Ölkə futbolu
Elvin Musazadə: "Qurban Qurbanov da transferimdə atamın rolu olduğunu etiraf etmişdi" (Müsahibə)
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin oğlu, son olaraq "Qarabağ"ın formasını geyən Elvin Musazadənin Futbolxeber.az saytına müsahibəsi.
- "Qarabağ"da işlərin necə gedir?
- Mən artıq futboldan getmişəm. Futbolçu karyeramı başa vurdum. Bunu ilk dəfə sizə açıqlayıram.
- Amma adın hələ də PFL-in saytında, "Qarabağ"ın iştirak ərizəsində yer alır.
- Hə, elədir. Yəqin qışda çıxararlar.
- Nəyə görə futboldan getmək qərarına gəldin?
- Belimdə pis ağrılar var. Həm də yüklənmədən əyrilik əmələ gəlib.
- Ağrılar anidən əmələ gəldi? Yoxsa əvvəldən də var idi?
- Bəlkə də belimdə problem çoxdan var. Amma axır vaxtlar ağrılar daha çox hiss olunurdu. Həkimlər də futbolu buraxmağımı istədilər.
- Ramin müəllim müsahibələrində sənin futboldan getməyini istədiyini demişdi. Onun bu qərarda nə dərəcədə təsiri oldu?
- Onun heç bir rolu olmadı. Qərarı özüm qəbul etmişəm. Təbii ki özbaşına deyiləm. Mən fikrimi atama dedim, o da məni anlayışla qarşıladı.
- Düşünmürsən ki, hər şey "Qarabağ"a transferindən sonra başladı? Çünki həmin vaxt mətbuat Ramin Musayevin üzərinə çox getdi. Əksəriyyət yazdı ki, Qurban Qurbanov Elvini "Qarabağ"a Ramin Musayevin dostu olduğuna görə götürüb
- Açığı, "Qarabağ"dakı statistikaya baxanda elə deyənləri qınamaq olmur. Həm də məşqçinin özü də təsdiq etmişdi ki transferimdə bu amilin də hardasa rolu olub.
- Deməli etiraf edirsən ki, "Qarabağ"a Elvin Musazadə olduğuna görə yox, Ramin Musayevin oğlu olduğuna görə transfer oldun?
- Sən lap kökündən vurdun (gülür).
- Özün belə dedin də. Amma etiraf etməyini də alqışlamaq lazımdı. Düzünü demək də hər adamın işi deyil.
- Düzünü demək borcumuzdu.
- "Qarabağ"a keçdiyinə görə peşman deyilsən ki? Halbuki "Rəvan"da oynayarkən, nə sənin, nə də Ramin Musayevin üzərində belə təzyiq var idi.
- Hər şey qismətdi. Bəlkə də "Rəvan"da qalsaydım və daha çox üzdə olsaydım, birtəhər ağrılara dözərdim. Amma dediyim kimi, hər şey qismətdi. Mənim də qismətimə yazılıb ki, son klubum "Qarabağ" olsun.
- Sirr deyilsə, indi nə işlə məşğulsan?
- Sirr deyəndə ki, Bakı onsuz da balaca şəhərdi. Nəsə olsa, hər kəs qısa zamanda xəbər tutacaq. Amma hələ ki heç bir işlə məşğul deyiləm. İqtisad Universitetini bitirmişəm. İnşallah, ixtisasıma uyğun bir iş taparam.
- Ramin müəllim səndən futboldan getməyini istəyirdi. Bilirik ki, gərgin iş rejimi onun da səhhətində problemlərə səbəb olur. Heç elə olub ki, sən də Ramin bəydən futboldan getməyi istəyəsən?
- 1 dəfə mən də ona bunu təklif etmişəm. Amma qəbul etmədi. Həm də atam çox peşəkardı. İşinə çox ciddi yanaşır.
- Təbii ki 1 nəfəri hamı bəyənə bilməz və vəzifədə olan insanı gözügötürməyənlər də çox olur. Bu baxımdan Ramin Musayev də tez-tez tənqidlərlə üzləşir. Belə hallarda, ürəyindən hansı hisslər keçir?
- Qardaşım, biz azərbaycanlıyıq. Hər birimizin ailəsində qeyrət, namus var. Təbii ki bu cür halla üzləşmək heç kimə xoş deyil. O cümlədən də mənə. Haqsız tənqid görəndə çox pis oluram.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
12.11.2026
11.11.2026
10.11.2026
























