Ölkə futbolu
Kuzmanoviç: "Qarabağ"dan çəkinmirəm"
“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Miço Kuzmanoviçin Futbolxeber.az saytına müsahibəsi
- Azərbaycan Premyer Liqasının X turunda “Qəbələ” səfərində 3 xal qazandınız. 4:1 hesablı q ələbə sizin üçün nə dərəcədə gözlənilən idi?
- "Qəbələ" son oyunlarda inamlı çıxış edir. Onların yaxşı heyəti, gənc oyunçuları var. Amma biz "Qəbələ"yə qarşı necə oynayacağımızı bilirdik. Çünki ilk dövrədə də onlara qarşı yaxşı performans göstərmişdik. Rəqibin azlıqda qalması işimizə yaradı. Öz növbəmizdə komanda şəklində bu üstünlükdən yararlandıq. Qollar vuraraq 3 xal qazandıq.
- Belə görünür ki, çempiondatda yaranan fasilə “Araz-Naxçıvan”ın xeyrinə olub.
- Bəli, fasilə bizim üçün faydalı oldu. Həm istirahət edə bildik, həm də gündəlik hazırlıqlarımızı davam etdirdik. Nəzərə almaq lazımdır ki, biz çox gec toplaşmışıq. Bir araya gəldikdən təxminən 2 həftə sonra çempionatda ilk matçımıza çıxmışdıq. Ona görə də bu cür fasilələr bizim üçün çox faydalıdır. “Qəbələ” ilə oyun zamanı meydanda daha enerjili görünürdük.
- İlk dəfə idi ki, Qəbələ səfərində idiz. Adətən əksər futbolçular, məşqçilər yüksəkliyi, hava şəraitini nəzərə alaraq burada oynamağın çətinliyini qeyd edirlər. Siz də belə bir problemlə üzləşdiz?
- Hər hansı çətinliklə üzləşmədim. Ola bilər ilk hissədə yaxşı oynamadıq, amma bu, siz dediyiniz məqamla bağlı deyildi. Matça rəqib yaxşı start vermişdi. Təxminən 15-20 dəqiqə sonra özümüzə gəldik.
- Mövsümün əvvəlində hamı düşünürdü ki, "Araz-Naxçıvan" autsayder olacaq. Bu gün isə siz dördüncü yerdəsiz və liderdən cəmi 3 xal geri qalırsız. Uğurun sirri nədədir?
- Öz adıma desəm, ilk dəfədir bu komandadayam. Oyundan oyuna daha yaxşısını etmək üçün çalışırıq. Hər oyunda qalib gəlməyi hədəfləyirik. Hər hansı bir sirr yoxdur. Sadəcə üzərimizə düşəni ən yaxşı şəkildə etməyə çalışırıq. Daha yaxşı oynasaq, hər şey mümkündür.
- Avrokuboklara vəsiqə də?
- Bəli, biz buna inanırıq. Əgər avrokuboklara vəsiqə qazana bilsək, ölkəni orada da layiqincə təmsil edəcəyik. Buna arxayın ola bilərsiz. Lakin indidən gələcək barədə çox danışmaq istəmirəm. Hər şeyi zaman göstərəcək. Sadəcə onu bilirəm ki, futbolda hər şey mümkündür.
- Növbəti tur son çempion "Qarabağ"a qarşı oynayacaqsınız. İlk dövrədəki yenilginin əvəzini çıxmaq mümkün olacaq?
- Bu barədə nəsə deyə bilmərəm. Amma bu matça da hazırlaşacağıq. "Qarabağ" keyfiyyətli oyunçulara malik peşəkar komandadır. Hər mövqedə bir-birini əvəz edə bilən oyunçuları var. Onlarla keçirdiyimiz son oyunda pis təsir bağışlamamışdıq. Son saniyələrdə qapımızda gördüyümüz qolla həmin oyunu uduzduq. Bu dəfə meydan sahibi bizik və əlimizdən gələni edəcəyik ki, maksimumuzu göstərək.
- "Qarabağ"dan çəkinmirsiz?
- Xeyr, mən şəxsən çəkinmirəm. Bəlkə hansısa oyunçu çəkinə bilər. Amma bu hal mənə xas deyil.
- Əksər legionerlər deyir ki, Premyer Liqadakı digər 9 klubdan "Qarabağ" bir baş üstündür. Razısız bu fikirlə?
- Bəli, bu belədir. "Qarabağ"ın legionerləri olduqca baxımlı oyun göstərir. Onlar Avropa Liqasında da üstün oyun nümayiş etdirirlər. Ona görə belə fikirlər normaldır. Onların oyunçularında olan keyfiyyət aramızdakı əsas fərqdir. Fərdi ustalıq onları bizdən fərqləndirir. Demək olar ki, eyni səviyyədə 2 heyətə malikdirlər.
- Hücumda Elvis Maşike, yoxsa Orxan Əliyev ilə oynamaq sizing üçün daha rahatdır?
- Hər ikisi mənim üçün üstün oyunçulardır. Bu barədə qərar verə bilmərəm. Hər ikisi ilə oynamağı bacarmalıyam. Seçim edə bilsəydim, Orxanın adını çəkərəm. O, həqiqətən əsl hücumçu keyfiyyətlərinə malikdir. Əliyev komandada uzun müddətdir çıxış edir. Maşike də öz növbəsində 9 nömrə mövqeyində ideal çıxış edir. Müqayisə aparsaq, Elvis sırf hücumçu kimi çıxış edir, Orxan isə bir qədər arxaya daha çox gəlir, həm də müdafiədə komandaya kömək edir.
İbrahim CƏFƏROV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
12.11.2026
11.11.2026
10.11.2026
























