Ölkə futbolu
Yubileyini qeyd edən Vaqif Sadıqov: “Mənim üçün ən gözəl hədiyyə hörmətdir”
Bu gün 65 yaşı tamam olan AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov AZƏRTAC-a müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir.
- Əvvəlcə doğum gününüzü təbrik edirəm. Bu gün Vaqif Sadıqov özünü neçə yaşında hiss edir?
- Təşəkkür edirəm. Molla Nəsrəddinin bununla bağlı yaxşı bir misalı var: “Cavan yaşımda da bu daşı qaldıra bilmirdim, indiki yaşımda da”. İllər öncə necə idimsə, elə indi də eləyəm. Demək olar ki, dəyişən bir şey yoxdur. Özümü heç də pis hiss etmirəm. Hər kəsə də bu yaşda özünü ən azı mənim qədər gümrah hiss etməyi arzulayıram.
- Yəqin ki, bir çoxları kimi hədiyyə almağı sevirsiniz. Yubileyinizdə sizin üçün ən gözəl hədiyyə nə olardı?
- Mənim üçün hədiyyə anlayışı çox böyükdür. Lakin fikrimcə, ən gözəl hədiyyə hörmətdir. Bunu hər şeydən üstün hesab edirəm. Əzizlərimin doğum günümdə məni yada salıb təbrik etməsi ən böyük xoşbəxtlikdir. Xaricdə yaşayan dostlarım da bu gün məni tək qoymadılar. Çox sağ olsunlar ki, hər zaman hörmət edirlər.
- Bu gün həm də Ümumdünya Gülüş Günüdür. Belə bir gündə dünyaya gəlmək sizin üçün hansı mənanı ifadə edir?
- Sevindirici haldır ki, bu gün hamının üzündə təbəssüm var. Bu, çox xoşdur. Hər kəs gülür, bir-biri ilə zarafat edir. Arzum odur ki, heç kimin üzündən gülüş əksik olmasın.
- Yəqin ki, siz də nə vaxtsa aprelin 1-də kimisə aldatmısınız. Ən inandırıcı 1 aprel zarafatınız hansı olub?
- Düzünü desəm, zarafat etməyi xoşlayan deyiləm. Adətən mənimlə zarafat ediblər (gülür). Bu da məndə qıcıq hissi doğurmayıb, əksinə deyib-gülmüşük.
- Ömrünüzün böyük hissəsi futbolda keçib. Buna görə peşman deyilsiniz?
- Xeyr, heç vaxt buna görə peşmanlıq yaşamamışam. Hətta deyərdim ki, bu həyatı bir daha yaşasaydım, yenə futbola həsr edərdim. Buna görə də olduqca xoşbəxtəm.
- Bəzi insanlar öz yubileylərini təmtəraqlı keçirirlər. Bəs siz necə, əlamətdar günlərdə dost-tanışı ətrafınıza yığmağı sevirsiniz?
- Təmtəraqlı ad günü keçirməyi sevmirəm. Tanışlarım da məndən bu barədə soruşurlar. Ancaq mən buna üstünlük vermirəm. Bu gün çox şadam ki, AFFA rəhbərliyi ad günümü təbrik etmək üçün məni quruma dəvət etdi. Gün ərzində doğma komandam “Neftçi”nin rəhbərliyi ilə də görüşüm baş tutdu. Düzdür, həyatımda yalnız bir dəfə ad günümü təmtəraqla keçirmişəm. O da 50 yaşıma təsadüf etmişdi. Sevdiyim bütün dost və tanışlarımı birlikdə gözəl vaxt keçirmək üçün bir araya topladım. Eyni komandada forma geyindiyim veteran futbolçular, mənlə birgə işləyən məşqçilər bir yerə yığışmışdılar. Belə bir gündə onları bir arada görmək mənim üçün çox sevindirici idi.
- Bu illər ərzində ən yaddaqalan xatirəniz hansı olub?
- Yaddaqalan anlarım çox olub. Geriyə dönüb baxanda insanın ağlına təkcə xoş yox, kədərli günlər də gəlir. Bu gün pis günləri yada salmaq istəmirəm. Xatirələr hədsiz çoxdur. Peşəkar futbola addım atdığım ilk gün mənim üçün unudulmazdır. “Neftçi” kimi bir kluba dəvət aldığım həmin an heç vaxt yadımdan çıxmaz. Bu mənim üçün çox önəmli və xüsusi bir hadisədir. İsgəndər Cavadov, Asim Xudiyev, Anatoli Banişevski kimi mükəmməl oyunçularla çalışmaq mənim üçün böyük zövq idi. Əslində Azərbaycanın bir çox ulduz oyunçularının adlarını çəkə bilərəm. Onlarla eyni meydançada futbol oynamaq əla hisslər idi.
- Son olaraq, Azərbaycan futbolunun gələcəyi ilə bağlı arzularınızı eşitmək istərdik...
- Demək olar ki, 18 yaşımdan peşəkar səviyyədə futbolla məşğulam. Hər an, hər il, hər dəqiqə futbolumuzun tərəqqisini görmək istəyən adam olmuşam. İnanıram ki, bundan sonra da futbolumuz inkişaf edəcək və onların uğurlarını görüb sevinəcəyik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
12.11.2026
11.11.2026
10.11.2026
























