8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Ölkə futbolu

"Bakı"nın futbolçusu Litvanın ən yaxşısı seçildi

"Bakı” klubunun hücumçusu Mindauqas Kalonas Litvada ilin ən yaxşı futbolçusu sayılıb. Lent.az-ın məlumatına görə, Litva Futbol Federasiyasının (LFF) azarkeşlər, jurnalistlər, məşqçilər, federasiya nümayəndələri arasında keçirilmiş sorğuda 29 yaşlı forvard Türkiyə “Qaziantepspor”unun qapıçısı Jidrunas Karçemarskasın 2 illik hegemonluğuna son qoyub. Üst-üstə 1912 bal yığan Kalonas ən yaxın izləyicisi, İngiltərə “Lids”inin mərkəz müdafiəçisi Marius Jalyukası 403 bal geridə qoyub. Karçemarskas isə bu dəfə 1184 xalla 3-cü olub.
Qeyd edək ki, Mindauqas Kalonas Azərbaycanda bu ilin yanvarından çıxış etməyə başlayıb. O, əvvəlcə “Rəvan”la müqavilə bağlayıb və Topaz Premyer Liqasında 13 oyuna 8 qol vurub. 2013-2014-cü il mövsümündən isə o, “Bakı”nın şərəfini qoruyur. Hazırda Kalonas 13 oyundan 5 qolla bombardirlər siyahısında 2 – 7-ci yerləri bölüşür.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31