Ölkə futbolu
AFFA prezidentliyi ilə bağlı son durum - hər şey böhran vəziyyətinə doğru?
Martın 1-də Gəncədə keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında növbəti Hesabat-Seçki Konfransının 2 aprel tarixinə təyin edilməsi barədə qərar qəbul olunub. Gəncədə baş tutan iclasda Rövnəq Abdullayev yenidən AFFA prezidentliyinə namizəd olmayacağını açıqladı. Bu isə o deməkdir ki, aprelin 2-də yeni AFFA prezidenti, eləcə də İcraiyyə Komitəsinin üzvləri seçilməlidir. Lakin seçkiyə 11 gün qalsa da, hələlik konkret namizəd yoxdur. Nə AFFA prezidentliyinə, nə də İcraiyyə Komitəsinə. Mətbuatda, sosial şəbəkələrdə müxtəlif adlar çəkilsə də, seçkiyə 11 gün qalmış heç bir şəxsin rəsmən namizəd olması barədə ictimaiyyətə açıqlama verilməyib.
Futbolxeber.az saytının araşdırmasına görə, İcraiyyə Komitəsinə namizədlərin adları ən geci sabah müəyyənləşməlidir. Belə ki, nizamnamənin 34-cü maddəsinin 4-cü bəndində deyilir: “İcraiyyə Komitəsinə namizədlər AFFA üzvləri tərəfindən yalnız birbaşa üzvlər vasitəsilə Konfransın keçirilmə tarixindən ən azı 10 gün əvvəl təklif olunmalıdır”. “Ən azı 10 gün” müddəti isə sabah bitir.
Qeyd edək ki, İcraiyyə Komitəsi 13 üzvdən təşkil olunur:
a) Prezident;
b) İcraçı vitse-prezident;
c) vitse-prezident;
ç) vitse-prezident;
d) vitse-prezident;
e) 8 üzv.
Eləcə də İcraiyyə Komitəsinin üzvləri AFFA-nın üzv təşkilatlarının kateqoriyalarını aşağıdakı kimi təmsil edirlər:
a) Regional Futbol Federasiyaları: 3 üzv;
b) Sahə Futbol Federasiyaları: 2 üzv;
c) İctimai Futbol Təşkilatları: 2 üzv;
ç) PFL: 5 üzv.
Qəribədir ki, 2020-ci ildə təsdiq edilmiş Nizamnamədə İcraiyyə Komitəsinə namizədlərdən fərqli olaraq prezident seçkisi ilə bağlı boşluqlar var. Birincisi, namizədin neçə gün əvvəldən açıqlanmalı olduğu qeyd olunmayıb. Halbuki əvvəlki nizamnamədə bu müddət 15 gün idi.
Bu günə qədər AFFA prezidentliyinə heç bir namizədin adı açıqlanmayıb. Maraqlıdır, AFFA prezidentliyinə heç kim namizədliyini irəli sürməsə, necə olacaq? Qəribədir ki, bu barədə də nizamnamədə heç bir bənd yoxdur. Bu isə o deməkdir ki, belə bir hal yaşansa, heç kim AFFA prezidentliyinə namizəd olmasa, böhran vəziyyəti yaşanacaq. Böhran vəziyyətində isə məntiqlə AFFA prezidentini icraçı vitse-prezident əvəzləməlidir. Lakin Elxan Məmmədovun FİFA-da fəaliyyətə başlamasından sonra AFFA-nın icraçı vitse-prezidenti vəzifəsi də boşdur. Belədə ümid qalır İcraiyyə Komitəsinə. Adətən bu cür hallarda prezident seçilənə kimi onun səlahiyyətlərini İcraiyyə Komitəsinin ən təcrübəli üzvü icra edir. İndiki məqamda isə bu, 2003-cü ildən AFFA-nın vitse-prezidenti olan Elşad Nəsirovdur.
Xatırladaq ki, E.Nəsirov daha əvvəl 1 dəfə - 2007-ci ildə Ramiz Mirzəyevin vəfatından sonra təxminən 6 ay müddətində - yeni prezidenti seçilənə qədər AFFA prezidentinin səlahiyyətərini yerinə yetirib.
