Ölkə futbolu
“Qarabağ”ın ÇL-dən mənə görə kənarda qaldığını deyənlər futbolu yaxşı bilmirlər"
Azərbaycan millisinin və Türkiyənin “Adana Demirspor” klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev "Azərtac" Dövlət Agentliyinə müsahibə verib. Futbolxeber.azmsaytı həmin nüsahibəni təqdim edir.
- Türkiyə klubunda işləriniz necə gedir? Yeni komandanıza uyğunlaşa bilirsiniz?
- Şükürlər olsun, hər şey qaydasındadır. Sırf komandaya adaptasiya prosesi normal qaydada gedir. Prinsipcə, Azərbaycan və ingilis dilini bilirəm. Sadəcə, türkcə danışmaq bir az çətindir. Qalan məsələlər qaydasındadır. Türkiyə futboluna isə öyrəşmək lazımdır. Çünki tamam fərqli çempionat keçirilir. Türkiyə Superliqası Azərbaycan çempionatında fərqlənir. Burada liqa daha güclüdür.
- Komandada sizə münasibət necədir?
- Klubda mənə yaxşı münasibət göstərirlər. Türk futbolçular Azərbaycandan olduğumu, İslam dininə ibadət etdiyimi bilirlər və mənə qardaş kimi yanaşırlar. Legioner futbolçularla bağlı da heç bir problem yoxdur. Hər şey əladır.
- Türkiyə futbolunda sizi ən çox təəccübləndirən nə oldu?
- Hələlik məni təəccübləndirən nəsə görməmişəm. Hər şeyi dərk edib “Adana Demirspor”a keçmişəm. Yalnız azarkeşləri qeyd edərdim. İnsanlar futbolu çox sevirlər.
- Azarkeşlərdən söz düşmüşkən, çempionat matçlarında dolu tribunalar qarşısında oynamaq necədir?
- Bu hissləri “Qarabağ”la avrokubok oyunlarında yaşamışam. Odur ki, belə atmosferi həm səfər, həm də ev matçlarında çox görmüşəm. “Qarabağ” azarkeşləri də bizi yaxşı dəstəkləyirdilər. Adana klubunun çox güclü azarkeş dəstəyi var. İnsanlar futbolla nəfəs alırlar. Adana ölkənin ən əsas futbol regionlarından biridir. Bu mənada, burada oynamaq xoşdur. Ümumiyyətlə, futbol azarkeşlər üçündür. Biz oynayırıq ki, onlar stadionlara gəlsinlər, tribunaları doldursunlar. Tamaşaçısız futbol olmaz. Təəssüf ki, Azərbaycanda insanlar stadionlara az gəlirlər.
- “Qarabağ” Türkiyə çempionatında çıxış etsəydi, hansı yer uğrunda mübarizə apara bilərdi?
- Bir az çətin sual oldu. Hansısa oyunu götürsək, düşünürəm ki, “Qarabağ” istənilən türk klubuna qalib gələ bilər. Təbii ki, “Adana Demirspor”dan başqa (gülür). Amma hansı yer uğrunda mübarizə apara biləcəyini deyə bilmərəm.
- Ötən tur “Kasımpaşa” ilə matçda meydana çıxmaqla yeni komandanızda debüt etdiniz. Təəssüratlarınızı bilmək maraqlı olardı...
- Qapıçımız qırmızı vərəqə ilə meydandan qovulduğu üçün dərhal oyuna daxil oldum. Əslində danışılası xüsusi bir şey yoxdur. Təəssüratlar müsbət deyil. Çünki komandamız uduzdu. Heç vaxt şəxsi ambisiyalarımı komandadan üstün tutmamışam. Hətta meydana çıxmasaydım belə, fikirlərim dəyişməyəcəkdi. Çünki məğlub olduq.
- Matçdan sonra baş məşqçi Patrik Klyuvertlə söhbətiniz oldu? Sizin çıxışınızdan razı qalıb?
- Xeyr, heç kimlə belə bir danışığımız olmadı. Sadəcə, “afərin” dedilər, bu qədər.
- “Adana Demirspor” klubu əcnəbi qapıçısı Qoran Karaçiçlə yollarını ayırdı. Yəqin ki, bu hadisə qolkiper kimi sizi sevindirdi. Artıq daha çox oynamaq şansı qazanacaqsınız...
