Ölkə futbolu
Rəşad Sadıqov: “Bu stadionda texnikalı futbol oynamaq çətindir”
“Qarabağ”ı möhtəşəm qələbə münasibətilə təbrik edirəm. Sabahkı matçlarda "Sabah"a və özümüzə uğurlar arzulayıram. Allah qoysa, hər iki komanda mərhələni keçər. İlk dəfə üç klubumuz pley-off-da oynayır”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.
Sabah UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin cavab görüşü çərçivəsində “Zirə” Bakıda Xorvatiya “Osiyek”ini qəbul edəcək. Oyundan öncə təşkil edilən mətbuat konfransında Sadıqov matçın əhəmiyyətini dərk etdiklərini bildirib: “Oyundan öncə danışmaq çətindir. Hamı bilir ki, önəmli matça çıxacağıq. Hamımız oyunun əhəmiyyətini yaxşı dərk edirik. Gərgin qarşılaşma olacaq. Hər iki komanda mərhələni keçməyə çalışacaq. İki komandanın da yetərincə usta, ambisiyalı futbolçuları var ki, nəticə üçün çalışacaqlar. Necə olacaq, onu zaman göstərəcək. Məni məyus edən tərəf meydançanın yaxşı durumda olmamasıdır. Bunu əvvəlki oyunlarda da hiss etmişdik. Mətbuat konfransından əvvəl meydançaya baxdım. Bir az da pisləşib. Hər iki komandanın futbolçuları üçün texnikalı oyuna mane ola bilər. Şərtlər iki komanda üçün də eynidir. Hər şeyi edəcəyik ki, nəticə bizim üçün yaxşı olsun”.
O qeyd edib ki, mövsüm hələ yeni başlayıb, hədəflərdən danışmaq erkəndir: “Klub olaraq qarşımıza ən azından bir mərəhələ keçmək hədəfi qoymuşduq. Amma hazırda o haqda düşünmürük. Çalışırıq ki, qarşıdakı oyunu düşünək. Anlayırıq ki, sabahkı matç bizim üçün çox önəmlidir. Klub rəhbərliyi, futbolçular və məşqçilər üçün də önəmlidir. Qarşımızda çox təcrübəli komanda var. "Dinamo"ya qarşı da yaxşı oyun keçirdilər. Son anda qol buraxıb, məğlub oldular. Çempionatda da klub rəhbərliyi qarşımıza xüsusi tapşırıq qoymur. Həmişə tələb edir ki, komanda inkişaf etsin, əzmkar kollektiv olsun. Bu gün də qarşımızda xüsusi məqsəd yoxdur. Amma yeni növbəti mövsümdə də avrokuboklarda çıxış etmək istəyirik. Uğurlu başlamışıq. Amma klubların iddiasını görürük. Çempionluğa əsas namizəd "Qarabağ"dır. "Neftçi" və "Sabah" da onlara rəqibdir. 5-6 komanda dördlük uğrunda amansız mübarizə aparacaq. Bunu ilk turdan da hiss etmək olur. "Sabah" da iddiasını ortaya qoyub. "Turan Tovuz" da yaxşı oynayır. Məncə, keçənilki liqanın davamı olacaq. Proqnoz vermək çətin olacaq. Kimsə ikinci də ola bilər, altıncı da”.
Təcrübəli mütəxəssis indi yeni transfer barədə düşünmədiyini söyləyib: “Hazırda bu haqda danışmaq istəmirəm. Aktual məsələ sabahkı oyundur. Nə oyunçulara baxırıq, nə başqa nəyəsə”.
R.Sadıqov bildirib ki, "Şerif"lə və "DAK 1904" klubları ilə ilk oyunlardan sonra narahatlıq olsa da, indi yoxdur: “Səfər qolu qüvvədə olsaydı, indi də olardı. Lakin səfər qolunun üstünlüyü yoxdur. "Osiyek"lə görüşdə də çox diqqətli olmalıyıq. Onlar bizim səhvimizdən istifadə edə bilər, biz də onların. Bu dəfə narahat deyiləm. Hiss edirəm ki, futbolçular da bilir ki, bizi necə oyun gözləyir”.
