Ölkə futbolu
Pantiçin şablon bəhanələri (Araşdırma)
Azərbaycan Premyer Liqasının 13-cu turunda "Bakı" 63 dəqiqə azlıqda oynayan "Neftçi"yə 1:2 hesabı ilə uduzdu. Bununla da Milinko Pantiçin komandası 13-cü oyununda 5-ci dəfə xala həsrət qaldı. "Zolaqlılar"ın məhsuldarlığı göz oxşasa da, komandanın müdafiə xətti haqda xoş fikirlər səsləndirmək çətindir. Çünki "Bakı" yalnız autsayderlər - "Rəvan" və "Sumqayıt", eləcə də "İnter" və "Xəzər Lənkəran"dan daha az top buraxıb. Komanda dördüncü pillədə qərarlaşsa da, şərikli liderlər - "Qarabağ" və "Neftçi"dən artıq 10 xal geri qalır. Mövsümün isə 3-də 1-i artıq geridə qalıb. Qarşıdakı 23 tur ərzində isə 10 xallıq fərqi aradan qaldırmaq heç də asan deyil.
Böyük ümidlərlə "Bakı"ya gətirilən Pantiç isə hələ ki ümidləri tam doğrultmur. Klub rəhbərliyi Pantiçin işindən razı qala, ya da onun işinə mövsümün sonunda qiymət verilməyin düzgün olduğunu söyləyə bilərlər. Amma fakt budur ki, qarşısına çempionluq hədəfi qoyulan komanda 13 turda artıq 5 dəfə uduzub, eləcə də liderlərdən 10 xal geri qalır.
"Bakı"nın baş məşqçisi Milinko Pantiç isə hər yenilgidən, heç-heçədən sonra bir bəhanə gətirir. Tez-tez hakimlərdən şikayətlənən Pantiç son oyunlarda fərqli "taktika" seçib. Belə ki, "Rəvan" və "Neftçi" ilə görüşlərdən sonra "Bakı"nın çalışdırıcısı rəqib futbolçulara söz atır. Maraqlıdır ki, apardığımız qısa araşdırma zamanı bəlli oldu ki Pantiç 13 tur ərzində qazandıqları oyunlardan sonra rəqib və ya hakimlər haqda heç bir mənfi fikir səsləndirməyib.
Beləliklə, Futbolxeber.az saytı geridə qalan 13 tur ərzində Milinko Pantiçin səsləndirdiyi ən "yaxşı" bəhanələri təqdim edir:
1-ci tur, "Qəbələ"yə 1:2 hesablı yenilgidən sonra
"Qalib gəlməli olduğumuz oyunda məğlub olduq. İlk hissədə rəqibdən təzyiq görmədik. İkinci hissədə isə rəqib komandanın baş məşqçisi maraqlı oyunçu dəyişiklikləri etdi. Üç hava ötürməsindən ikisi qapımıza qolla nəticələndi. Bəlkə də, müdafiəçilərdə səhvlər oldu. Bu, ilk oyun idi".
5-ci tur, "Xəzər Lənkəran"a 1:2 hesablı yenilgidən sonra
"Oyunda səhvlər çox oldu. “Xəzər Lənkəran” bu qələbəyə sevinirsə, bu, tarixdir".
QEYD: Həmin oyundan sonra "Xəzər Lənkəran"ın baş məşqçisi Con Toşak da həmkarının səsləndirdiyi fikirlərə təəssüfləndiyini bildirmişdi.
6-cı tur, "İnter"lə 2:2-lik heç-heçədən sonra
"Rəqib oyuna üç mərkəz müdafiəçi ilə başlamışdı. Oyuna tam nəzarət edirdik, müdafiədə buraxdığımız bir səhv qapımıza qolla nəticələndi. Qalib gələ bilərdik, qol imkanlarımız çox oldu. Mənim üçün bu heç-heçə məğlubiyyətə bərabərdir. İki xal itirdiyimizi düşünürəm".
9-cu tur, "Qarabağ"a 0:3 hesablı yenilgidən sonra
“Fərdi səhvlər ucbatından 10 dəqiqəyə qapımızdan üç top buraxdıq. İlk hissəni rəqibə “hədiyyə” etdik. İkinci hissədə özümüzə gəldik, Mindauqas Kalonasın 4-5 qol epizodu oldu. Təəssüf ki, bu gün bizim günümüz olmadı, top qapıdan keçmədi".
