Ölkə futbolu
Vobay: "Azərbaycan çempionatında mübarizə getdikcə çətinləşir" (Müsahibə)
Müqavilə ilə "Neftçi"yə məxsus olan, lakin icarə əsasında BƏƏ-nin “Əl Şaab” klubunda forma geyən Julius Vobay "ağ-qaralar"ın rəsmi saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- Mövsümün əvvəlindən BƏƏ-nin “Əl Şaab” klubunda oynayırsan. Yeni mühitə və komandaya uyğunlaşa bilmisən?
- Düzünü desəm bura ilk gəldiyim günlər Bakı üçün və oradakı dostlarım üçün daha çox darıxırdım. Yeni insanlarla münasibət qurmağa vaxt lazım idi. Bildiyimə görə buradakı oyunumu Azərbaycanda da maraqla izləyirlər. Sevinirəm ki, məxsus olduğum “Neftçi” klubu da məni daim nəzarətdə saxlayır. Komandamın rəsmi internet səhifəsində burada vurduğum qollar və ötürmələr yerləşdirilmişdi. Həqiqətən bu məni çox ruhlandırır və qürurlandırır. Azərbaycanla BƏƏ-nin təbiəti fərqlidir. Müsəlman olduğum üçün həm Bakıda, həm də burada özümü rahat hiss edirəm. BƏƏ-də müxtəlif millətlərin nümayəndələri var deyə ortaq dil kimi ingilis dili işlənir və buna görə də ünsiyyət problemi yaşamadım. Yeni komandamda da çoxlu dostlarım var.
- “Neftçi”nin səninlə daim maraqlandığını dedin, sən necə komandanın oyununu izləyə bilirsənmi?
- Əlbəttə ki, “Neftçi”nin oyunlarından əsas məqamları internet vasitəsilə izləyirəm. Sevinirəm ki, bizimkilər indi də çempionatın liderlər qrupundadır. Etiraf eləmək lazımdı ki, Azərbaycan çempionatında mübarizə getdikcə çətinləşir. Amma mənim favoritim təbii ki, “Neftçi”dir. Komandada güclü rəqabətin olduğu hiss edilir. Ötən mövsüm mən oynadığım mövqedə, bu il Araz Abdullayev meydana çıxır. Komandaya nə qədər xeyir verdiyi də göz qabağındadır. Nforun da gözəl oyunu bir Afrikalı kimi məni sevindirməyə bilməz. “Neftçi” ən çətin anlarda belə toparlanmağı bacaran komandadı inanıram ki, 4-cü çempionluğu qazanacaq. Bildiyimə görə komandaya yeni baş məşqçi təyin edilib. Nazim Süleymanova da işlərində uğurlar arzulayıram.
- BƏƏ-nin çempionatının səviyyəsi necədir və komandanızın çıxışı barədə nə deyə bilərsən?
- Mübarizə baxımından BƏƏ-nin çempionatı Azərbaycan Premyer Liqasına çox bənzəyir. Burada da futbolçular daha çox texnikalı, fərdi oyuna üstünlük verilir. Elə “Neftçi”nin özündə elə futbolçular var ki, burada rahatlıqla çıxış edə bilərlər. Dediyim kimi bir az hava şəraiti fərqlidir amma ona da uyğunlaşarlar. Demək olar ki, hər oyunda iştirak edirəm və deyim ki, pis də alınmır. Mən çempion komandada çıxış etmişəm və hazırki vəziyyətlə razılaşa bilmərəm. Komanda olaraq hələlik istədiyimiz nəticələri qazana bilməmişik. Rəqibdən üstün olduğumuz bəzi oyunlarda sadəcə bəxtimiz gətirməyib. Fikrimcə növbəti oyunlarda qələbə qazanaraq turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdıracağıq.
- Vobay “Neftçi” azarkeşlərinin sevimli futbolçularından biri olub və indi də belədir. Bəs “Əl Şaab” tərəfdarlarının sənə münasibəti necədir?
- Harada oynamağımdan asılı olmayaraq çalışıram ki, azarkeşlərin sevgisini qazanım. Əgər onlar səni qəbul etmirsə komandaya xeyrin dəyə bilməz. “Neftçi”də azarkeşlərin bu dəstəyini qazana bilmişdim. İndi Bakıdan çox uzaqdayam amma komanda yoldaşlarımla yanaşı azarkeşlər də məni unutmurlar.
- Vobay “Neftçi” ilə qazandığı uğurların davamını gətirmək istəyirmi?
