, bunu edə bilmişdiz. Sizinlə bağlı məsələdir, yoxsa futbolçular iddialı rəqiblərə qarşı xüsusi hazırlaşır?” sualını A.Annasov belə cavablandırıb: “Necə deyim, düz çıxsın? Bizdə yerli məşqçilərin işinə o qədər də qiymət vermirlər. Yəqin ki, burada xarici mütəxəssis olsaydı, başqa cür deyilərdi. Bu gün burada, başqa klubda gördüyümüz iş asan deyil. Kənardan kimsə qəbul etmir. Amma bu gün tək özümü aid etmirəm, Premyer Liqada yerli məşqçilər iş görür, əziyyət çəkir. Lazım olan dəstək yoxdur. Klublarımızda idarəçilikdə böyük problemlər var. Daha doğrusu, azdır. Bizdə məşqçi, futbolçu var, idarəçilər azdır. Ona görə görülən işi bir gündə unuduruq. Premyer Liqadan düşə də bilərik. Rəhbərliyə söz vermişəm. Birinci liqadan gələn komandaya tez bir zamanda legioner gətirmək, komanda qurmaq kənardan asan görünə bilər. Amma belə deyil. Tək mən yox, məşqçilər, mənə inanan rəhbərliyin əməyi var. Məşqçi rəhbərlikdən asılıdır. Rəhbərlik inansa, məşqçi işləyəcək. İnanmasa, orada nəticə olmayacaq”.
İbrahim Cəfərov, Şamaxı
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
-
10:17
Yenidənqurmadan sonra Xankəndidə keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
-
09:52
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
-
09:30
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
11.11.2026
10.11.2026
09.11.2026
























