21 Noyabr 2024, Cümə axşamı
XIV turun hakim təyinatları
Millimiz darmadağın oldu
U-19 da qrup sonuncusu oldu
“Sumqayıt”dan tərəfdaşlıq anlaşması

Ölkə futbolu

“Qarabağ”ın qapıçısı: “Şahruddinlə bir-birimizə videolar göndəririk” (MÜSAHİBƏ)

“Kəpəz” üzərində böyükhesablı qələbə qazandıq. Bu nəticəyə görə məmnunuq”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Qarabağ”ın qapıçısı Amin Ramazanov Azərbaycan Premyer Liqasının XII turunda “Kəpəz”i 7:1 hesabı ilə darmadağın etdikləri oyun barədə danışarkən deyib.  

Gənc qapıçı qapısında gördüyü qolun kuryoz alındığını bildirib: “Təbii ki, qapımı toxunulmaz saxlamaq istərdim. Amma qol bir qədər kuryoz oldu. Zərbədən sonra toxunuş var idi”.

O, öz oyununu qiymətləndirmək istəməyib: “Çıxışım barədə nəsə deməyim düz olmaz. Bu haqda danışmağı xoşlamıram. Oyunuma məşqçilər qiymət versə, daha yaxşı olar”.  

20 yaşlı qolkiper klubdakı rəqabətdən barədə da danışıb: “Komandamızda məndən başqa 2 qapıçı var. Hər ikisi də kifayət qədər güclüdür, təcrübəlidir. Onlardan hər zaman öyrənməyə çalışıram. Şahruddin Məhəmmədəliyevlə daha yaxınıq. Bugünkü gündə də onunla tez-tez danışırıq. Daim onunla oyunları müzakirə edirik. İstər Azərbaycan çempionatının, istərsə də Türkiyə Superliqasının matçlarını. Bir-birimizə tez-tez videolar göndəririk, müəyyən epizodları müzakirə edirik”.

Amin Ramazanov gələn həftə UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində “Bayer Leverkuzen”ə qarşı keçiriləcək matçla bağlı da fikirlərini bölüşüb: “100 faiz öz oyunumuzu göstərməyə çalışacağıq. Bəli, “Bayer Leverkuzen” çox güclü rəqibdir. Lakin bu dəfə öz azarkeşlərimiz önündə oynayacağıq. Düşünürəm ki, budəfəki matç nisbətən asan keçəcək”.

Fərəc ASLANOV





< br/>
Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30