- Xeyr, bu xəbərə sevinmədim. Ümumiyyətlə, belə şeylərə fikir vermirəm. Hətta mən komandaya yeni gələndə Karaçiç düşərgədə deyildi. Birlikdə bir məşq belə keçmədik. Ona görə də bu ayrılıq məni nə sevindirir, nə də kədərləndirir.
- “Qarabağ”ı “Adana Demispor”a dəyişməyi karyeranızda geriyə addım hesab etmirsiniz?
- Əlbəttə, yox. Azərbaycan çempionatından Türkiyə Superliqasına keçidimi necə geri addım hesab edə bilərəm?
- Mən sırf klubları nəzərdə tuturam...
- Təbii ki, “Qarabağ” böyük klubdur. Bu komandada Qurban Qurbanov kimi baş məşqçi ilə işləmək, o cür futbolçularla oynamaq çox yaxşı idi. Amma hər zaman daha rəqabətli və güclü liqaya can atmaq lazımdır. Amma “Adana Demirspor”u zəif klub hesab etmirəm. Əksinə, Türkiyənin ən böyük komandalarından biridir.
- Türkiyə Superliqasının reqlamentinə əsasən, üçüncü turdan təxirə salınmış matçda “Beşiktaş”a qarşı oynaya bilməyəcəksiniz. Buna görə məyussunuz?
- Bəli, məyusam. Amma bunu əvvəldən bilirdim. Təqribən 10 gün əvvəl bu barədə mənə məlumat vermişdilər. Hətta “Kasımpaşa” ilə oyuna gedərkən “Beşiktaş”a qarşı oynamayacağımdan xəbərdar idim.
- “Qarabağ”da çıxış edərkən avrokubok oyunları zamanı buraxdığınız səhvlərə görə çox tənqid olunurdunuz. Hətta Ağdam klubunun Çempionlar Liqasında qrupa düşə bilməməsində də sizi günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
- İndi kimisə tənqid, təhqir etmək çox asanlaşıb. Sosial şəbəkələrdə paylaşım edirsən, özünə müəyyən kütlə toplayırsan. Amma bu, normal deyil. Çünki hər bir insan ağzından çıxan sözə görə məsuliyyət daşımalı və cavab verməlidir. Bu, tək bizdə deyil. Dünya futbolunda da oxşar vəziyyətdir. Məsələn, “Mançester Yunayted”in yeni qapıçısı Andre Onana ötən mövsüm Çempionlar Liqasının finalında oynayıb, İtaliya A Seriyasının qalibi olub. Mövsümün əvvəlidir, həm onun, həm də komandasının oyunu alınmır. İnsanlar sosial şəbəkələrdə qolkiperi təhqir edirlər. Halbuki cəmi 8-9 oyun keçirib. Düşünürəm ki, “Qarabağ”ın Çempionlar Liqasından mənə görə kənarda qaldığını deyənlər futbolu yaxşı bilmirlər.
Polşa “Rakuv”unun qapıçısı bizimlə oyunlarda əla çıxış etdi. Amma pley-off mərhələsinin matçlarında gözlənilməz qollar buraxdı. Hətta qolun birini təqribən meydanın mərkəzindən vurdular. Onda belə çıxır ki, “Rakuv” qapıçısına görə qrupa düşə bilmədi? Məncə, belə deyil. Hətta deyərdim ki, “Rakuv” məhz onun sayəsində pley-offa yüksəldi. Tənqid edən insanlar yalnız mənfi cəhətləri görürlər. Çoxdandır belə şeylərə fikir vermirəm. Futboldan başı çıxan insanlar bizim necə əziyyət çəkdiyimizi, çalışdığımızı bilirlər. Heç kim deyə bilməz ki, Şahruddin “Qarabağ”da az məşq edirdi, nəyisə düz etmirdi. Bu mövsüm Çempionlar Liqasında qrupa düşməyimizi daha çox istəyirdim. Amma Allahın öz planı olur. Nə baş verirsə, hamısı yaxşıya doğru olur.
- Yığmadan komanda yoldaşınız Renat Dadaşov da Türkiyədə çıxış edir. Bu yaxınlarda “Hatayspor”a keçən futbolçu ilə görüşə bilirsiniz?
