Ölkə futbolu
Aslan Şahgəldiyev: “PFL-də nəinki on beş, heç bir il də qalacağımı gözləmirdim”
Bu gün 16 yaşını qeyd edən Peşəkar Futbol Liqasının (PFL) vitse-prezidenti Aslan Şahgəldiyevin Futbolxeber.az saytına müsahibəsi
- Bu gün Peşəkar Futbol Liqasının 16 yaşı tamam olur. Bu münasibətlə Sizi və kollektivinizi təbrik edirik. Əvvəlcə istərdik xoş gündə ürək sözlərinizi eşidək.
- İlk öncə sizə təşəkkürümüzü bildiririk ki, Peşəkar Futbol Liqasının (PFL) yaranma gününü unutmamısınız, bizi yada salırsınız. Xoş gündə ancaq xoş əhval-ruhiyyədə olmaq lazımdır. Mən də PFL-in kollektivini, qurumun ilk prezidenti Ramin Musayevi təbrik edirəm. PFL-in yaranmasında və sonrakı xidmətlərində onun böyük rolu olub. PFL-in indiki prezidenti Elxan Səmədovu təbrik edirəm. Qurumun böyüməsində, daha da inkişaf etməsində Elxan müəllimin zəhməti danılmazdır. Departament rəhbərlərimizi, şöbə rəislərimizi, futbol ailəsində PFL-in uğuruna sevinən hər kəsi təbrik edirəm.
- 15 ildir ki, 16 yaşlı PFL-dəsiniz. Geriyə boylananda bu 15 ildə ilk növbədə nələri xatırlayırsınız?
- 16 il həqiqətən az müddət deyil. Bir insanın iş həyatının təxminən üçdə bir hissəsidir. Artıq 15 ildir PFL-də çalışıram. Nələri xatırlayardım? Ancaq xoş məqamlara toxunmaq istəyirəm. Çünki PFL-in yarandığı gündür və ancaq pozitiv yöndə danışmaq, bütün neqativlərdən uzaq olmaq istəyirəm. Klubda çalışdığım dönəmlərdə Liqanın nə etməli olduğunu həmişə müzakirə edirdik. Ona görə də PFL-də çalışmağa başlayandan sonra bu məsələləri yoluna qoymağa çalışdıq. Bəlkə də indi sizin üçün, yaxud bu gün üçün sıradan bir şey sayıla bilər, çünki uzun müddət keçib, amma stajlı jurnalistlər o günləri xatırlayırlar, vaxtı ilə adicə oyunun protokolunu əldə etmək çətin idi. PFL yaranandan sonra bir növ yarışın daha yaxşı təşkil olunmasına başlanıldı. Mən əvvəlki dövrü pisləmək istəmirəm, amma reallıq budur. Elə olurdu ki, 1 stadionda 3 komanda ev oyununu keçirirdi. Arxivdən hansısa informasiyanı əldə etmək olmurdu. Bunun üçün kiməsə zəng vurub soruşmalı idin. Amma PFL-in saytında müstəqillik dövründən bu yana keçirilən bütün çempionatların arxivini görə bilərik. Klubda çalışdığım müddətdə ikinci, üçüncü yerə çıxmışdıq. Amma hər hansı bir mükafatlandırma mərasimi təşkil olunmamışdı. Sadəcə zəng vururdular ki, gəlin medallarınızı götürün. Çempion komandaya hər hansı kubok verilmirdi. Sənədləşmə ilə bağlı çətinliklər olurdu. Tutaq ki, rayon komandasısan, Bakıya gələndə hansısa sənəd yaddan çıxıb, geri qayıtmalı olurdun, günlər gedirdi, əziyyət çəkirdin. Özünlə birgə yapışqan, futbolçunun şəklini gətirirdin. İndi şükür Allah PFL-in bazası var, klublar öz ofislərindən bütün sənədləri yerləşdirirlər. Hansısa çatışmazlıq olanda sistem artıq özü bildiririk ki, bu sənədləri yerləşdirməmisiniz. Yaxud oyununun protokolunu dolduranda yanlışlıqlar olurdu. Klublar buna görə texniki məğlubiyyət alırdılar. Amma indi protokolu dolduranda sistem özü sənə imkan vermir ki, limiti pozasan. Çempionatın reytinqi yüksəlib, hansı ki bizim üçün bu, çox önəmlidir. Xatırlayıram, UEFA-nın 10 illik lisenziyalaşdırma ilə bağlı hesabat xarakterli jurnalı var idi. Orda qeyd olunurdu ki, PFL 18 pillə irəliləyib. Çempionatımız 44-cü yerdən 26-cı yerə kimi irəliləmişdi. Təbii ki, bunda komandaların avrokuboklardakı çıxışlarını da unutmamalıyıq. “Neftçi”nin, “Qarabağ”ın, “Qəbələ”nin avrokuboklardakı inamlı çıxışı, məşhur klubların Azərbaycana gəlməsi və s. Reytinq məsələsində çempionatdan çıxan komandanın avrokuboklardakı çıxışı da nəzərə alınır. Bir sözlə, bu gün ancaq xoş məqamları xatılayıram.
