3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Ölkə futbolu

"Şinnik" rəsmisi Musayevlə görüşmək üçün Azərbaycana gəlib

Rusiyanın “Şinnik” klubunun rəsmisi "Sabah"ın baş məşqçisi Murad Musayevlə görüşmək üçün Azərbaycana gəlib.
 
Futbolxeber.az saytının “Metaratings”ə istinadən verdiyi məlumata görə, komandanın idman koordinatoru Aleksandr Pobeqalov 40 yaşlı mütəxəssislə danışıq aparacaq.
 
"Şinnik" rəhbərliyi postundan uzaqlaşdırılan Dmitri Xomuxanın yerinə məhz Murad Musayevi gətirməyi planlaşdırır.
 
Yaroslavl təmsilçisinin baş direktoru Qalimcan Xayrulin idman koordinatorunun Azərbaycana səfər etdiyini təsdiqləyib: “Biz bir çox namizədlə əlaqə saxlayırıq. Dekabrın 25-nə kimi qərar verəcəyik”.
 
Qeyd edək ki, Murad Musayevin adı bir müddət əvvəl Rusiyanın digər klubu “Alaniya” ilə birgə hallanırdı.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31