Ölkə futbolu
Qurban Qurbanov: “Çox uğurlu nəticə qazandıq”
“Çox uğurlu nəticə qazandıq. Oyunun gedişatına baxsaq, belə qənaətə gəlmək olar. Daha yaxşısını gözləyirdim. Fikirləşirdim ki, o qədər çətinliyimiz olmaz, meydana daha tez uyğunlaşarıq. Amma havaya, meydana tam uyğunlaşa bilmədik. Demişdim ki, çətinliklərə dözmək lazım olacaq. Futbolçular bunu bacardılar”.
Futbolxeber.az saytıın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Mölde" ilə heç-heçə etdikləri matçdan (2:2) sonra təşkil olunan mətbuat konfransına deyib.
Mütəxəssis görüşdə qazanılan 1 xalın faydalı olduğunu vurğulayıb: "Futbolçularımız sonda da gedişatı dəyişdilər. Çox vacib xal qazandıq. Bir oyunumuz qaldı. Bakıdakı matça daha yaxşı hazırlaşmağa çalışacağıq. Bu bir xalın bizə faydası çox oldu. Amma arxayınlaşmaq olmaz. Bakıda daha diqqətli olmalıyıq. Daha istəkli oynamaq lazımdır. Futbolçulara təşəkkür edirəm ki, bütün çətinliklərə baxmayaraq, inamlarını itirmədilər".
O, oyunda məcburi əvəzetmələrin olmasına toxunub: "Əvəzetmələrə hazırlaşırdıq. Sadəcə bəziləri bir az gözlənilməz oldu. Amma ümumən rəqib çox keyfiyyətlidir. "Mölde"yə qiymət vermək lazımdır. Öz oyun sistemini, fəlsəfəsini meydanda çox yaxşı icra edirlər. Sistemə elə uyğunlaşıblar ki, hamı bilir nə edəcək. Çox epizodlarda diqqətli olub qarşısını aldıq. İlk hissədə oyun quruculuğunda dəyişiklik etmişdik. Müdafiədə ilk yarının son 15 dəqiqəsində rəqibi düzgün bağlaya bilmədik. İkinci yarıda daha diqqətli olduq, daha rahat bunu etdik. Sadəcə sonda biz qol vurmalıydıq, rəqib vurdu. Əvəzetmədən oyuna girənlər özlərini pis tərəfdən göstərmədilər. Düzdür, balans bir az pozuldu. Amma daha aqressiv oldular".
Qurbanov "90+5-ci dəqiqədə gələn qol yeni tarix üçün tam dönüş nöqtəsi ola bilərmi? Artıq Konfrans Liqasının pley-off mərhələsini təmin etmisiz" sualına belə cavab verib: "Son dəqiqələrdə həm buraxılan, həm vurulan qollar komandanın böyüməsi üçün vasitədir. Belə oyunlarda son dəqiqələrdə bu cür qol vurmaq komandaya əlavə motivasiya, inam verir. Çox vacibdir. Bakıda "Bayer"lə matçda son dəqiqə buraxılan qol futbolçulara çox təsir etmişdi. Amma həmin oyundan futbolçularım çox şey götürdülər. Belə qollar böyük oyunlara bənzəyir. Şansımız varsa, bundan maksimum istifadə edəcəyik. Bir oyunumuz qalıb. Konfrans Liqasına gəlincə, bu, ancaq sevindirir. Amma bununla futbolçularım dayanmayacaq, hamımız daha yaxşısını istəyəcəyik. Bakıda daha diqqətli olmağa çalışacağıq".
Baş məşqçi oyunçularının belə çətin matçlar üçün yetərincə ehtiyat qüvvəsinin olub-olmaması barədə bunları bildirib: "Bu gün bir az çatışmazlıq orta xətdə oldu. Orta xətdə bəlkə daha tez dəyişiklik edə bilərdim, Patrik Andrade, Marko Yankoviç yorulmuşdu. Düzdür, Riçard Almeyda var idi. Julio Romaonun olmaması bəzi rotasiyalar etməyə mənə mane oldu. Juninyonun gözlənilməz dəyişikliyi bir az planlarımızı pozdu".
O, qış transfer pəncərəsində heyəti gücləndirib-gücləndirməyəcəkləri barədə suala da cavab verib: “Biz həmişə yaxşı oyunçu axtarırıq. Bir-iki oyunçu qışda transfer etmək istəyərik. Daha bacarıqlı, sağlam oyunçuların çoxluğu işimizi asanlaşdırır”.
Q.Qurbanov Bəhlul Mustafazadənin son dəqiqədə hücuma keçməsi, Patrik Andrade onun yerində oynamasına da toxunub: "Bakıda da belə oyunlar olmuşdu, hətta Kevin və Bəhlul sonda riskə getmişdi. Oyun anında Bəhlulun önə getdi, künc zərbəsindən sonra orada qaldı. Toral Bayramova dedim ki, Bəhlul yerinə qayıtsın ki, 2:1 hesabını qoruyaq, riskə getməyək, Patrik daha öndə olsun. Top orada qaldı, korner oldu, Bəhlul da bundan istifadə etdi. Qarşıda da belə hallar olsa, bu addımları atacağıq".
