12 Avqust 2026, Çərşənbə
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da

Ölkə futbolu

Ramil Şeydayev: “Bu klubu Rəşad Sadıqova görə tanıyırdım”

“Buranı Rəşad Sadıqova görə tanıyırdım. Transfer proseduru vaxt apardı. Burada olduğuma görə çox xoşbəxtəm”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Türkiyənin "Kocaelispor" klubuna transfer olunan Ramil Şeydayev bugünkü təqdimat mərasimində deyib.

Azərbaycan millisinin hücumçusu yeni komandasında uğur qazanacağına inandığını bildirib: "Yaxşı mövsüm keçirmək istəyirəm. Türkiyədə və "Kocaelispor"da oynamaq məni həyəcanlandırır. Transferimdə əməyi olan hər kəsə təşəkkür edirəm. Mövsümün sonunda hamımız birlikdə sevinəcəyik".

Qeyd edək ki, Azərbaycan millisinin sabiq üzvü, hazırda "Zirə"nin baş məşqçisi olan Rəşad Sadıqov 2008-2009 mövsümündə "Kocaelispor"da çıxış edib.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31