10-cu tur, AZAL-la 2:2-lik heç-heçədən sonra
"Belə oyundan sonra sevinə bilmərəm. 2-0 irəlidə olan zaman rəqib hesabı bərabərləşdirdi. 90 dəqiqə ərzində bəxtimiz gətirmədi. Növbəti dəfə həm mən, həm də yetirmələrim soyunub-geyinmə otağına girəndən sonra hakimlikdən narazılıqlarını bildirdilər. Dedilər ki, biz nə edək ki, hakimlik normal olsun?. İdmançıyam, Azərbaycanın futboluna fayda vermək üçün bura gəlmişəm. Çox pis oluram ki, soyunub-geyinmə otağında 28-30 yaşlı futbolçularım mənə deyirlər ki, nə vaxta kimi bu belə davam edəcək? Nə edək ki, bizə qarşı belə münasibət olmasın? Bura gəldiyim ilk gündən bəri hamı ilə yaxşı münasibətdə olmağa çalışıram. Bilmirəm nələr baş verir, günahım nədir? Bəlkə də keçmişdən bizim kluba qarşı nəsə qalıb? Həmişə futbolçularıma deyirəm ki, meydanda hakimə dəstək olsunlar, kömək etsinlər. İnsanıq, səhv ola bilər hər şeydə. Artıq kifayətdir, bilmirəm nə deyim, günah nədədir, səbəb nədir? Bu şeyləri bilmirəm. İşləyirik, məşqlərimizi davam etdiririk, hazırlaşırıq, sona qədər mübarizə aparırıq, amma bilmirəm nədir? AZAL-ın qapıçısını da təbrik etmək istəyirəm. Həyatının ən yaxşı oyununu oynadı. Bundan yaxşı, məncə, mümkün deyil".
11-ci tur "Rəvan"la qolsuz heç-heçədən sonra:
“Biz hər oyunda qalib gəlmək istəyirik. Oyunun əvvəllərindən hiss olunurdu ki, rəqib oynamaq istəmir. "Rəvan"ın oyunçularının hərəkətlərinə 1görə utanırdım. Özlərini yerə yıxıb vaxtı uzadırdılar və hakim də buna göz yumurdu. Oyunçular hər yerə yıxılanda 5 dəqiqə yerdə qalırdılar. Oyun 120 dəqiqə davam etməli idi. Ümumilikdə 90 dəqiqənin 25 dəqiqəsini futbol oynadıq. İspaniyada bir futbolçu başqa komandaya icarə əsasında veriləndə o, öz komandasına qarşı oynaya bilməz. Burda isə belə bir şey yoxdur".
13-cü tur, "Neftçi"yə 1:2 hesablı yenilgidən sonra:
"Neftçi"nin oyunçuları hesabda irəli olduqları halda vaxtı uzadırdılar. 10 nəfərə qarşı mübarizə aparsaq da, “Neftçi” fiziki cəhətdən bizdən zəif idi. Mən futbolçu səhvlərini müzakirə etmək üçün yox, ölkə futbolunu qaldırmaq üçün gəlmişəm".
P.S. Uğursuz oyunlardan sonra min bəhanə gətirən Pantiç kiçik uğurları şişirtməyi də bacarır. Nümunə:
VII tur, "Sumqayıt"ı 1:0 hesanı ilə məğlub etdikləri oyundan sonra
"Çətin qələbə qazandıq. “Sumqayıt” yaxşı komandadır, klubun rəhbərliyini bu cür komanda yaratdığı üçün təbrik edirəm. "Qəbələ”yə qalib gəlmişdilər, ötən turda isə “Neftçi” ilə heç-heçə etdilər. Ötən mövsüm “Sumqayıt” "Bakı"dan 4 xal almışdı”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- Bölgə klubunda yeni sponsor – məşqçilər və futbolçular göndərilir
- Nərimanın ABŞ-dəki illik maaşı rəsmən açıqlandı
- Aleksandr Ramalinqomun yubiley qolu
- Muaddibi rəsmən “Qarabağ”da
- "Xankəndi" çempionluğunu rəsmiləşdirdi
- AFFA-nın baş katibi özünə sosial şəbəkələrdə köməkçi axtarır - FOTO FAKT
- Abubakar “Bursaspor”a keçir?
