Ölkə futbolu
Syomindən "Fair Play" mesajı
"Qəbələ"nin baş məşqçisi Yuri Syomin futbolda böyük təcrübəyə malik insan kimi təkcə oyun planında deyil, müxtəlif mövzularda dəyərli fikirləri ilə diqqət mərkəzinə düşür. Futbolxeber.az-ın məlumatına görə, 2013-2014 mövsümünün startından ölkəmizdə fəaliyyət göstərən rusiyalı mütəxəssis açıqlamalarında Premyer Liqanın səviyyəsindən razı qaldığını bildirsə də, çatışmazlıqların olduğunu da gizlətmir. Artıq ölkə futboluna bələd olan çalışdırıcıdan çatışmazlıqlar barədə fikrini öyrəndikdə, oyunlar zamanı "Fair Play" qaydalarının tətbiqindəki problemləri xüsusilə qabartdı. "gabalafc.az" eksklüziv açıqlamasında Yuri Syomin bu barədə fikirlərini belə izah etdi: "Bu məsələ ilə bağlı futbolçularıma verdiyim tövsiyələr haqda sizləri məlumatlandırmaq istəyirəm. Biz “Fair Play” qaydalarını alqışlayırıq, ona tabe oluruq. Ancaq bu prosesdə futbolçuların söz sahibi olmasına qarşıyıq. Həm “Fair Play”i, həm də oyunun dayandırılmasını hakim müəyyənləşdirir. Meydanda futbolçular arasında mübarizə çərçivəsində toqquşma olanda, biz oynamağa davam edirik. Fərqi yoxdur, bu, bizim, yoxsa rəqibin futbolçusudur. Mən bunu ilk növbədə azarkeşlərə görə deyirəm. Futbolsevərlər stadiona oyunçunun yerdə yıxılıb qalmasını, bir dəqiqə sonra isə heç nə olmamış kimi mübarizəni davam etdirməsini izləmək üçün gəlmirlər. Belə hallar olanda, oyunu dayandırmağa məcburuq. Məsələn, “Sumqayıt”la səfər matçımızda 12 belə dayanma olmuşdu. Hər epizodu 40 saniyə ilə götürək, görün, biz azarkeşlərdən, futboldan nə qədər vaxt “oğurlamışıq? Təbii ki, ciddi zədələnən futbolçu olan zaman bunu hətta tribunadakı azarkeşlər də görürlər və belə məqamda oyunun dayandırılması normaldır”.
Baş məşqçi həm Premyer Liqamızda, həm də öz komandasında sürəti artırmalı olduqlarını bildirib. Syominin sözlərinə görə, hakimin fiti olmadan topu kənara çıxarmaq oyunun tempini aşağı salır: “Toqquşmadan asılı olmayaraq top bizdədirsə, mübarizəni davam etdirəcəyik. Hakim oyunu dayandırarsa, bu, onun hüququdur. Ancaq dayandırmazsa, biz bunu etməyəcəyik. Çünki hakim fitini verməmiş oyunu saxlamaq düzgün deyil. Nə FİFA, nə də beynəlxalq qaydalarda var ki, oyunçular ya komanda yoldaşı, ya da rəqib yerə yıxılanda oyunu dayandırmaqla bağlı özləri qərar versinlər. Futbolçunun buna ixtiyarı yoxdur. Digər komandaların məsələyə münasibətinə gəlincə, bu, artıq onların öz işidir. Bizimlə oyunda necə istəyirlər, elə də etsinlər. Ona görə digər komandalara müraciət edirik ki, biz hakimin fiti olmadan oyunu saxlamayacağıq”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
10:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
12.11.2026
11.11.2026
10.11.2026
























