29 Oktyabr 2025, Çərşənbə
Millimiz Qazaxıstana qalib gəldi
Samir Abasovdan qələbə şərhi
Sadıqov: “Çox vacib 3 xal qazandıq”
“İkinci hissədə biz daha üstün idik”

Ölkə futbolu

“Qarabağ”ın qapıçısı: “Oyunumdan necə razı qala bilərəm?”

“Qalib gəldik hər zaman xoşdur. Yalnız 3 qol buraxmağımız məni narahat edir”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri “Qarabağ”ın qapıçısı Amin Ramazanov Azərbaycan Premyer Liqasının 35-ci turunda “Turan Tovuz”u 4:3 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

21 yaşlı qolkiper öz çıxışından narazılığını ifadə edib: “Oyunumdan necə razı qala bilərəm? Bilmirəm nə deyim. Baş verənlərə görə utanıram. Qapımda 3 qol gördüm. Belə olacağını gözləmirdim”.

O, mövsümün son turunda qalib gəlməli olduqlarını söyləyib: “Hər oyuna maksimum dərəcədə ciddi yanaşmaq lazımdır. “Araz-Naxçıvan”a qarşı keçiriləcək mövsümün son oyununda qalib gəlməli və bacardığımız qədər qapımızı toxunulmaz saxlamalıyıq”.

A.Ramazanov ölkə kubokunun finalında da söz açıb: “Finalda qələbə qazanmaq lazımdır. Biz göstərməliyik ki, “Qarbağa”ıq. Ən yaxşı oyunumuzu sərgilməli və mövsümü “qızıl dubl”la başa vurmalıyıq”.

Fərəc ASLANOV

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31