“Zirə”nin çalışdırıcısı heyətlə bağlı danışmaq istəməyib: “Əlimizdə geniş heyət var. Hər futbolçu ilk dəqiqədən də başlaya bilər, sonradan da oyuna qoşula bilər. Sabah çalışacağıq ki, dəyişikliklər də effektli alınsın. Ən ağır yük bəlkə də bizdədir. “Sabah”la oyundan sonra yüngül bərpa məşq oldu. Dünən də istirahət etdik. Futbolçulara yaxşı istirahət lazım idi ki, oyun günü gümrah olsunlar. Bir gün vaxtımız var. Hazırıq”.
Sadıqov paytaxtdakı bəzi stadionların ot örtüyünün durumunun yaxşı olmamasına belə münasibət bildirib: “Təəssüflər olsun ki, avrokuboklarda ev oyunlarını öz meydanımızda keçirə bilmirik. Mən "Qarabağ"da oynayanda bundan şəraiti zəif olan stadionlarda oyun keçirməyə imkan verirdilər. Çox istəyərdik ki, Zirədə oynayaq. Bura bizim öz meydançamız deyil, çox şey tələb edə bilmirik. Amma stadion rəhbərliyi nəzarə almalıdır ki, burada avrokubok oyunu olacaq. "Şerif"lə oyunda da rəqib təzyiq edəndə, meydanın vəziyyəti imkan vermirdi ki, pressinqdən çıxaq. Bu stadionda texnikalı futbol oynamaq çətindir. Görək də, sabah necə olacaq. Çox məyusedici amildir. Bu qədər vəsait ayrılıb, meydançaların vəziyyəti niyə belədir, bilmirəm. Səfərdəki matçlara baxın, komandamız daha inamlı, daha texnikalı oynayır. O da ot örtüyü amili ilə bağlı idi. Rəqiblərin meydançaları ideal idi. Amma evdə tam əksini görürük. Ümid edirəm ki, meydança sabah bizə hansısa maneçilik törətməyəcək”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
23:33
Ehtiram Quliyev: “Bu gün bir xal qazanmadıq, iki xal itirdik”
-
23:00
Prezident milli üzvləri ilə görüşdü: “Bütün qollar bir-birindən gözəl idi” FOTOLENT
-
22:14
Vernidub: “Bunu həzm edib, irəliyə baxmaq lazımdır”
-
21:49
"Neftçi" - "Turan Tovuz" matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
21:22
Kurban Berdıyev: “Xal itirdik”
-
21:07
İki güləşçimiz dünya çempionatının finalında
-
20:56
“Neftçi” qələbəni əldən verdi
-
20:51
DÇ: Millimizdən darmadağın
-
20:38
"Kəpəz"dən əzmkar qələbə VİDEO
-
20:25
Bakıda U-15 dünya çempionatının açılış mərasimi keçirilib
-
18:13
"Neftçi" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
15:59
Şahmatçılarımız Avropa Kubokunda 2 medal qazanıblar
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
-
19:37
3 boksçumuz Avropa çempionatının finalında
-
19:21
"Araz-Naxçıvan" - "Qəbələ" matçında 3 qol VİDEO
-
18:58
Maksimov: “Qolları rəqibə hədiyyə etdik”
-
18:45
Bekiri: “Qələbə çox vacib idi”
-
18:16
“Zirə” - “Sumqayıt”: Heyətlər müəyyənləşdi
-
17:33
Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib
-
17:09
Voleybol millimiz Polşa ilə bacarmadı
-
16:42
Keyn mövsümün ən yaxşısı seçildi
-
16:27
Qitələrarası Kubokunun finalının yeri və vaxtı bilindi
-
16:00
İsa Suliman “Sumqayıt”ın U-15 komandasının məşqində iştirak edib VİDEO
-
15:15
"Şəfa"nın baş məşqçisi 5 oyunluq cəzalanıb
-
14:41
Arsen Venger Hövsan Yarış Kompleksində olub
-
14:24
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
-
14:06
Hövsan dünya çempionatına tam hazırdır
-
13:53
AFFA klub rəhbərini 4 oyunluq cəzalandırdı
-
13:39
Füzuli Məmmədov fərqi və ya 6 xallıq qələbə
-
13:12
"Real" Arda ilə yeni müqavilə imzaladı
-
13:00
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
24.10.2026
23.10.2026
























