6 Avqust 2026, Cümə axşamı
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib

Dünən keçirilən “Azərbaycan derbisi”ndə Peşəkar Futbol Liqası və Nəfəs Psixi Sağlamlıq Akademiyasının təşkilatçılığı ilə sosial idman layihəsi baş tutub. 
 
Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, klublar meydançaya “Uşaqlar Nəfəsimizdir” devizi altında psixonevroloji narahatlıqları olan uşaqlarla çıxıblar. Psixi narahatlıqların ümidsizlik, hər şeyin sonu olmadığını təbliğ edən layihəyə “Neftçi” və “Qarabağ” klubları da dəstək olub. Dünyada futbolun populyarlığından istifadə edən layihə iştirakçıları gələcəyimiz olan uşaqlara bütün narahatlıqlar, çətinliklər üzərində qələbə arzulayıb, onlara həyatlarında xoşbəxtliklər diləyiblər.
 
Qeyd edək ki, Nəfəs Psixi Sağlamlıq Akademiyası psixiatriyanı insanlara tanıdaraq, faydalarından yararlanmağı təmin edir. Hədəfi xidmətləriylə ölkədə psixologiyanın inkişafında rol oynamaq, insanların həyat keyfiyyətini artırmaq olan akademiyanın əlaqə nömrələri və ünvanı aşağıdakı kimidir:
 
Telefon: 0519841222 0504451222
 
Ünvan: 6-cı Mikrorayon, Qəzənfər Musabəyov küçəsi 4
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31