Futbolxeber.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- II turun hakim təyinatları açıqlandı
- Əfran İsmayılovun israfçılığı...
- "Qarabağ"ın "Xaric segah"ı...
- "Barselona" - "Rayo Valyekano" matçında 7 qol
- “Roma”dan darmadağın
-
17:42
Simon Banzanın yeni klubu bilindi
-
17:05
Azərbaycan - Tacikistan oyununun hakimləri müəyyənləşib
-
16:26
"Naxçıvan"dan növbəti transfer
-
15:39
AFFA I Liqanın 7 klubunu cərimələdi
-
15:13
Çempionlar Liqasının finallarını bu şəhərlər qəbul edəcək
-
14:58
"Araz-Naxçıvan"ı millinin bazasına çevirmək istəyirik"
-
14:44
Astana UEFA Superkuboku matçına ev sahibliyi edəcək
-
14:21
"Zirə" legionerini "Karvan-Yevlax"a icarəyə verdi
-
14:00
AFFA "Kəpəz"i cərimələdi
-
13:37
Azərbaycandan ayrıldı, Kipr klubuna keçdi
-
13:02
“Araz-Naxçıvan”dan yubiley qolu
-
12:55
“Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
-
12:16
Azərbaycan cüdoçuları Olimpiya Təlim Düşərgəsinə qatılıblar
-
11:49
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol
-
11:23
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:08
Cəlal oynadı, komandası 1 xal qazandı
-
10:54
"İnter" - "Udineze" matçında 8 qol VİDEO
-
10:31
Abdullazadənin komandası darmadağın oldu
-
10:17
"Roma" 4-də 4 etdi VİDEO
-
10:00
Şeydayevin komandasından əzmkar qələbə
-
00:42
“Fənərbaxça” səfərdə xal itirdi VİDEO
-
20:39
Azərbaycan millisi Moldovaya məğlub oldu
-
19:47
Elvin Camalov “Neftçi”dən getdi
-
18:20
Bakıdakı "Formula 2" yarışında iki sıralama sessiyası və iki əsas yarış olacaq
-
17:51
Azərbaycan təmsilçisi Çempionlar Liqasında mübarizəni dayandırıb
-
17:16
Boks üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
-
17:03
Basketbol məşqçiləri üçün seminar və imtahanlar keçirilib
-
16:42
Azərbaycan voleybolçuları U-22 Avropa çempionatında mübarizə aparıblar
-
16:34
Cenk Sümer: “O, bu imzanı yalnız kağıza deyil, həm də qəlblərə atdı!”
-
16:25
“Neftçi” Emil Səfərovla yeni müqavilə imzaladı
-
15:58
"Gəncə"də yeni müqavilə
-
15:37
“Araz-Naxçıvan”ın oyunlarının keçiriləcəyi məkan dəqiqləşib
-
15:19
Hidayət Heydərovun dünya çempionatında iştirakı məşqçilərin qərarından asılı olacaq
-
15:00
Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
-
14:26
"Naxçıvan"dan yeni transfer
-
13:51
İsmail Taofik: “Hədəfimiz çempionluqdur”
-
13:33
PSJ "Brest"dən üstün oldu VİDEO
-
13:02
"İmişli"dən "Şəfa"ya
-
12:44
Keyn "Bavariya"ya qələbə qazandırdı VİDEO
-
12:25
Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
-
11:58
"Napoli" "Bolonya"ya qalib gəldi VİDEO
-
11:39
Boksçularımız Çində beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar
-
11:17
"Yuventus" uduzdu VİDEO
-
11:00
Varkonyi: “Tək “Sabah” yox, “Zirə” və “Neftçi”ni də unutmaq olmaz”
-
10:46
Derbini "Mançester Siti" qazandı VİDEO
-
10:22
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:53
"Barselona" səfərdə qalib gəldi VİDEO
-
09:31
Toral oynadı, "Bursaspor" xal itirdi
-
09:14
"Qalatasaray"dan çətin qələbə VİDEO
-
23:37
Renat Dadaşov Ukraynada debüt etdi
15.09.2026
14.09.2026
13.09.2026
























