2 Fevral 2026, Bazar ertəsi
"Qarabağ" yeni transfer edir
"Qarabağ" və "Neftçi"dən qələbə
"Sumqayıt"da gözlənilməz ayrılıq
Yuri Vernidubdan qələbə şərhi

Ölkə futbolu

“Qarabağ”ın qapıçısı: “Rusiya? Bütün təkliflərə açığam”

“Qarabağ”ın qapıçısı Andrey Lunyev gələcək karyerası haqda danışıb.

Futbolxeber.az saytının məlumatına görə, “RB Sport”a müsahibəsində rusiyalı qolkiper Ağdam klubu ilə yeni müqavilə barədə danışıqlar getdiyini söyləyib. Lakin o, klubunu dəyişə biləcəyini də istisna etməyib:

“Gələcək karyeram barədə hazırda “Qarabağ”la danışıqlar gedir. Bununla məşğul olan insanlar var. Mənim işim meydanda nəticə verməkdir. Rusiya Premyer Liqasına qayıtmaq? Prinsipcə, mən bütün təkliflərə açığam. Sadəcə gələcək inkişaf və ailəm üçün ən yaxşı olan variantı seçmək lazımdır”.

Qeyd edək ki, 32 yaşlı qolkiper vətənində “Torpedo”, “İstra”, “Kaluqa”, “Saturn”, “Ufa” və “Zenit”də forma geyib. “Qarabağ”a isə Leverkuzen “Bayer”indən gəlib. Lunyovun “Qarabağ”la müqaviləsi 2024-cü ilin 30 iyununa qədərdir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28