Ölkə futbolu
Azər Bağırov: “Dəlləkliyi bizim üzərimizdə öyrənirlər”
“Sumqayıt”ın yaxşı yeni tikilmiş stadionu var, xeyirli olsun. İnşallah bu il, gələn il avrokuboklarda iştirak edərlər. Oyun barədə çox danışmaq istəmirəm, əsəbiyəm. Sağ olsunlar hakimlər”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 28-ci turunda “Sumqayıt”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Mütəxəssis hakimlərdən narazılığını açıq şəkildə ifadə edib: “Artıq hakimlərdən danışmaqdan yorulmuşam, amma onlar yorulmayıblar. Dəlləkliyi bizim üzərimizdə öyrənirlər. Penalti epizodu olsun, ya Miçonun ağzının qanadığı epizod. Məncə, bunları görmürsənsə, ya hakimlik etməsinlər, ya əvvəldən desinlər, biz də işimizi bilək. Bunları görmürsənsə, hakimlik etmə. Amma məcbursan bunu görməyə. Sonra da deyirlər Azər danışır. Necə danışmayım... Cavanlarla oynayırıq, az-çox nəsə etmək istəyirik. Danışanda da deyirlər ki, günahını hakimlərin üzərinə atır. Əsla belə deyil. Ötən tur “Qəbələ” ilə oyunda Elçin Məsiyev qırmızı vərəqə verdi, 40 dəqiqə azlıqda oynadıq. Təşəkkür edirəm, çox sağ olsun. Haqqımız idi, aldıq. Məğlub olsaydıq belə, hakimlikdən danışmayacaqdım. Çünki səhv futbolçunun idi, mənim idi. Futbolçum günahkardısa, səhv mənimdir. Barış Şimşək gəlib futbol öyrədir, hərdən də futboldan danışır... Sağ olsunlar”.
O, “Araz-Naxçıvan”ın qışdan sonrakı enişinin Miço Kuzmanoviçin zəif çıxışı ilə əlaqələndirməyib: “Kuzmanoviç lider deyildi, komandaya yeni qoşulmuşdu. Üstün cəhətləri var. Lakin artıq 5-6 turdan sonra rəqiblər də analiz edirlər, zəif və üstün cəhətlərini bilirlər, buna qarşı tədbir görürlər. Futbolçu üzərində işləyib artırmalıdır. Qaçmasa, qaçmasa, bu gün 11 km qaçıb. Amma epizodları dəyərləndirə bilmir. “Qəbələ” ilə matçda 2 səhvlə yadda qaldı. Biz normalda bu gün onu oynatmamalıydıq. Lakin psixoloji cəhətdən dəstək olmaq üçün şans verdik. Demirəm pis oynadı, amma ümumilikdə ümidləri doğrultmadı”.
A.Bağırov “Araz-Naxçıvan”ın mövsümün ikinci yarısındakı zəif çıxışını rəqiblərin komandaya ciddi yanaşması ilə əlaqədar olması fikri ilə razılaşmayıb: “Əsla belə fikirləşmirəm. Sadəcə biz qışda güclənə bilmədik. Hücum xəttində rəngarənglik yaratmaq istəsək də, alınmadı. Qışdan sonra da çox yaxşı oyunlarımız olub. Deməzdim ki, komandada eniş var. Bu gün sanki xof yaranıb ki, “Araz-Naxçıvanı” yuxarıda görmək istəmirlər. Daha əvvəl də demişəm, bizdəki yerli oyunçular keçən il normal futbol oynamayıblar. Yerli futbolçu baxımdan kasadlıq var”.
Naxçıvan klubunun çalışdırıcısı meydandakı səhvlərin komandasına qarşı olduğunu vurğulayıb: “Penalti epizoduna 10 dəfə də baxaq, mən orda kobudluq görmürəm. Hətta özümdən şübhlənirəm ki, bəlkə mən futbol oynamamışam. Qapıçı ayağını çəkir ki, toxunuş olmasın. Mən demirəm ki, hakimlik zəifdir, ya zəif deyil. Mən deyirəm ki, meydançadakı səhvlər komandama qarşıdır”.
