4 Avqust 2026, Çərşənbə axşamı
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq

Ölkə futbolu

Əvvəl Qurban Qurbanov, sonra Sergey Yakiroviç

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Dinamo” (Zaqreb) matçından öncə təşkil ediləcək mətbuat konfransları və açıq məşqlərin vaxtları məlum olub.
 
Futbolxeber.az saytının klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov avqustun 27-də, saat 17:30-da Tofiq Bəhramov adına Respublika stadionunda jurnalistlər önünə çıxacaq.
 
Komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) saat 18:00-da başlayacaq.
 
Qonaq komandanın açıq məşqi saat 19:45-də, baş məşqçi Sergey Yakiroviçin mətbuat konfransı isə 19:15-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.
 
Qeyd edək ki, avqustun 28-də keçiriləcək “Qarabağ” - “Dinamo” görüşü saat 20:45-də başlayacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31