- PFL-ə gələrkən 15 il burada qalacağınızı gözləyirdinizmi? Yaxud belə deyək, nə, yaxud nələr 15 ildə Aslan Şahgəldiyevi PFL-də saxlayıb?
- Açığı, nəinki on beş il, heç bir il də qalacağımı gözləmirdim. Çünki mən klubda çalışanda Ramin müəllim (Ramin Musayev nəzərdə tutulur-red.) “Neftçi”nin vitse-prezidenti idi. Qalmaqallı dövrlər idi. Ramin müəllim kənardan aqressiv insan kimi görsənirdi. Ona görə də təzə işə başlayanda düşünürdüm ki, 6 ay işləyib gedərəm, ərizəmi də hazır yazıb qoymuşdum. Amma işləyəndən sonra şahid olursan ki, hər şey kənardan göründüyü kimi deyil. Uzun müddətdir artıq burdayam. PFL-də bu qədər qalmağıma səbəb kollektivdir. Özümü rahat hiss edirəm, çox xoşdur. PFL ikinci evimdir. İnsan işə getməyə görə darıxırsa, deməli, işindən zövq alır. Ona görə də artıq 15 ildir burdayam. Fədakar komandamız var. Hər şey məni qane edir.
- Demək olar ki, ötən mövsüm PFL-in tarixində ən çətin oldu? Çünki ilk dəfə idi ki, 5 yarış təşkil olunurdu.
- PFL tarixinin asan mövsümü var ki? (gülür) Bütün mövsümlərdə müəyyən çətinliklər olur. Xüsusən hakimlik PFL-də olan müddət ən çətin dönəmlərdən biri idi. Futbolun ən ağır sahələrindən biri də hakimlərə nəzarət etməkdir. Bu il iş yükümüz həqiqətən çox oldu. Bunu etiraf etmək lazımdır. İkinci Liqa yaradıldı, əvəzedicilərin yarışı Birinci Liqadan ayrıldı. Azərbaycan kubokunda rekord sayda komanda iştirak etdi. Bütün bunlar müsbət məqamlardır. Elə geniş olmayan kollektivlə hər şeyin öhdəsindən gəlməyə çalışdıq və bacardıq. Buna görə ancaq fədakar komanda, işə bağlılıq olmalıdır. Təbii ki, peşəkarlıq da öz yerində. Lakin yaxşı kollektiv yığmağı da bacarmalısan, yaxşı komandan olmalıdır. Əməkdaşlar özləri də fədakar olmalıdır ki, bu qədər işin öhdəsindən gələ bilək. Düşünürəm ki, yaxşı bir mövsüm oldu. Təbii ki, kənardan hiss edilməyən müəyyən problem oldu, biz də çalışdıq daxildə onları həll edə bilək ki, kənara sızmasın. Mövsümün sonunda futbol icmaiyyətinin, jurnalistlərin, mütəxəssislərin, futbolçuların fikirləri bizim üçün önəmli idi. Hansısa neqativ fikir olmadı, əksinə, hər kəs təşəkkür etdi, uğurlar arzuladı. Bu, bizim üçün çox böyük stimuldur.
