15 Avqust 2026, Şənbə
İmad Faraj “Neftçi”dən getdi
Yeni mövsümün ilk qolu vuruldu
“Tvente” “Qarabağ”a rəqib oldu
“Qarabağ” pley-offa yüksəldi

Ölkə futbolu

Fərrux Mahmudov "Spartak"la oyundan danışdı

“Neftçi”nin baş icraçı direktoru Fərrux Mahmudov Rusiyanın “Spartak” klubu ilə Bakıda keçiriləcək yoldaşlıq oyunu ilə bağlı fikirlərini bildirib.
 
Futbolxeber.az saytının məlumatına görə, o, "Match TV"yə açıqlamasında deyib ki, görüş futbolçular və azarkeşlər arasında böyük maraq yaradacaq:
 
“Ölkələrinin flaqmanı sayılan klublar arasındakı tarixi rəqabət bu görüşü daha da vacib edir. İnanıram ki, qarşılaşma yoldaşlıq oyunu olsa da, yenə də futbolçular və azarkeşlər arasında böyük maraq yaradacaq, həm də xoş xatirələr buraxacaq”. 
 
Qeyd edək ki, "Neftçi" - "Spartak" matçı martın 23-də "Neftçi Arena"da keçiriləcək. Komandalar arasında ötən ilin iyulunda Moskvada oynanılan yoldaşlıq matçında "Spartak" qalib gəlib - 2:0.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31