19 Mart 2026, Cümə axşamı
Andrey Demçenkodan qələbə şərhi
“Araz-Naxçıvan”dan vacib qələbə
Ayın qolunun müəllifi mükafatlandırıldı
25-ci turun hakim təyinatları

Ölkə futbolu

Fransız hücumçu: “Neftçi” ilə oyun mənə çox lazımdır”

Heç vaxt Bakıda olmamışam. “Neftçi” ilə oyun şəxsən mənə çox lazımdır”.

Futbolxeber.az saytının məlumatına görə, bunu Rusiyanın “Zenit” klubunun futbolçusu Uilson İzidor “Neftçi”yə qarşı keçiriləcək yoxlama görüşü barədə danışarkən deyib.

23 yaşlı fransalı hücumçu oyun praktikası qazanmaq üçün qarşılaşmaya ciddi yanaşdığını bildirib: “Sankt-Peterburqa qayıtdıqdan sonra Rusiya çempionatında qalib gəlmək üçün oyun praktikası qazanmalı, özünəinamı bərpa etməli, qarşıdakı rəsmi görüşlərə hazır olmalıyam. Növbəti matçı hansı komandaya qarşı və necə oynamağımızın heç bir fərqi yoxdur. Rəqibin “Neftçi”, “Zenit”in əvəzedici heyəti olmasının və ya qeyri-rəsmi, yoxsa rəsmi görüş keçirməyimizin önəmi yoxdur. Mən yüz faiz gücümü ortaya qoyacağam. Optimal formamı bərpa etməliyəm. Oyun praktikası artdıqca qollar da gələcək”.

Qeyd edək ki, bu gün keçiriləcək “Neftçi” - “Zenit” görüşü saat 21:00-da başlayacaq.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31