Ölkə futbolu
Otto Con: “Turan Tovuz” istəsə, komandada qalacam"
“Turan Tovuz”un hücumçusu Otto Conun Futbolxeber.az saytına müsahibəsi
- Azərbaycan Premyer Liqasının 28-ci turunda səfərdə “Səbail”lə heç-heçə (1:1) etdiniz. Qazanılan bir xalı necə dəyərləndirirsiniz?
- Çətin oyun keçdi. Biz meydana qələbə üçün çıxmışdıq. Rəqib də həmçinin. Turnir cədvəlindəki vəziyyətə görə hər iki tərəf 3 xal qazanmağı hədəfləyirdi. Bilirdik ki, bu matçda qələbənin əhəmiyyəti böyükdür. Komanda bütün gücünü meydanda qoydu. Təəssüf ki, qələbə qazana bilmədik. Lakin səfərdə 1 xal qazanmaq da pis nəticə deyil.
- Fasiləyə saniyələr qalmış bərabərliyə nail olsanız da, ikinci hissədə bunun ardı gəlmədi. Qələbə qolunu vurmaq üçün nə çatışmadı?
- Fərqlənmək üçün şanslarımız olsa da, onlardan yararlana bilmədik. İkinci hissədə topa nəzarət edən tərəf biz idik. Ümumi götürdükdə, pis oynamadıq. Yeganə çatışmayan cəhət kimi məhz qələbə qolunu vura bilməməyimizi qeyd edərdim.
- Sona 8 tur qalmış “Turan Tovuz” üçün avrokubok perspektivi necə görünür?
- Addım-addım irəliləyirik. Bizim şansımız var, fürsət yararlanacaqsa, bundan istifadə etməyə çalışacağıq. Lakin bu, heç də asan olmayacaq.
- Növbəti turda “Sabah”la qarşılaşacaqsınız...
- Həmin matçda bütün gücümüzü meydanda qoymalıyıq. “Sabah” çox ciddi rəqibdir. Doğma azarkeşlərimiz önündə oynayacağıq. Onları sevindirmək üçün əlimizdən gələni edəcəyik.
- Azərbaycan Premyer Liqasında ilk mövsümünüzü keçirirsiniz. Çempionatın səviyyəsi sizi qane edir?
- Liqanın səviyyəsi yaxşıdır. Yüksək səviyyəli komandalar, futbolçular var. Əksər komandaların gücü bir-birindən çox da fərqlənmir.
- Bildiyimiz qədər “Turan Tovuz”la müqaviləniz mövsümün sonunda başa çatır. Sizi yeni mövsümdə də komandada görə biləcəyik?
- Müqaviləm mayda bitir, düzdür. Lakin sözləşmə müddəti “1+1 il”dir. Yəni tərəflər istəsə, müddət daha bir il artırıla bilər. Hər şeyə mövsümün sonunda aydınlıq gələcək.
- Siz özünüz necə, komandada qalmaq istəyirsiniz?
- Bəli. “Turan Tovuz” istəsə, komandada qalacam.
- Tovuzlu azarkeşlərlə münasibətiniz necədir?
- Əla. Komandamızın çox yaxşı fanatları var. Onlar bizə möhtəşəm dəstək verirlər və bu, bizim üçün çox vacibdir. Təkcə ev deyil, səfər matçlarında da bizi tək qoymurlar. Bu isə hər futbolçu üçün çox xoşdur.
İbrahim CƏFƏROV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
- "Şamaxı" və "Sumqayıt"dan qələbə
-
16:00
Ammar Baxşalıyev batut gimnastikası üzrə dünya çempionatının finalına yüksəlib
-
15:42
Portuqaliya millisi son 12 ildə belə uduzmamışdı
-
15:26
Ukrayna millisinin baş məşqçisi Kaşukun debütunu dəyərləndirdi
-
15:05
İnfantino yenidən FİFA prezident seçilir: 180-dən çox federasiya ona səs verəcək
-
14:33
Kurçinin yeni klubu müəyyənləşdi
-
14:14
Tağızadə Sloveniyada növbəti oyununa çıxdı
-
13:41
“Yuventus”un müdafiə xəttinə 3 namizəd
-
12:57
"Sumqayıt" məşqlərini davam etdirir FOTOLENT
-
12:28
Kaşuk Ukrayna millisində debüt etdi
-
12:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:32
“Qarabağ”ın qapıçısı Qyökereşin penaltilərinin qarşısını ala bilmədi
-
11:16
Gürcüstan öz meydanında Macarıstana uduzdu VİDEO
-
11:00
Bir qələbədən daha artığı
-
10:45
Kosovo - İsrail matçında qalib aşkarlanmadı VİDEO
-
10:23
“Qarabağ”ın vingeri Meksika millisinə qol vurdu
-
09:54
Azərbaycan gimnastları Çindəki yarışda bürünc medal qazanıblar
-
09:31
Danimarka millisi Portuqaliyanı darmadağın etdi VİDEO
-
09:17
“Sumqayıt”ın kapitanı “SAFF Championship 2026”nın finalında
-
22:43
Keçən dəfə ikisinə 14, bu dəfə hərəsinə 4
-
20:39
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat aldı
-
19:11
“Milan” Rabyoya yeni müqavilə təklif etdi
-
19:00
U-21 yığmamız Omanı məğlub etdi
-
18:28
Xavi: “Almaniya ilə oyun bizim üçün ciddi test olacaq”
-
17:57
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb
-
17:12
Dadaşovun komandası 13 gün sonra yekunlaşan görüşdə qələbə qazandı
-
16:46
Basketbol millimiz İrlandiyaya uduzdu
-
16:35
“Şahdağ Qusar” “Şəfa”ya qalib gəldi
-
15:24
Region cüdoçuları üçün "Təhlükəsiz idman" mövzusunda maarifləndirici seminar keçirilib
-
15:03
“Turan Tovuz”un qapıçısından inamlı oyun, komandası finalda
-
14:19
Salah rekorda imza atdı
-
13:51
Rövşən Nəcəf millimizi təbrik etdi
-
12:48
“Mançester Yunayted” Poçettinonun təyinatı üçün 12 milyon dollar xərcləyib
-
12:27
"Neftçi"nin sabiq futbolçusu Braziliya klubunda
-
12:00
Mutsinzi və Mikels Malidə məyus oldular
-
11:32
İtaliya millisinin heyətində itki
-
11:16
Ronaldonun oğlu Portuqaliyanın U-17 millisində debüt etdi
-
10:54
Argentina öz meydanında Uruqvaya uduzdu VİDEO
-
10:25
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:03
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub
-
09:41
Marandiçi yenə Pokatilov üzərində qələbəyə sevindi
-
09:19
Millimizin qələbəsi VİDEO
-
09:00
“Qarabağ”ın müdafiəçisi 90 dəqiqə meydanda oldu
-
02:27
Ayxan Abbasov: “90+6-cı dəqiqədə Emilə deyə bilmərik ki, oyunu tez başlat”
-
01:38
Millimiz Lixtenşteynə qalib gəldi
-
22:52
Lixtenşteyn - Azərbaycan: Heyətlər açıqlandı
-
20:35
Krivostyuk heyətdən çıxarıldı
-
19:41
PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında iştirak ediblər
-
18:24
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
18:00
Samir Abasov: “Görün, nə günə qalmışıq ki, artıq ümidimiz Lixtenşteynlə görüşədir"
-
17:37
Asim Xudiyev yeni təyinat alıb
15.11.2026
14.11.2026
13.11.2026
























