4 May 2026, Bazar ertəsi
Rəşad Sadıqovdan qələbə şərhi
Sxadadze: “Bəsit qol buraxdıq”
“Zirə" "Qəbələ"yə qalib gəldi
"Sumqayıt"dan hakimlərə etiraz

Ölkə futbolu

“Araz-Naxçıvan” - “Qarabağ” oyununun hesabını gözlənilməz adlandırmazdım”

“Təbii ki, "Qarabağ" hazırda Azərbaycanın ən yaxşı klublarındandır. "Araz-Naxçıvan" isə bu il güclülər dəstəsinə qatılsa da, adından söz etdirməyi bacarır. Odur ki, hesabı gözlənilməz adlandırmazdım”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri milli komandamızın məşqçisi Arif Əsədov deyib.

Azərbaycan Premyer Liqasının XI turu çərçivəsində keçirilən “Araz-Naxçıvan” - “Qarabağ” matçı (2:1) barədə danışan təcrübəli mütəxəssis Ağdam klubunun hazırda daha çox UEFA Avropa Liqasına diqqət ayırdığını qeyd edib: “Ağdam təmsilçisinin mövcud durumu bu nəticəni sensasiya kimi qiymətləndirməyə imkan vermir. Bu cür hallar olur. Xüsusilə, “Qarabağ” iki cəbhədə mübarizə aparanda komanda daha çox Avropa Liqasına fikir verir. Belədə çempionat matçlarında müəyyən rotasiyalar aparılır. Komanda çempionatın müəyyən qismini demək olar ki, bu səbəbdən qurban verir. Çoxları nəticəni sürpriz kimi qiymətləndirsə də, "Araz-Naxçıvan" layiqli qələbə qazandı. Komanda birlik göstərib çox vacib 3 xal əldə etdi”.

Azad NURİYEV

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31