- Gələcək planlar nədən ibarətdir? Yeni mövsümdə hansı yenilikləri görə biləcəyik?
- Hər zaman çalışırıq ki, gələn mövsüm əvvəlkindən daha yaxşı olsun. Təbii ki, planlarımız var. Çalışırıq müəyyən yeniliklər edək. Bizdən asılı olmayan səbəblər də var. İstəyirik ki, əməkdaşlıq etdiyimiz şirkətlər bizim dediklərimizi vaxtında çatdıra bilsinlər. Alınsa, müəyyən yeniliklər olacaq. Ümumiyyətlə, hər dəfə çalışırıq yeni nəsə öyrənək, Azərbaycan Premyer Liqasında tətbiq edək. Bilirsiniz ki, Avropa Peşəkar Futbol Liqasının üzvüyük, daim onların iclaslarında iştirak edirik. Votsap qrupu var ki, orda bütün liqaların əməkdaşları yer alır və hansısa sual olanda yerindəcə müzakirə olunur. Fikir mübadisələri aparırıq ki, onlarda olan, bizdə olmayan nə varsa, tətbiq edək. Amma inandırım sizi, bəzən elə olur ki, bizim çempionatda olan şey onlarda olmur. Bəzi işlər var ki, heç PFL-in sahələrinə aid deyil. Bir sözlə, çalışırıq ki, əlimizdən gələn hər şeyin ən yaxşısını edək.
- Qarşıdakı ildə Aslan Şahgəldiyev özünə və çalışdığı quruma nələr arzulayır?
- İlk növbədə kimin nəyə ehtiyacı varsa, onu arzu edirəm. Hər kəsə cansağlığı arzulayıram. Bütün kollektivimizə, özümə və Elxan müəllimə. İnşallah tezliklə ayağa qalxarıq. Allahın köməkliyi ilə bütün problemlər aradan qalxar, əvvəlki kimi sağlam olarıq. Əməkdaşlarımızdan, gördükləri işlərdən, fədakarlıqlardan çox razıyıq, işləri bizi qane edir. Mövsüm boyu dayanmadan işləyirlər. Özünüz də bunu şahidi olursunuz. Elə olur ki, bir gündə üç liqanın oyunları üst-üsə düşür. Bu il apreldə sıx qrafikdə çalışmalı oldular. Daim biryerdə olaq, daim peşaəkar olaq, daim fədakar olaq. Onsuz da əlimizdən gələni artıqlaması ilə edirik. Amma daha artığını etməliyik ki, ən yaxşısı bizim çempionatlarda, bizim liqalarda olsun.
Fərəc ASLANOV
REDAKSİYADAN: Əlamətdar gündə Peşəkar Futbol Liqasının fədakar kollektivini təbrik edir, hər birinə cansağlığı, işlərində uğurlar arzulayırıq. 16 yaşınız mübarək!
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- Almaniya DÇ-2026 ilə vidalaşdı
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
- “Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
- Kanada millisindən tarixi nəticə
- “Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
- Bu legioner “Qarabağ”dan gedir – Asiyadan sərfəli təklif alıb - ÖZƏL
- “Kəpəz”lə razılaşmışdı, “Osiyek”i seçdi
- “Dinamo” “Karvan-Yevlax”dan AFFA və UEFA-ya şikayət edə bilər
- “Neftçi” növbəti səs-küylü transferə hazırlaşır
- "Qarabağ"ın rəqibi bəlli oldu
- “Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir - ÖZƏL
- "Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
- “Qarabağ” milli üzvünün yolunu gözləyir?
