Ölkə futbolu
Samir Əliyev: “Bu gün də uduzsaydıq, ərizəmi yazıb getməli idim"
Azərbaycanın U-21 milli komandası Avro-2025-in seçmə mərhələsi çərçivəsində Bakıda Lüksemburqu 3:2 hesabı ilə məğlub edib.
Futbolxeber.az saytının sportal.az-a istinadən verdiyi məlumata görə, yığmamızın baş məşqçisi Samir Əliyev matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:
- Baxmayaraq ki, Lüksemburq guya autsayderdir, çətin və ağır oyun oldu. Görünən odur ki, rəqib yaxşı komandadır. Oyundan əvvəl onları təhlil etmişdik. Bu komanda Şimali İrlandiyanı səfərdə məğlub etmişdi. Uşaqlar çox gözəl mübarizə apardılar. İlk 20 dəqiqədə futbolçularda həyəcan var idi. Lüksemburq təşəbbüsü ələ almışdı. Buna baxmayaraq biz öz qolumuzu vurduq. 45-ci dəqiqədə buraxdığımız qoldan sonra oyunçuları ikinci hissəyə hazırlamaq bir az çətin oldu. İkinci hissədə daha üstün oynadıq, qol vəziyyətləri yaratdıq və qalib gəldik.
- Əsas millidən U-21-ə gələn oyunçular özlərini necə göstərdi? Necə düşünürsünüz, A millidə heyətə düşə bilməyənlərin U-21-ə gəlməsi daha yaxşı olmaz?
- Məncə, təkcə əsas millidən gələnlər yox, komandadakı bütün uşaqlar Premyer Liqada oynasalar, daha hazırlıqlı olarlar. Əlbəttə, fərq görünürdü. Emil Səfərov, Nəriman Axundzadə, Cəlal Hüseynov əsas milliyə buradan gediblər. Oyundan qabaq əlaqə saxladılar və bizə kömək etmək istədiklərini bildirdilər. Gəldilər və ürəklə oynadılar.
- Onların çağırılacağı əvvəlcədən nəzərdə tutulmuşdu?
- Bilirdik ki, A milli ayın 16-sı oynayır, biz isə 17-si. Emil Səfərov dünən əvəzetmədən oyuna çıxmışdı. Özünün istəyi var idi. Mənimlə əlaqə saxlayıb dedi ki, kömək etmək istəyirəm. Biz də qarşısını almadıq.
- Bütün oyunlarda bu cür xarakter göstərmək üçün futbolçularda nə çatmır?
- Xarakter bizdə həmişə var. Bir tərəfdən bəxt bizim tərəfimizdə idi, digər tərəfdən də bəxtsizlik var idi. Bu qədər qol epizodlarından istifadə edə bilmədik. Bu da sırf təcrübəsizlikdən irəli gəlirdi.
- Qapıda Yusif İmanova alternativ yoxdur?
- Azərbaycanda gənc, istedadlı qapıçılar var. Yusif də onlardan biridir. Onun Premyer Liqa təcrübəsi var. Bu gün Yusif oynamasaydı, sual yaranacaqdı ki, niyə oynamır? Rza, Rüstəm, Eldar kimi qapıçılar var. Sadəcə bir nüans var ki, bu uşaqlar Premyer Liqa görmür. Bu gün rəqib sürətli oynayırdı. Bu da səbəbsiz deyil. Komandada olan futbolçuların əksəriyyəti əvəzedicilər liqasında oynayır. Orada 10 komandadan 8-i oyunlarını süni meydançada keçirir. Süni örtükdən təbiiyə keçəndə problemlər yaranır, öyrəşmək asan deyil. Hər dəfə belə çətinliklərlə üzləşirik.
- U-21-in baş məşqçisi kimi rəsmi oyunda ilk qələbənizi qazandınız. Hissləriniz necədir?
- Xüsusi bir fərq yoxdur. Görünən odur autsayder bizik. Amma buna baxmayaraq, biz Şimali İrlandiyanı da udmalı idik. Hələ o matçın şokundan ayılmamışdım. Bu gün də məğlub olsaydıq, artıq ərizəmi yazıb getməliydim. Çıxış yolu tapmalıyıq. Elə şeylər etməliyik ki, bu uşaqlar daim oynasın. Sabah mənim yerimdə kim olsa, bu əziyyətləri çəkəcək. Ayın 9-u toplandıq. İki məşq keçib Şimali İrlandiya ilə oyuna çıxdıq. Artıq aktivimizdə 3 xal var.
- Qarşıda İngiltərə və Ukrayna ilə oyunlar var. Futbolçuların ayaqları əsməyəcək?
- Məncə, əsməyəcək. Çünki yoldaşlıq oyunlarını çalışırdıq ki, güclü rəqiblərlə keçirək. Bilirdik ki, seçmə mərhələdə nəhənglərlə qarşılaşacağıq. Hesab edirəm ki, onlarla oynamaq daha rahat olacaq.
- Komanda hazırda 4-cü pillədədir. Bundan sonra məqsəd nə olacaq?
- Bizim qarşımıza konkret məqsəd qoyulmayıb. U-21 onun üçündür ki, əsas milliyə oyunçu yetişdirsin. Seçmə mərhələnin sonunda A milliyə daha 2-3 futbolçu versək, bu, nəticə olacaq.