- FİFA referiləri I Liqa oyunlarında
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi məlumdur
- Cenklə Avropa “cənginə”
- Dambrauskas Sadıqovu çətin rəqib saymır? - QEYD
- “Klubda baş məşqçini Ceyhun Sultanov dəyişmir”
- “Qarabağ” Elvin Cəfərquliyevi transferə çıxardı
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
-
01:00
Azərbaycan - San Marino - 2:1 FOTOLENT
-
00:46
Ayxan Abbasov: “Daha çox qol vura bilərdik”
-
23:57
Millimiz San Marinonu məğlub etdi
-
23:49
Qadınlarımız yığmamız Şimali Makedoniyanı üstələdi
-
22:35
"Turan Tovuz"dan ilk transfer
-
21:22
"Zirə" Anatoli Nuriyev ilə yolları ayırdı
-
21:10
“Qarabağ”ın hazırlıq planı bəlli oldu
-
20:53
"Şamaxı"dan yeni transfer
-
20:06
U-21 millimiz Qırğızıstanın U-20 yığmasına məğlub oldu
-
19:38
U-20 yığmamız Pakistana qalib gəldi
-
18:44
U-17 millimiz Qazaxıstana uduzdu
-
18:27
Azərbaycan boks tarixində ilk
-
17:51
Sumqayıtda 390 cüdoçu kəmər dərəcələri üzrə rəsmi imtahan verib
-
17:39
Türkiyə klubunda ayrılıq
-
17:15
"Şəfa" üç futbolçu ilə yolları ayırdı
-
17:00
Rafinya Ronaldo ilə bir klubda?
-
16:42
"Turan Tovuz" Şəhriyar Əliyevlə vidalaşdı
-
16:26
Azərbaycanın güləş hakimləri dünya çempionatında iş başında olacaqlar
-
15:53
Bu legioner “Qarabağ”dan gedir – Asiyadan sərfəli təklif alıb - ÖZƏL
-
15:34
Azərbaycan və Özbəkistan antidopinq agentlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb
-
15:18
“Barselona”nın yarımmüdafiəçisi Premyer Liqa klublarının hədəfində
-
15:07
Dünya Millətlər Kubokuna 13 boksçumuz qatılacaq
-
14:49
Azərbaycanın qadın güləşçiləri yeni antidopinq qaydaları ilə tanış olublar
-
14:31
Millimizin futbolçusu müalicə üçün Madridə yollanıb
-
13:55
DÇ-2026: Açılış oyununun hakimləri müəyyənləşdi
-
13:20
“Real” fransız futbolçu üçün 200 milyon avro ödəməyə hazırdır
-
12:42
Üç klub Qakponu heyətində görmək istəyir
-
12:16
Alessandro Nestanın yeni iş yeri müəyyənləşdi
-
12:03
Azərbaycanın akademik avarçəkənləri Dünya Kubokunun ikinci mərhələsində iştirak edəcəklər
-
11:38
"Şəfa"dan növbəti transfer
-
11:24
Niderland millisi Özbəkistanı çətinliklə məğlub etdi VİDEO
-
10:59
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:47
“Şahdağ Qusar”dan doğru seçim
-
09:31
Hacı Əliyev milliyə məşqçi təyin edilib
-
00:25
Təki “inamımız” “niyyətimiz” kimi puç olmasın...
-
21:48
Füzuli Məmmədovun yeni klubu müəyyənləşdi
-
20:54
“Sumqayıt”dan ayrılan Saşa İliç bu tanınmış klubu çalışdıracaq
-
20:35
“Şamaxı”nın hazırlıq planı bəlli oldu
-
20:00
Şimali Makedoniya - Azərbaycan matçının hakimləri bilindi
-
19:19
Belarus klubu avrokubok oyunlarını Sumqayıtda keçirəcək
-
18:47
“Şəfa”nın yay hazırlıq planı bəlli oldu
-
18:26
Modriç Messiyə çatdı
-
17:53
PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
-
16:38
Kişi tennisçilərdən ibarət yığmamız "Davis Cup"da iştirak edəcək
-
16:14
Azərbaycan kanoeçisi Tatyana Smilovenko Avropa çempionatında mübarizə aparacaq
-
16:02
Gimnastlarımız Dünya Kuboku və AGF Trophy yarışlarında 8 medal qazanıblar
-
15:41
Azərbaycan Premyer Liqasında mövsümün ən yaxşı 10 qolu VİDEO
-
15:25
Minifutbol millimizin zəfər turu FOTOLENT
-
14:59
MPK-nın nümayəndə heyəti Avropa Paralimpiya Komitəsinin forumunda iştirak edib
-
14:30
Millimizin baş məşqçisi Vyetnamda təlim keçib
10.06.2026
09.06.2026
08.06.2026