- Əslində Türkiyəyə millinin düşərgəsindən birlikdə gəlmişdik. Amma hələ görüşmək imkanımız olmayıb. Çünki vaxt yoxdur. Demək olar ki, hər gün məşqimiz olur. Onlar hazırda İstanbulda məskunlaşıblar. Düşünürəm ki, Mersinə gəldikdən sonra tez-tez görüşə biləcəyik. Onun adına da çox sevinirəm.
Sonda fürsətdən istifadə edib Azərbaycan xalqını təbrik etmək istəyirəm. Şükürlər olsun, ölkəmiz Qarabağda suverenliyini tam bərpa etdi
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- “Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Elvin Bədəlov: “Xeyr, biz D Liqasına layiq deyilik”
- “Qarabağ” "Zirə”yə qalib gəldi
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
- Kandido: “Qələbəyə layiq idik”
- Mahir Emreli: “İllər keçəcək, bu nəticə ayıbımız kimi yadda qalacaq”
- U-20 millimiz Moldovaya uduzdu
-
22:15
Asiya Kuboku: Cüdoçularımız 5 medal qazanıblar
-
21:48
Dadaşovun komandasının oyunu yarımçıq saxlanıldı
-
21:00
"Böyük Dəbilqə": Kokauri gümüş medal qazandı
-
20:54
Bekiri: "1 xal qazanmağa layiq idik"
-
20:37
"Qəbələ" - "Qarabağ" matçında heç-heçə VİDEO
-
20:19
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”
-
20:12
Qurban Qurbanov adının “Fənərbaxça” ilə hallanmasına münasibət bildirdi
-
19:23
"Zirə” də xal itirdi, "Qarabağ" da
-
19:06
"Araz-Naxçıvan" qələbəni əldən verdi VİDEO
-
18:15
Abşeron-Xızı cüdo çempionatının qalibləri bəlli olub
-
17:41
“İki xal itirməsəydik, yaxşı olardı”
-
17:28
Rəşad Sadıqov: “Azərbaycan futbolunda ilk dəfə idi belə halla qarşılaşırdıq, o da bizim başımıza gəldi"
-
16:54
"Qəbələ" - "Qarabağ": Heyətlər müəyyənləşdi
-
15:47
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
-
14:39
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
-
14:00
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
-
13:12
30 illik nağıl
-
12:56
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
-
12:23
"Sumqayıt" hazırlıqlarını davam etdirir FOTOLENT
-
11:45
Futbolun İnkişaf Fondu 10 yaşında
-
11:08
PSJ-dən 5 qollu qələbə VİDEO
-
10:34
İsa Suliman: “Kapitan sarğısının mənə verilməsi klubun jesti idi”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Qalatasaray"dan darmadağın VİDEO
-
23:09
"Turan tovuz" 3 xalı 3 qolla qazandı VİDEO
-
22:51
Azərbaycan cüdoçusu İtaliyada Avropa çempionu olub
-
21:44
Prezident İlham Əliyev İspaniya millisini belə mükafatlandırdı FOTOLENT
-
21:17
Kurban Berdıyevdan qələbə şərhi
-
20:25
“Turan Tovuz” “Sabah”ı məğlub etdi
-
19:36
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
-
19:00
İspaniya millisi Bakıda dünya çempionu oldu
-
18:42
II Liqada həftənin hakimləri
-
18:05
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
-
17:18
Tovuzda heyətlər açıqlandı
-
16:59
Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
-
16:33
Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
-
15:24
Sabiq “Sumqayıt”lı Hindistan klubunda
-
14:41
AMADA antidopinq təhsilində süni intellektin tətbiqi ilə bağlı beynəlxalq vebinarda təmsil olunub
-
14:15
Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb
-
13:57
Famil Xəlilov: “Əsas işi klublar görməlidir”
-
12:36
DÇ: Millimiz Əfqanıstana uduzdu, 84-cü oldu
-
12:00
"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
-
11:25
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
-
11:12
“Marafon”dan ilk
-
10:48
Denis Marandiçi: “Ağır zədədən sonra mübarizələrdən qorxmuram”
-
10:23
Ronaldo het-trik etdi VİDEO
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Zamiq Əliyevin komandası liderliyə yüksəldi
-
09:31
"Fiorentina" - "Atalanta" matçında 4 qol VİDEO
-
09:17
Cüdoçularımızın Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşib
31.10.2026
30.10.2026
Arxiv
| Noyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | ||||||
| 02 | 03 | 04 | 05 | 06 | 07 | 08 |
| 09 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |
























