6 Iyun 2025, Cümə
Özbəkistan millisi DÇ-2026-da
Ölkə kubokunun qalibi bilindi
“Neftçi” yeni transferini açıqladı
Əhmədzadə “Zirə”dən getdi

Ölkə futbolu

AFFA 4 klubu cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, iclasda Azərbaycan Premyer Liqasının 22-ci turunun oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.

“Kəpəz” - “Səbail” oyununda “Kəpəz”in 6 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib. “Kəpəz” klubunun futbolçusu Vurğun Hüseynov hakimin qərarına etiraza görə ikinci “sarı”dan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 500 manat cərimə edilib

“Səbail”in 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.

"Araz-Naxçıvan” - “Neftçi” oyununun fasiləsində meydan sahiblərinin məşqçisi Vadar Nuriyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Araz-Naxçıvan” 1500 manat cərimə edilib.

“Neftçi”nin 5 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.

"Neftçi”nin azarkeşləri tərəfindən rəqib futbolçuların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Neftçi” klubu 1000 manat cərimə edilib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30