26 Yanvar 2025, Bazar günü
“Neftçi”də yeni məşqçi təyinatı
Rəşad Sadıqovdan qələbə şərhi
"Zirə" "Şamaxı"nı məğlub etdi
Cici Bekali: “Qarabağ” bizi əzdi...”

Ölkə futbolu

"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq

“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev "Kəpəz"lə oyundan sonra brifinq keçirib.
 
Futbolxeber.az saytının presssport.az-a istinadən verdiyi məlumata görə, o, başa çatan mövsümdə çox maraqlı, gərgin idman mübarizəsi şəraitində keçən çempionat izlədiklərini söyləyib: 
 
"Turan Tovuz" ailəsi üçün yaxşı təcrübə oldu. Növbəti futbol ilində də daha güclü, rəqabətli çempionatın olmasını arzulayıram. Gələn il bizi bundan daha maraqlı bir Premyer Liqa gözləyir".
 
E.Quliyev 2024/25 mövsümündə avrokuboklara düşmək uğrunda mübarizə aparacaqlarını söyləyib: "Ən azı avrokuboklara vəsiqə qazanmalıyıq. Bəlli yola çıxmışıq. İnfrastrukturumuzu qurub, inkişaf etdirə-etdirə artıq daha yüksək yerlər uğrunda mübarizə aparacağıq. Gələn il artıq hədəf avrokuboklar olacaq”.
 
Klub rəhbəri baş məşqçisi Ayxan Abbasovun işinə də qiymət verib: "Ayxan müəllimdən məşqçi kimi razıyıq. Komanda onun rəhbərliyi altında qarşıya qoyulan məqsədə çatdı".
 
Xatırladaq ki, bu mövsümü 6-cı yerdə başa vurub.




< br/>
Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31