6 Avqust 2026, Cümə axşamı
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

Melnik cavab oyunundan öncə “Fehervar”ı favorit görmür: “Bir qol gedişatı dəyişə bilər”

“Bizim üçün çox çətin oyun oldu”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Fehervar”ın yarımmüdafiəçisi Boqdan Melnik UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Sumqayıt”a 2:1 hesabı ilə qalib gəldikləri matç barədə danışarkən deyib.

Ukraynalı futbolçu “Sumqayıt”ın güclü rəqib olduğunu bildirib: "Əvvəldən də bilirdik ki, püşk bizim üçün uğurlu alınmayıb. Çünki qarşımızda yaxşı komanda var idi. “Sumqayıt” həqiqətən də güclü rəqibdir”.

27 yaşlı yarımmüdafiəçi rəqib haqda məlumatlı olduqlarını söyləyib: “Sumqayıt”ı yaxşı analiz etmişdik. Baş məşqçimiz də rəqib haqda bütün lazımi məlumatları bizə çatdırmışdı”.

İlk matçda Sumqayıtda qalib gəlmələrinə baxmayaraq, Boqdan Melnik hələlik mərhələ adlamadıqlarını düşünür: “Şanslar həmişə 50-nin 50-dir. Çünki vurulacaq bir qol oyunun gedişatını dəyişə bilər. Amma biz əlimizdən gələni edəcəyik ki, ikinci görüşdə də qələbə qazanmaqla mərhələ adlayaq”.

Fərəc ASLANOV

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31