15 Aprel 2026, Çərşənbə
Yığmamız Andorraya qalib gəldi
Millimizdən biabırçı məğlubiyyət
“Qarabağ”dan maraqlı təşəbbüs
"Bütün üstünlüyü rəqibə verdik"

Ölkə futbolu

"Rəvan" 2 itki ilə hazırlaşır

Azərbaycan Premyer Liqasının 13-cü turunda "Sumqayıt”la qarşılaşdıqdan sonra "Rəvan"ın futbolçularına istirahət verilmişdi. Futbolxeber.az-ın məlumatına görə, artıq 4 günlük istirahət başa çatıb və futbolçular yenidən hazırlığa başlayıb. Baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında məşqləri bərpa edən komanda üzvləri Mərdəkan qəsəbəsindəki "Dalğa Arena”da çalışır. Gündə 2 dəfə məşqə çıxan futbolçular səhər fiziki, axşam isə taktiki-texniki yöndə hazırlıq keçir. Məşqlərdə 2 zədəli futbolçu - Tofiq Mikayılov və Elvin Həsənəliyev, o cümlədən dizindəki zədəni sağaltmaqla məşğul olan Kristian Torres iştirak etməyib. Amma sonuncunun "Qarabağ”la oyuna qədər sıraya dönəcəyini də qeyd edək.


revanfc.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30