- Bu gün penaltini Nəriman Axundzadənin vurması sizin seçiminiz idi?
- Komandada baş məşqçi var, qərarı baş məşqçi və onun köməkçiləri verir. Meydanda daha təcrübəli oyunçular Nəriman və Emildir. Bunlar vurmalıdır.
- Fərid Yusiflinin ehtiyatda qalması son oyundakı insidentlə bağlı idi?
- Xeyr. Fərid çox ağıllı, tərbiyəli oğlandır. Bu, futboldur. Emil Səfərov gəldi deyə belə qərar verdik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
-
19:18
"Sumqayıt"dan növbəti transfer
-
18:43
Türkiyəli futbolçu 25 yaşında vəfat edib
-
18:05
La Liqa klubunda yeni baş məşqçi
-
17:39
U-20 millimizə 25 futbolçu çağırıldı
-
17:22
Yuri Maksimov: “Mümkün qədər üst sıralara qalxmalıyıq”
-
16:51
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə bilet alan azarkeşlərin pit-leyn gəzintisi baş tutub
-
16:40
Yuri Maksimov rəsmən “Araz-Naxçıvan”da
-
16:16
Rassel: “Azərbaycan Qran-Prisində qələbə uğrunda mübarizə apara bilərik”
-
15:37
Azərbaycan - Tacikistan oyununa necə baxaq?
-
15:04
Lekler: “Bakı trasında yarışmaqdan zövq alıram”
-
14:48
"Sumqayıt" onunla gücləndi
-
14:23
Alabanın yeni klubu müəyyənləşdi
-
13:59
Şahruddinlə Zubir yenidən bir arada
-
13:35
Azərbaycan Basketbol Liqası klublarına oyun qaydalarındakı dəyişikliklər barədə məlumat verilib
-
13:12
"Zaqatala"nın futbolçusuna sərt cəza verildi
-
13:00
AFFA 5 klubu cərimələdi
-
12:41
"Formula 1": Bakı Bulvarında əyləncə zonası fəaliyyətə başlayır
-
12:26
AFFA "İmişli"nin legionerini 4 oyunluq cəzalandırdı
-
11:57
Misirli voleybolçu karyerasını Azərbaycanda davam etdirəcək
-
11:34
"Mingəçevir Reqatası" növbəti dəfə Köndələn su anbarında start götürəcək
-
11:08
“Xankəndi”nin Xankəndiyə qayıdışına 1 ay qalıb
-
10:43
“Kasıblar”ın lideri – “Şamaxı”
-
10:29
Avropa çempionatı: Daha 3 boksçumuz yarımfinalda
-
10:15
"Borussiya"nın yeni baş məşqçisi müəyyənləşdi
-
09:52
Cüdoçularımız Sarayevoda beynəlxalq turnirdə iştirak edəcəklər
-
09:30
Millimiz Tacikistana qarşı
-
22:33
Daha iki cüdoçumuz dünya çempionu oldu
-
20:15
Ayxan Abbasov: “Sabah qalib gəlmək istəyirik”
-
19:54
Rəhman Daşdəmirov: “Tacikistan millisi futbol oynaya bilir”
-
19:00
Aneqlovski: “6 il əvvəlki ilə indiki Azərbaycan millisini müqayisə etmək istəməzdim”
-
18:48
Nazarov: “Azərbaycandan təklifim olmayıb”
-
18:31
“Qarabağ”dan fanşopla bağlı yenilik
-
18:16
Azərbaycan və Yunanıstan arasında idman sahəsində əməkdaşlıq müzakirə edilib
-
17:53
Güləş millilərimizin məşqçiləri üçün təlim proqramı təşkil olunub
-
17:42
"Qaradağ Lökbatan" Peşəkar Futbol Klubu ləğv olunur
-
17:05
Elçin Usub: “Dəfələrlə bildirmişik ki, əvəzedicilər liqası lazımsızdır"
-
16:23
Qadın futbolçularımız Qarabağ Universitetində tələbələrlə görüşüblər
-
15:57
Litvalı basketbolçu "Naxçıvan"a keçib
-
15:35
Puta qəsəbəsində idman zalı və minifutbol meydançasının açılışı olub
-
14:44
"Sumqayıt"ın məşqçilər korpusu müəyyənləşib
-
14:18
ÇL: "Araz-Naxçıvan"ın oyunlarının təqvimi açıqlandı
-
13:21
“Turan Tovuz” - "Fənərbaxça” oyununa böyük maraq: 1 saata 6 min bilet satıldı
-
13:00
İlahə Qədimova Ümumdünya Şahmat Olimpiadasında seans keçirib
-
12:36
Hardasan, ay inkişaf?..
-
11:59
"Formula 1" pilotu Pyer Qasli: "Bakıdakı yarışı bəyənirəm"
-
11:12
"Qaradağ Lökbatan"dan 7 qollu qələbə VİDEO
-
10:43
Yankauskas: “Azərbaycanda prioritet klub futboludur, milli yox”
-
10:25
İki boksçumuz Avropa çempionatında növbəti mərhələyə yüksəlib
-
10:07
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
-
09:34
Cəlal ehtiyatda qaldı, komandası qələbə qazandı
23.09.2026
22.09.2026
























