8 Avqust 2026, Şənbə
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Ölkə futbolu

“Sumqayıt”ın Müşahidə Şurasında yeni sədr

"Sumqayıt" Futbol Klubunun Müşahidə Şurasının iclası keçirilib.

Futbolxeber.az saytının klubun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, Azərkimya İstehsalat Birliyinin inzibati binasında gerçəkləşən toplantını Müşahidə Şurasının (MŞ) sədri Abdulla Məmmədov açıb.

O, gündəlikdə duran məsələlərlə bağlı iclas iştirakçılarına məlumat verdikdən sonra klub prezidenti Riad Rəfiyev “Sumqayıt” Futbol Klubunun ötən təqvim ilindəki fəaliyyəti ilə bağlı hesabatı təqdim edib.

Klub prezidentinin təqdimatının ardınca Abdulla Məmmədov şəxsi işləri ilə əlaqədar MŞ-da təmsil olunmaq istəməyən "Azərkimya" İB-nin Həmkarlar İttifaqının sədri Aydın Xəlilov və keçmiş baş direktoru İmran Arzumanzadənin əvəzinə Birliyin baş direktoru Elnur Məmmədli və SOCAR-ın Aparat rəhbərinin müavini Ayxan Əliyevin Müşahidə Şurasına qəbul edilməsini təklif edib. Təklif səsə qoyularaq yekdilliklə qəbul edilib.

Daha sonra Abdulla Məmmədov digər işləri ilə əlaqədar Müşahidə Şurasının sədri vəzifəsindən istefa verdiyini, fəaliyyətinə sıravi üzv kimi davam etmək istədiyini, sədr kimi isə Elnur Məmmədlinin namizədliyini təklif etdiyini bildirib. Təklif səsə qoyularaq yekdilliklə qəbul edilib.

Müşahidə Şurasının yeni tərkibi və sədri müəyyənləşdikdən sonra klubun gələcək planları, qarşıdakı hədəflər və görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31