Ölkə futbolu
Təklif bizdən, reallaşdırmaq “Neftçi”dən
Bu günlərdə milli komandamızın sabiq üzvü Ruslan Abışov peşəkar futbolçu karyerasını başa vurduğunu açıqladı. Sosial şəbəkə hesabında bununla bağlı paylaşım edən veteran futbolçunun bir fikri böyük marağa səbəb oldu: “Əslində könül istərdi ki, əynimdə yetirməsi və qatı azarkeşi olduğum “Neftçi” forması ilə futbolla və sadiq azarkeşlərlə vidalaşım. Amma qismət deyilmiş”.
Bu, Ruslanın tam haqqıdır. Abışov peşəkar futbolçu karyerasına məhz “Neftçi”də başlayıb. 7 il ərzində “ağ-qaralar”ın heyətindəki inamlı oyunu ilə tanınıb. Necə deyərlər, Ruslanı Ruslan edən məhz “Neftçi” olub. Sonradan bir çox klubların heyətində çıxış etsə də, Abışov hər zaman “Neftçi”li kimi tanınıb. O, həm də azsaylı futbolçulardandır ki, rəqib komandanın heyətində meydana çıxdığı matçlarda belə flaqman azarkeşlərindən hər zaman sevgi görüb. Fanatların Abışova hörməti bu gün də var və belə bir vida tədbirinin keçirilməsi hər iki tərəfin ürəyincə olardı.
“Neftçi” də sabiq müdafiəçisinin bu istəyinə biganə qalmayıb. Dünən “ağ-qaralar”ın baş icraçı direktoru Fərrux Mahmudov Futbolxeber.az saytına açıqlamasında belə bir tədbirin nəzərdə tutulduğunu bildirdi: “Ruslan Abışov üçün vida tədbiri təşkil etmək fikrimiz var. Kommunikasiya şöbəsi hazırda bu barədə fikirləşir. Lakin vida tədbirinin hansı formatda olacağı hələlik dəqiqləşməyib. Bu məsələ müzakirə olunur”.
Olmasın vida oyunu, olsun vida tədbiri. Əsas odur ki, “Neftçi” Abışovu rəsmi şəkildə yola salsın, futbolçunun da azarkeşlərlə vidalaşmaq arzusu reallaşsın. İndi əsas sual vida tədbirinin hansı formada təşkil ediləcəyidir. Əslində bu, çətin bir iş deyil. “Neftçi”nin növbəti ev oyunlarından birində - məsələn, noyabrın 11-də 13-cü turda “Sumqayıt”la, yaxud noyabrın 26-da 14-cü turda “Araz-Naxçıvan”la matçdan öncə bu tədbiri təşkil etmək mümkündür. Hər iki qarşılaşmada “Neftçi” ev sahibi olacaq. Matçdan öncə klub rəhbərliyi Ruslan Abışova flaqmanın çərçivəyə salınmış formasını təqdim edə bilər. Əminik ki, bu, Ruslan üçün çox dəyərli hədiyyə olacaq. Ardınca isə veteran futbolçu “Neftçi” fanatları ilə vidalaşa bilər.
Lakin biz təklif edərdik ki, “Neftçi” bu tədbiri noyabrın 18-də keçirilməsi planlaşdırılan “Zenit”lə matçdan öncə təşkil etsin. Ona görə ki, Sankt-Peterburq klubu ilə matça böyük maraq olacaq. Daha böyük kütlə “ağ-qaralar”ın sabiq futbolçusuna necə dəyər verdiyini görəcək. Böyük ehtimalla, “Zenit”lə matçda stadiona yuxarıda qeyd etdiyimiz 2 çempionat matçından daha çox fanat toplaşacaq. Digər tərəfdən isə, Ruslan Abışov “Zenit”in təmsil etdiyi Rusiya futbolu üçün yad sima deyil. 36 yaşlı müdafiəçi 2013-cü ildə bu ölkənin “Rubin” klubunda çıxış edib. “Neftçi”nin sabiq futbolçusuna qarşı jesti təkcə Azərbaycan deyil, Rusiya mətbuatında da işıqlandırılacaq...
Necə deyərlər, təklif bizdən, reallaşdırmaq “Neftçi”dən. Təbii ki, bu, sadəcə bir təklifdir. Əsas odur ki, bu tədbir reallaşsın. “Neftçi” Ruslan, Ruslan da “Neftçi” qarşısındakı son borcunu yerinə yetirsin...
FUTBOLXEBER.AZ
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
11:00
"Turan" Çempionlar Liqasında növbəti oyununa çıxır
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
03.11.2026
02.11.2026
