- Niyə də yox? “Neftçi” mənim üçün karyeramın zirvəsidir. Üstəlik müqavilə ilə “Neftçi” PFK-ya məxsusam. Amma təkcə mənim qərar verməyim kifayət deyil. Mövsümün sonunda “Əl Şaab” klubu ilə icarə müddəti başa çatır. Bundan sonra karyeramı harada davam etdirəcəyimə də “Neftçi” PFK qərar verəcək. Şəxsi fikrimi bilmək stəyirsinizsə, təbii i, “Neftçi” ilə avrokuboklarda yeni tarix yazmaq istəyirəm. Həmin hissəri təkrar yaşamaq çox gözəl olardı. Bunun üçün gərək daim ideal formada olasan. Fürsətdən istifadə edib bir daha bütün Azərbaycana salamlarımı yollayıram. İnanıram ki, “Neftçi” mövsümün sonunda çempion olacaq və mən də qayıdıb komandam üçün avrokuboklarda əlimdən gələn köməyi edəcəyəm.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- Elvin Camalov “Neftçi”dən getdi
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
-
20:18
“Turan Tovuz” - “Fənərbaxça” oyununun vaxtı açıqlandı
-
19:25
“Dinamo”dan əzmkar qələbə
-
18:53
Azərbaycanın çimərlik voleybolçuları Avropa çempionatında iştirak ediblər
-
18:36
“Sumqayıt”da türkiyəli baş məşqçi
-
18:09
AMADA "Qarabağ"ın U-19 komandası üçün seminar keçirib
-
17:44
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
-
17:21
"Neftçi" monteneqrolu hücumçu transfer etdi
-
17:00
FIFA U-15 dünya çempionatı ilə bağlı Azərbaycana gələnlər üçün viza prosedurları sadələşdirilib
-
16:37
Atletika Federasiyasının təşkilatçılığı ilə məşqçilər üçün seminar
-
16:12
Sessi D`Almeyda Benin millisinə dəvət olunub
-
15:58
“Araz-Naxçıvan” Cavid Hüseynovla yollarını ayırdı
-
15:25
"Naxçıvan" amerikalı basketbolçu ilə güclənib
-
15:03
“Sumqayıt”ın iki legioneri yığmaya çağırılıb
-
14:46
Formula 1-dən Azərbaycanla bağlı paylaşım: “Biz yenə Bakıdayıq!”
-
14:19
“Zirə”nin üç legionerinə millidən dəvət
-
13:54
"Sumqayıt"dan iki legioner transferi
-
13:31
“İmişli”dən yeni kampaniya: “göndər-qaytar”
-
13:00
Nazim Umbayev Bakıdakı dünya çempionatına təyinat alıb
-
12:47
Azərbaycan Basketbol Liqasında iştirakçı klubların siyahısında dəyişiklik edilib
-
12:22
"Bayer Leverkuzen"in qələbəsi VİDEO
-
12:08
Daha 3 boksçumuz Avropa çempionatının 1/4 finalına yüksəlib
-
11:53
"Fiorentina" - "Napoli" matçında qalib aşkarlanmadı VİDEO
-
11:35
"Neftçi"dən yubiley qələbəsi
-
11:16
"Milan" "Leççe"yə şans tanımadı VİDEO
-
10:59
"Kəpəz"in 150-ci heç-heçəsini edib
-
10:44
"Yuventus" "Atalanta"nı məğlub etdi VİDEO
-
10:21
Zamiq oynadı, komandası qalib gəldi
-
10:07
"Mançester Yunayted" sonda məğlubiyyətdən qaçdı VİDEO
-
09:52
Azərbaycan atleti dünya çempionatında 91-ci yeri tutub
-
09:30
"Fənərbaxça"dan 8 qol VİDEO
-
23:38
Azərbaycan cüdoçusu dünya çempionu oldu
-
22:02
"Kəpəz" - "Sumqayıt" matçında qarşılıqlı qollar VİDEO
-
21:43
Filipe Kandido: "Premyer Liqanın inkişafını istəyiriksə, futbola hörmət etməliyik"
-
20:55
"Sumqayıt" qələbəni əldən verdi
-
19:27
Azər Bağırov: “Qol epizodlarından istifadə etmədikcə, qarşılığını görürsən”
-
19:19
"Şamaxı" "Araz-Naxçıvan"ı məğlub etdi VİDEO
-
19:00
Zaur İsmayılov: “Müdafiədə kobud səhvlərimiz olur”
-
15:54
"Barselona"nın qələbəsi VİDEO
-
15:36
Bakıda “Koreya Səfiri Kuboku” keçiriləcək
-
15:01
Azərbaycandan ayrılıb, Liviya klubuna keçdi
-
14:28
Abdullazadənin komandası yenə uduzdu
-
13:42
Azərbaycanın fiqurlu konkisürənləri Ankarada Qran-pri yarışında iştirak ediblər
-
13:15
İki boksçumuz Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb
-
12:53
Tovuzda baş verənlərə reaksiyam: “Nu i?”
-
12:30
"Latsio" səfərdə sevindi VİDEO
-
12:07
Naxçıvanda "Velo Fest" velosiped festivalı keçirilib
-
11:49
"Roma - "İnter" matçında 4 qol VİDEO
-
11:24
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:56
"Borussiya" 3 xalı tək qolla qazandı VİDEO
-
10:31
Toral start heyətdə meydana çıxdı, ilk hissədə əvəzləndi
21.09.2026
20.09.2026
























