4 Avqust 2026, Çərşənbə axşamı
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq

Ölkə futbolu

Tahir Gözəl: "Qarabağ"ın savaşçı ruhu bizi Çempionlar Liqasının qrupuna aparacaq"

“Çox gərgin oyun oldu. Son dəqiqələrə qədər matçın əlavə vaxta gedəcəyini düşünürdüm. Rəşad Sadıqovun məharəti ortada idi. Bu kubok Avropa yolunda bizə motivasiya olacaq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözəl Azərbaycan Kubokunun finalında "Zirə"ni 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb:

- "Real" Çempionlar Liqasının qalibi olandan sonra "Qarabağ"ın II mərhələdən başlayacağı dəqiqləşdi. Bu, komandaya necə təsir edəcək?

- Buna görə qrup mərhələsinə bir pillə yaxın olacağıq. Artıq "Qarabağ" hər azərbaycanlının ürəyində özünə yer tapan çox önəmli klubdur. Xalqımızı sevindirməyə çalışacağıq.

- Çempionlar Liqasında qrup mərhələsinin formatı dəyişib. Hazırkı formatda "Qarabağ" qrupa düşə bilər?

- Sonda qarşımıza nəhəng klublar çıxır. Avropada asan oyun yoxdur. Əsas odur ki, bizim hazırlığımız yüksək səviyyədə olsun. İnanıram "Qarabağ"ın savaşçı ruhu bizi Çempionlar Liqasının qrupunu aparacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31