Ölkə futbolu
De Byazi: “Kimlərsə düşünürdüsə qrupdan çıxacağıq, onların futboldan başı çıxmır”
"Yaxşı oyun keçirdik. İlk hissədə oyunumuz yaxşı alınmadı. Topla bacarığımızı göstərə bilmədik".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Avro-2024-ün seçmə mərhələsində Bakıda Avstriyaya uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis 0:1 hesabı ilə uduzduqları matçı belə şərh edib: "Fasilədən sonra yaxşı oynadıq. Təəssüf ki, qol buraxdıq. Amma balansı saxlamışdıq, mübarizə aparırdıq. Sona qədər meydanda qaldıq. Son dəqiqəqə yaxşı şansımız oldu. Toral üçün heyfslənirəm, çox yaxşı oynadı, qol vurmağa layiq idi. Heyf ki, yaxşı nəticə olmadı".
O, sonuncu əvəzetməni gec etməsinin səbəbini açıqlayıb: "İkinci yarıda yaxşı oyun gedirdi, dəyişikliklərə ehtiyac yox idi. Fasilədən sonra rəqib qol vurdu. Son dəqiqəyə qədər mübarizə apardıq. Avstriya güclüdür, Avropa çempionatına vəsiqə qazandı. Onların futbolçuları güclü çempionatlarda oynayırlar, fiziki baxımdan güclüdürlər".
De Byazi rəqibə uduzduqları komponentləri də göstərib: "Əsasən ilk hissədə topla daha yaxşı oynamalıydıq. Nədənsə, çəkinirdik, qorxurduq. Üç gün əvvəl Estoniya ilə oynamışdıq, yorğunluq görünürdü. Avstriya güclü idi, amma biz də inkişaf etmişik. İlk oyunda dörd qol buraxmadıq, yalnız penaltiyə görə uduzduq. 90-cı dəqiqədə qol vursaydıq, bu gün burada pivənin iyini görməyəcəkdik. Əlimizdən gələni etdik. Amma uşaqlardan çox da nəsə tələb edə bilmərik".
Baş məşqçi "Jurnalistlərlə heç vaxt razı olmursunuz. Oyun ərzində yığmamız aut ata bilmirdi, standart vəziyyətlərdə effektli deyildi. Bunu nə ilə əlaqələndirirsiniz?" sualını belə cavablandırıb: "Təbii ki, jurnalistlərlə razı olmaya bilərəm. Məcbur deyilik ki, bir-birimizlə razılaşaq. Məsələn, sənin "Real"dan xoşun gəlir, mənim yox. Uşaqlar maksimum oynadılar. Mənim üçün vacib olan tək keyfiyyət deyil, ən vacibi odur ki, oyunçular bütün enerjisini meydanda qoysunlar. Bu baxımdan razıyam onlardan. Təbii ki, nəticə fərqli olsaydı, daha çox sevinərdik. Futbol piramida kimidir. Yuxarıda yer azdır, aşağıda çoxdur. Addım-addım piramidanın zirvəsinə qalxmalıyıq".
De Byazi bu dəfə də inkişaf üçün vaxta ehtiyac olduğunu bildirib: "Heç nə bir gündə hazır olmur. 14 ayda 7 qələbəmiz, 6 məğlubiyyətimiz, iki heç-heçəmiz var. Bu, faktdır. Özündən güclülərə qarşı oynayırsansa... Avstriyaya uduza bilərik, amma başımız dik qaldıq, sona qədər mübarizə apardıq".
"Yerdən pivə qoxusu gəlir, çünki Avstriya millisi mətbuat konfransında qələbəni pivə ilə qeyd etdi. Nə vaxta kimi biz rəqiblərin pivəsini iyləyəcəyik?" sualını De Byazi belə cavabalandrıb: "Çayın iyini istəyirsən? Kimin nə xoşuna gəlir, onu içir. Bilmirəm, nə vaxt biz də sevinəcəyik, bizdə də belə olacaq. Nəyisə əldə etmək üçün vaxt lazımdır. Bu il çox oyunçu xaricə getdi, amma bu tezlikdə nəticə istəyə bilmərik. Oyunçu seçimi çox olmalıdır".
İtaliyalı mütəxəssis Millətlər Liqasında pley-off oynamaq şanslarını da az olduğunu deyib: "Bəxtimizdən Lüksemburq da, Yunanıstan da uduzacaq".
De Byazi Musa Qurbanlıya az şans verməsindən də danışıb: "Ozan Can Kökçü, Rəşad Əzizli də oynamadı. 25 nəfərimiz var, iki nəfəri kənarda saxlamalıyıq. Onları kənarda saxlayanda ürəyim ağrıyır, hamısı oğlum kimidir. Uduzmağı heç sevmirəm, çox əsəbiyəm. Amma yenə də uşaqlara oyundan sonra "çox sağ ol" dedim. Məni əsəbiləşdirən məqam odur ki, topla ilk yarıda daha yaxşı oynamalıydıq".
Mütəxəssis sonda "Son 3 oyunda milli komandada sanki irəliləyiş hiss olunur. Birdən-birə nə dəyişdi" sualına belə cavab verib: "Biz yaxşı başlamadıq, ilk oyunlarımız Avstriya və İsveçdə idi. O oyunları yaxşı analiz edin, görün bizdə nə çatışmadı. Təcrübə baxımdan çox geri qalırıq. Çox işləməliyik. Çox xal yığmamışıq. Amma kimsə fikirləşirdi ki, bu qrupda çox xal yığararaq qrupdan çıxacağıq, demək ki, futbolu yaxşı izləmir və futboldan başı çıxmır".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
- Maksimov məğlubiyyəti şərh etdi
-
10:17
Yenidənqurmadan sonra Xankəndidə keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
-
09:52
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
-
09:30
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
-
21:42
Millimiz Latviyaya məğlub oldu
-
20:49
"Şamaxı"dan əzmkar heç-heçə VİDEO
-
20:11
“Çempionatın ən gənc komandasıyıq”
-
19:26
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi
-
19:00
“Araz-Naxçıvan”ın futbolçusu üçün yubiley
-
18:37
"Sumqayıt" səfərdən 1 xalla qayıtdı VİDEO
-
18:16
Filipe Kandido: “Rəqibdən yaxşı oynadıq, amma bu, qələbə üçün kifayət etmədi”
-
15:43
Şahrudin Məhəmmədəliyev 100-ə çatdı
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
10.11.2026
09.11.2026
08.11.2026





















.jpeg)

.jpg)