-
12:27
"UFC Fight Night Baku" turnirinə 11 minə yaxın bilet satılıb
-
12:12
Şirvanda mühüm qərar: Şəhərin iki klubu birləşdirildi
-
11:58
Almaniya tamam, Paraqvay davam VİDEO
-
11:40
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:31
"Zirə" Türkiyə klubuna qarşı
-
11:25
Mərakeş Niderlandı evə göndərdi VİDEO
-
11:14
Əlçatmaz baş katib
-
10:53
Kazemiro: “Bu heyət dünya çempionu olmağa qadirdir”
-
10:36
Braziliya millisindən əzmkar qələbə VİDEO
-
10:19
Millimizin üzvü Kosovo klubu ilə anlaşdı
-
10:02
Braziliya millisinin rekord seriyası davam edir
-
09:47
“Şahdağ Qusar”dan yeni transfer
-
03:28
Almaniya DÇ-2026 ilə vidalaşdı
-
23:22
U-17 millimiz Tacikistana uduzdu
-
22:36
“Lankaran Open 2026”da narazılıq: “Bugünkü hadisələr fiaskodur”
-
22:00
Yeniyetmə cüdoçularımız Avropa çempionatının ilk günündə 5 medal qazanıblar
-
19:58
"Zirə"nin Türkiyədə növbəti rəqibi bilindi
-
17:43
“Qəbələ”dən yayın ilk transferi
-
17:27
"İmişli" Kaşkilya ilə vidalaşdı
-
16:31
Paralimpiya çempionu şəhid övladlarına "ustad dərsi" keçib
-
15:49
Bakıda cüdo üzrə kəmər dərəcələri imtahanı keçiriləcək
-
15:14
Çimərlik voleybolu üzrə ölkə birinciliyinin vaxtı açıqlanıb
-
14:25
Azərbaycan gimnastları Çindəki Dünya Kubokunda qızıl medal qazanıblar
-
13:52
"Araz-Naxçıvan" hazırlığa nə vaxt başlayır?
-
13:00
Autizmli uşaqlar Azərbaycan millisinin təlim-məşq düşərgəsini ziyarət ediblər
-
12:36
U-20 basketbol millimiz ilk dəfə Avropa çempionatında çıxış edəcək
-
12:08
“Araz-Naxçıvan” legioneri ilə yeni müqavilə imzaladı
-
11:43
Azərbaycan deflimpiya üzrə üzgüçülük millisində yeni baş məşqçi
-
11:17
"Lankaran Open 2026" Beynəlxalq Şahmat Festivalına start verilib
-
10:51
“Şahdağ Qusar”dan növbəti transfer
-
10:39
Şeydayev Rusiya klubu ilə danışıq aparır
-
10:24
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:02
“Neftçi” Sloveniyaya 27 futbolçu ilə getdi FOTOLENT
-
09:45
Kanada 1/8 finalda VİDEO
-
20:38
Murad Fətiyev Sindao Qran-Prisində bürünc medalını qazanıb
-
19:15
"Turan Tovuz"un yay hazırlıq planı açıqlandı
-
18:53
Sevgi kimi forma... FOTOLENT
-
15:41
Konqo Özbəkistanı məğlub etdi VİDEO
-
15:29
Kapitanın iştirakı ilə Naxçıvanda imza günü keçirilib FOTOLENT
-
15:04
Xorvatiyanın qələbəsi VİDEO
-
14:52
Leandro Andrade “Qarabağ”la vidalaşdı: “...unudulmaz!”
-
14:37
Kolumbiya - Portuqaliya oyununda qalib aşkarlanmadı VİDEO
-
14:16
Yuri Vernidub: “Onlarla birlikdə qarşımızda duran hədəflərə çatacağıq”
-
12:00
Əlcəzair - Avstriya matçında 6 qol VİDEO
-
11:48
Toral Bayramov “Bursaspor”da məşqlərə başladı
-
11:25
İngiltərə Panamanı məğlub etdi VİDEO
-
11:13
“Zirə”nin rəqibi Superkuboka bir addım da yaxınlaşdı
-
10:51
"Qarabağ"dan darmadağın VİDEO
-
10:39
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:24
Argentina millisindən ardıcıl üçüncü qələbə VİDEO
30.06.2026
29.06.2026
28.06.2026