O, artıq hakim səhvlərinə öyrəşməli olduqlarını söyləyib: “Məncə, haqsızlıqlar davam edəcək. Biz buna öyrəşməliyik. Eyni hakim 22-ci tur bizim oyunda meydandadır, 23-cü turda VAR-dadır, 24-cü turu buraxır, 25-ci turda yenə bizim matçı idarə edir, 26-cı turda da VAR-dadır. Türkiyədə klub prezidenti meydançaya düşdü, hakimi vurdu. Mən ona haqq qazandırmıram. Lakin adamı gör onu hansı həddə çatdırıblar. Biz də insanıq, əsəblərimiz gərilir. Bir hakim 5 turdan 4-də necə bizim oyunlara təyinat ala bilər? O vaxt hakimlər vardı meydanı keçməyə qoymurdular. İndi sanki yenidən həmin dövrə qayıtmışıq”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
-
17:12
Dadaşovun komandası 13 gün sonra yekunlaşan görüşdə qələbə qazandı
-
16:46
Basketbol millimiz İrlandiyaya uduzdu
-
16:35
“Şahdağ Qusar” “Şəfa”ya qalib gəldi
-
15:24
Region cüdoçuları üçün "Təhlükəsiz idman" mövzusunda maarifləndirici seminar keçirilib
-
15:03
“Turan Tovuz”un qapıçısından inamlı oyun, komandası finalda
-
14:19
Salah rekorda imza atdı
-
13:51
Rövşən Nəcəf millimizi təbrik etdi
-
12:48
“Mançester Yunayted” Poçettinonun təyinatı üçün 12 milyon dollar xərcləyib
-
12:27
"Neftçi"nin sabiq futbolçusu Braziliya klubunda
-
12:00
Mutsinzi və Mikels Malidə məyus oldular
-
11:32
İtaliya millisinin heyətində itki
-
11:16
Ronaldonun oğlu Portuqaliyanın U-17 millisində debüt etdi
-
10:54
Argentina öz meydanında Uruqvaya uduzdu VİDEO
-
10:25
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:03
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub
-
09:41
Marandiçi yenə Pokatilov üzərində qələbəyə sevindi
-
09:19
Millimizin qələbəsi VİDEO
-
09:00
“Qarabağ”ın müdafiəçisi 90 dəqiqə meydanda oldu
-
02:27
Ayxan Abbasov: “90+6-cı dəqiqədə Emilə deyə bilmərik ki, oyunu tez başlat”
-
01:38
Millimiz Lixtenşteynə qalib gəldi
-
22:52
Lixtenşteyn - Azərbaycan: Heyətlər açıqlandı
-
20:35
Krivostyuk heyətdən çıxarıldı
-
19:41
PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında iştirak ediblər
-
18:24
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
18:00
Samir Abasov: “Görün, nə günə qalmışıq ki, artıq ümidimiz Lixtenşteynlə görüşədir"
-
17:37
Asim Xudiyev yeni təyinat alıb
-
16:53
I Liqa klubunda baş məşqçi istefası
-
16:18
Poçettino rəsmən “Mançester Yunayted”də
-
15:46
Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarını altı medalla başa vurub
-
15:09
PFL daha 4 oyun oyun cədvəlini açıqladı
-
14:25
Fransa klubunda baş məşqçi istefası
-
13:52
Türkiyə millisinin heyətində itki
-
13:31
Avropa çempionatında 7 boksçumuz mübarizə aparacaq
-
13:14
Azərbaycan kubokunda 1/8 final oyunlarının vaxtı müəyyənləşdi
-
13:00
13-cü turun oyun cədvəli açıqlandı
-
12:43
Kaşuk: “Müəyyən vaxtda həqiqətən də klubumu dəyişmək barədə düşünürdüm”
-
12:27
Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu olub
-
11:58
Skaloninin müqaviləsi yeniləndi
-
11:36
Özbəkistan - Rusiya matçında 5 qol VİDEO
-
11:00
Elvin Camalov: “Milli komandadan əlimi üzməmişəm”
-
10:45
“Neftçi”nin yarımmüdafiəçisi 4 qollu qələbəyə sevindi
-
10:29
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:12
Dakar-2026: Azərbaycan millisi medal sıralamasında irəliləyib
-
09:54
Türkiyə Belçikaya uduzdu VİDEO
-
09:31
“Qarabağ”ın legionerindən millidə məhsuldar ötürmə
-
22:01
“Araz-Naxçıvan”ın sabiq çalışdırıcısının yeni klubu bilindi
-
21:33
Azərbaycan təmsilçisi tamblinq üzrə dünya çempionatında gümüş medal qazanıb
-
20:45
Cüdoçularımızın Qran-Pridəki ilk rəqibləri müəyyənləşib
-
20:12
"Neftçi" üçün antidopinq seminarı təşkil edilib
-
19:54
Vernidub futbolçusunu qeyri-adi üsulla sınayıb
14.11.2026
13.11.2026
12.11.2026
