Mütəxəssis "Azərbaycan futbolu üçün yeni tarix yazmağın bir addımlığındasız. Bununla bağlı nə deyəcəksiniz" sualını belə cavablandırıb: "Mənə inanın, bunu çox dərindən düşünməli deyilik. Daha soyuqqanlı və daha da bacarıqlı olmağa çalışmalıyıq. "Hekken"in qələbəsi yoxdur, bütün oyunlarda uduzublar. Çox istəkli gələcəklər. Buna hazır olmalıyıq. Onlar qələbə istəyəcəklər. Biz oyuna çox intizamlı hazırlaşmalıyıq. Sadəcə meydanda verilən tapşırıqları, oyunumuzu düzgün icra etməliyik. Qarşıdakı çempionat oyunlarına hazırlaşacağıq. Həmin matça qədər bir neçə günümüz olacaq. "Hekken"in oyununa baxdıqdan sonra komandanı soyuqqanlı şəkildə oyuna hazırlamağa çalışacağıq".
O, sonda "Molde" ilə oyunu məşqçilik karyerasında ən çətin və ən həyəcanlı matç hesab etmədiyini söyləyib: "Bugünkü durumuma baxsaq, daha həyəcanlı, gərgin oyunlarım çox olub. Bu gün bir o qədər həyəcan yox idi, hətta rahat idim. Dünən də demişdim ki, ola bilər minimal hesabla uduzaq və hər şey son oyuna qalsın. Bu gün belə oldu. Həyəcan yox idi. Fikrimdə o var idi ki, böyük şansa sahibik və qalib gəlsək, hər şey həll olunacaq, Olmayacaqsa, Bakıdaklı matça hazırlaşacağıq".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- Nuriyev Macarıstan klubunda
- “Zirə”də gözlənilməz ayrılıq
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- “Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
- “Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
- “Neftçi”nin yeni transferi: “Atam həmin futbolçunun fanatı olduğu üçün məni belə adlandırıb”
- Şeydayevin yeni klubu müəyyənləşdi
-
15:00
Polina Rəhimova Avropa çempionatından sonra milli karyerasını başa vuracaq
-
14:23
"Karvan-Yevlax"dan növbəti transfer
-
13:42
“Orhus” Bakıda dəstəksiz qalmayacaq
-
13:05
"Səbail" Bolu toplanışına start verib
-
12:37
“Karvan-Yevlax” legioneri ilə yeni müqavilə imzaladı
-
12:19
"Kəpəz" nigeriyalı yarımmüdafiəçi transfer etdi
-
11:56
Yekaterina Sariyeva Azərbaycan rekordunu yeniləyib
-
10:21
Tahir Gözel: “Bu komandanın potensialına ürəkdən güvənirəm”
-
10:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:48
Andradedən məhsuldar ötürmə
-
09:30
“Sabah” Danimarka çempionuna qarşı
-
23:54
Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
-
23:31
Cüdo məşqçiliyi üzrə sertifikat proqramına başlanılıb
-
23:07
Namiq Ələsgərov “Kəpəz”də
-
19:48
Güləşçilərimiz Buxarestdə 5 medal qazanıblar
-
19:25
I Liqa klubundan “Kəpəz”ə
-
18:56
Qurban Qurbanovun mətbuat konfransının vaxtları müəyyənləşdi
-
18:33
Valdas Dambrauskas: “Sabah tarix yazmaq istəyirik”
-
18:19
“Qəbələ” braziliyalı müdafiəçi transfer etdi
-
17:42
"Mançester Siti" onu icarəyə verdi
-
17:00
Azərbaycanı Avropa çempionatında 13 boksçu təmsil edəcək
-
16:24
"Karvan-Yevlax" daha bir futbolçunu heyətinə qatdı
-
16:11
Boyan Letiç "Araz-Naxçıvan"da
-
15:57
Azərbaycan klubu Daniel Çexlə güclənib
-
15:38
Valensiya "Boka Xuniors"a keçdi
-
15:05
"Karvan-Yevlax"dan növbəti transfer
-
14:46
Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
-
14:23
Ağadadaş Salyanski “Araz-Naxçıvan”da
-
13:59
“Səbail” Boluya yollandı
-
13:32
PFL Premyer Liqanın sponsorunu açıqladı
-
13:14
“Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdi
-
13:00
Çimərlik voleybolçularımız Türkiyədə beynəlxalq turnirdə iştirak edəcəklər
-
12:41
“Sumqayıt”dan Hindistana üz tutdu
-
12:27
İki boksçumuz Qazaxıstanda qızıl medal qazanıb
-
12:15
"Sabah"ın rəqibi Bakıya gəldi
-
11:58
“İmişli”ni “Dnepr”ə dəyişdi
-
11:36
Cüdoçularımız Almatıda təlim-məşq toplanışında iştirak edir
-
11:03
Kostyuk: “Qarabağ” yaxşı müdafiə olunur”
-
10:42
Cəlal oynadı, komandası qalib gəldi
-
10:29
Bayramov "Bursaspor"da rəsmi debüt etdi
-
10:14
Duran Şotlandiya çempionatında ikinci oyuna çıxdı
-
09:51
“Dinamo” Bakıya qələbə ilə gəlir
-
09:30
Cüdoçularımız Avropa Kubokunu 7 medalla başa vurublar
-
20:15
Elvin Cəfərquliyevin durumu bəlli oldu
-
19:41
Ramil Şeydayev: “Azərbaycan millisini seçdiyimə peşman deyiləm”
-
18:29
“Turan Tovuz”dan növbəti transfer
-
13:56
Yuri Maksimov: "Qarabağ" mənə bir qədər "Şaxtyor"u xatırlatdı"
-
13:00
"Barselona" - "Nottingem Forest" matçında tək qol VİDEO
-
12:32
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:14
"Real" "Ferentsvaroş"a qalib gəldi VİDEO
11.08.2026
10.08.2026
09.08.2026
























