3 Avqust 2026, Bazar ertəsi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq
ÇL-də pley-offun püşkü atıldı
"Qarabağ" ciddi itki ilə üzləşdi

Ölkə futbolu

"Neftçi"nin sabiq məşqçisi: "Məşq vaxtı Böyükağa Hacıyev heç bazada tapılmırdı"

"Neftçi"nin sabiq məşqçisi Kamal Quliyev Tərlan Əhmədovun klubun keçmiş baş məşqçi, hazırki müşavir Böyükağa Hacıyevin onun işinə qarışması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. Futbolxeber.az saytına verdiyi açıqlamada Quliyev bu cür hala şahid olmadığını qeyd edib: "Tərlan Əhmədovla Böyükağa Hacıyevin arasında hansı söz-söhbətlərin olduğunu deyə bilmərəm. Adətən bu cür söhbətlər təklikdə olur. Komandanın məşqçisi kimi mən bu cür hala, hansısa söz-söhbətə şahid olmamışam. Bu məsələdən xəbərsizəm. Amma gördüklərimə əsasən deyə bilərəm ki, komandaya bütün məşqləri Tərlan Əhmədov özü keçirdi. Məşq vaxtı Böyükağa Hacıyev heç bazada tapılmırdı. Məşq prosesini, planları o bizimlə birgə tərtib edirdi. Yəni, mən Böyükağa Hacıyevin Tərlan Əhmədovun işinə qarışmasını görməmişəm. Bəlkə də aralarında nəsə olub. Amma bu haqda məlumatın yoxdu. Bütün məşqləri də Tərlan Əhmədov özü keçirdi". 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31