25 Sentyabr 2026, Cümə
Rafael Utsiq yenidən “Qəbələ”də
U-21 millimiz Çexiya ilə heç-heçə etdi
“Şahdağ Qusar”dan 8 qollu qələbə
“Neftçi” Cavadovu təbrik etdi

Ölkə futbolu

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə gümüş medal qazanıb

Azərbaycanın stolüstü tennisçi Onur Quluzadə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Nikolay Nikitinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə etimadı doğruldub.

Futbolxeber.az saytının məlumatına görə, o, sayca XXIII olan ənənəvi yarışda 2010-cu il və daha kiçik təvəllüdlü idmançıların mübarizəsində gümüş medal əldə edib.

Qrup mərhələsində bütün rəqiblərinə qalib gələn Quluzadə 1/16 finalda Belarus təmsilçisini, 1/8, 1/4 və 1/2 finalda Rusiya idmançılarını üstələyərək finala yüksəlib.

Həlledici oyunda isə stolüstü tennisçimiz özündən bir yaş böyük olan rusiyalı rəqibinə uduzaraq fəxri kürsünün ikinci pilləsində yer alıb.

Onur Quluzadə bu nəticə ilə 2008-2009-cu il təvəllüdlü idmançıların turnirində mübarizə aparmaq hüququ qazanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30