Ölkə futbolu
Qurban Qurbanov İcraiyyə Komitəsinə qayıda bilər: “Bəzən küsürsən, inciyirsən, amma...”
“Tovuzda olmaq mənim üçün hər zaman xoşdur. Hər bir azarkeşə təşəkkür edirəm. Komandamı belə xoş qarşıladıqlarına görə onlara minnətdaram. Sağ olsunlar. “Turan Tovuz”a da gələcək oyunlarda uğurlar arzulayıram”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXVII turunda “Turan Tovuz”a qarşı səfərdə keçirilən oyundan sonra deyib.
Təcrübəli mütəxəssis komandasının 3:1 hesablı qələbəsini belə şərh edib: “Bizim üçün vacib oyun idi. Mən həmişə istəmişəm ki, gərgin səfər matçlarından sonra bu cür oyunlarda futbolçularım xarakter göstərsinlər. 2 gün yollarda olduq. Bununla belə, komanda toplarlandı. Matçın əvvəlində gərginlik var idi. Sonradan oyunu ələ ala bildik. Yekunda qələbə qazandıq. Futbolçularıma təşəkkür edirəm. Son bir ayda çox sıx qrafikdə oynayırdıq. Bu qrafikə dözmək futbolçular üçün çox vacib idi. Buna peşəkarlıq lazım idi. Onu da futbolçularımda gördüm. Öz azarkeşlərimizə də minnətdaram. Uzun yol qət edərək bu gün bizi tək qoymadılar”.
Q.Qurbanov qeyd edib ki, komandası qarşıdakı 2-3 turda çempionluğu təmin etsə belə, növbəti görüşlər üçün motivasiya ilə bağlı problem yaşamayacaq: “Çünki daha yaxşı olmaq üçün qarşıdakı matçlara daha yaxşı hazırlaşmalıyıq. Təəssüf ki, milliyə gedən futbolçular istirahət edə bilməyəcəklər. Digərlərinə xeyli istirahət verəcəyik ki, bərpa olsunlar. Qarşıda yenə çempionat, kubok matçları gəlir. Yenə 4 gündən bir oynamalı olacağıq. İnanmıram ki, hər hansı çətinlik olsun. Əksinə, daha çox çalışacağıq”.
O, millinin oyunları ilə bağlı yaranacaq fasilə ilə bağlı planlarından da söz açıb: “Futbolçulara 4 gün istirahət verəcəyik. İnanmıram ki, yoxlama görüşü keçirək. Sabah proqram hazırlayacağıq. Bəlkə əvəzedici heyətimizlə yüngül oyun keçirdik. Bakıda olacağıq”.
Qurbanov bugünkü matçda mərkəz müdafiəçisi kimi sınadığı Mateus Silvadan razı qalıb: “Ümumən normal təsir bağışladı. Səhvləri çoxdur. Xüsusən də mövqe səhvləri. Lakin üstün cəhətləri də var. Mərkəz müdafiəçisində olası xüsusiyyətlərə sahibdir. Sürətindən faydalanır, birəbir mübarizələrdən qalib ayrılır. Oynadıqca özünü bu mövqedə daha rahat hiss edəcək. Amma Silva bizə öz mövqeyində daha çox lazımdır”.
Q.Qurbanov söyləyib ki, hesab fərqli olsaydı, bəlkə də əsas heyət futbolçularını ikinci hissədə meydana buraxmazdı: “Oyunun gedişatına görə addım atacağdıq. Meydandakı oyunçuların durumu vacib idi. Yorulanlar, zədə almaq ehtimalı olanlar var idi. Amma Zubir, Juninyonu meydana buraxmaq düşüncəm yox idi. Gedişata uyğun addım atdıq”.
Qurbanov legioner limiti barədə konkret fikir bildirməkdə çətinlik çəkib: “Eyni səviyyəli komanda saxlamaq üçün fərqli düşüncədə oluruq. Eyni səviyyəli heyət olsa, hamı oynayacaq. Əlimizdə olanlar nəticə verən futbolçulardır. Belədə Nəriman üçün daha çox şans yaranır. Tural, Elvin aetıq püxtələşiblər. 1-2 fərqli futbolçu olsa, heyət daha geniş olardı. Amma bugünkü heyətimdən də razıyam. Hər bir oyunçu nəticə verməyi bacarır. 1-2 əlavə olsaydı, pis olmazdı”.
Hazırda “Qarabağ”ın legionerlərinə Avropa klublarından maraq olsa da, bu məqam Qurbanovu narahat etmir: “Hazırda heç bir danışıq yoxdur. Hər hansı təklif olsa, buna normal yanaşacam. Gözləniləndir. Biz də istəyirik ki, heyətimizi qoruyub saxlayaq. Bir problem görmürəm. Transfer bazarına girməliyik. Azərbaycvan futbolunu tanıtmaq üçün bazarda da iştirak etməliyik”.
Təcrübəli mütəxəssis qeyd edib ki, hazırda ikinci pillədən 24 xal öndə olmalarında Azərbaycan futbolu adına hər hansı problem görmür: “Buna normal baxıram. Xal fərqini düşünürüksə, Avropanın çox ölkələrində belə hal olur. Bu o demək deyil ki, bizdə vəziyyət bərbaddır. Ola bilər bu mövsüm oyunumuz daha uğurlu alınıb. Bu o demək deyil ki, hər il belə olacaq. Bundan da yaxşı formada olduğumuz vaxtlarda elə olub ki, çempionluğu sona 2-3 tur qalmış rəsmiləşdirmişik”.
“AFFA-nın yeni rəhbərliyindən təklif gəlsə, yenidən İcraiyyə Komitəsində yer alarsınızmı?” sualına Qurban Qurbanov belə cavab verib: “Ümumən biz Azərbayan futbolu üçün çalışırıq. Tək özümü düşünməyim düzgün olmaz. Bəzən küsürsən, inciyirsən, amma ümumən Azərbaycan futboluna faydası olacaq, lazımi addımı atacağıq”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
-
10:17
Yenidənqurmadan sonra Xankəndidə keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
-
09:52
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
-
09:30
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
11.11.2026
10.11.2026
09.11.2026
























