Ölkə futbolu
“Dünənki oyun mənim üçün “Nou Kamp”da izlədiyim El Klasikodan daha maraqlı idi”
Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyevin Futbolxeber.az saytına müsahibəsi
- Dünən Yevlaxda I Liqada mövsümün açılış oyununu izlədiz. Əvvəlcə “Karvan” - “Energetik” oyunu ilə bağlı təəssüratlarınızı öyrənmək istərdik.
- Yəqin razılaşarsınız ki, püşkatmadan sonra ilk turda “Karvan” - “Mingəçevir” qarşılaşmasının olacağını gördükdə, bu oyunun çox maraqlı keçəcəyini proqnozlaşdırmaq mümkün idi. Ona görə də Peşəkar Futbol Liqası olaraq I Liqanın açılış oyunu kimi bu matçı seçdik. Fürsətdən istifadə edib “Karvan” futbol klubunun rəhbərliyinə tərəfimizdən verilən bütün tapşırıqları tam yerinə yetirdiklərinə görə təşəkkür edirik. Hətta stadionun hesab tablosunu tələb kimi qoymamağımıza baxmayaraq, bunu da həll etmişdilər. Bir sözlə, az heyətlə çox iş görmüşdülər. Yeganə təəssüf edəcəyimiz məqam aramsız yağan yağışlar idi. Bu da meydançanın ot örtüyünə təsirsiz ötüşməmişdi. Meydanın drenaj sisteminin yaxşı olmasına görə ot örtüyündə yağış suları toplanmadı və oyun təxirə düşmədi.
Qarşılaşmaya gəldikdə maraqlı görüş oldu, düzdür, futbolçular hələ tam hazır deyil, bu da futbolda normal haldır, hətta Premyer Liqa oyunlarında da futbolçular bir neçə turdan sonra tam formaya düşür. Hər iki komanda əlindən gələnin ən yaxşısını etməyə çalışırdı. Görüş ciddi mübarizə şəraitində keçdi. “Karvan”ın legionerləri yaxşı mənada təəccübləndirdi, xüsusilə sonuncu qol çox baxımlı alındı. I Liqada çıxış edən bütün komandalara uğurlar arzulayıram.
- Razısız ki, elə ilk oyundaca dava düşməsi mövsümün çox qalmaqallı keçəcəyindən xəbər verir?
- Futbol emosional oyundur. Bu oyunda qalmaqal, gərginlik olması normal haldır. Amma bu, həddini aşmamalı və davaya çevirilməməlidir. Ümumiyyətlə, komandaların rəhbərliyi futbolçuları ilə ciddi danışmalı, komandanın daxili intizam qaydaları bu kimi hallarda tətbiq olunmalıdır. Qısa olaraq onu deyim ki, dava-dalaş, kütləvi iğtişaş futbolda yolverilməzdir və həmin regionun futboluna ciddi ziyan vurur. Ona görə də komandalar, futbolçular və azarkeşlər belə hallarda çox diqqətli olmalı, futbola xələl gətirəcək hərəkətlər etməməlidirlər. Mövsümə gəldikdə isə, təkcə I liqada yox, Azərbaycan Premyer Liqası, II liqa, bir sözlə, bütün liqalarda çox maraqlı və gərgin mövsüm bizi gözləyir. Hər 3 Liqada idman prinsipləri qorunacağına görə həm çempionluq, həm də sonuncu olmamaq üçün amansız mübarizə gedəcək.
- Premyer Liqa, I və II Liqa. Sizcə, hansı daha gərgin və daha maraqlı olacaq və nəyə görə?
- Ümumiyyətlə yanaşmamızdan görürsünüz ki, biz bu liqaları bir-birindən ayırmırıq. Səmimi deyim, II Liqanın bu dərəcə maraqlı olacağını gözləmirdik. Yarıhəvəskar liqa olsa da, komandalar imkanları daxilində əllərindən gələnin ən yaxşısını etməyə çalışırlar. Artıq 3 tur arxada qalıb, bütün oyunlar bol qollu alınıb. Nəzərə alsaq ki, futbolun gözəlliyi də qoldur, ona görə də II Liqa baxımlı alınır, maraqlı, bir-birindən gözəl qollar izləyirik. Həm də regionlarımız futbola “ac” idi, bu liqanın yaradılması azarkeşlərin, futbolçuların, futbol idarəçilərinin ürəyincə oldu. Ən sevindiyim məqam çempionatın yeni başlamasına baxmayaraq, “Cəbrayıl” FK-nın futbolçusu Saleh Süleymanovun U-19 milli komandasına çağırılması oldu. Çox istərdim ki, belə futbolçuların sayı çox olsun. PFL olaraq əlimizdə olan imkanlar daxilində II Liqanı təbliğ etməyə çalışırıq. Oyunların hamısının canlı verilməsi planda olmasa da, turdakı 7 oyunun hamısını canlı verməyi bacardıq, bundan əlavə, maksimum operativ şəkildə oyunların icmalını da yerləşdiririk, xüsusilə regionda keçirilən oyunlardan fotolar təqdim edirik. Bütün bunlar oyunların azarkeşlər tərəfindən izlənməsinə, idman mediasında, sosial şəbəkələrdə gözəl qolların paylaşılmasına, eyni zamanda hakim səhvləri varsa, Hakimlər Komitəsi tərəfindən məsələnin daha tez araşdırılmasına şərait yaradır. Komandalar kimi bizim üçün də II Liqanın keçirilməsi bir sınaqdır. Düşünürəm ki, belə davam edə bilsək, növbəti mövsümlərdə daha maraqlı, daha peşəkar liqa izləyəcəyik.
I Liqaya gəldikdə isə, bu liqanın əvəzedicilərdən ayrılması yaxşı oldu. Bu mövsümdən etibarən tam peşəkar I Liqa keçiriləcək. Təbii ki, legioner futbolçuların da çıxış edəcəyi bu liqada oyunların daha baxımlı olacağını proqnozlaşdıra bilərik. I Liqaya yalnız peşəkar statuslu legioner futbolçuların buraxılması məsələsinin də doğru olduğunu düşünürük. İndidən hansı komandanın çempion olacağını, hansının liqanı tərk edəcəyini söyləmək çox çətindir. Qısa olaraq onu deyə bilərəm ki, hər iki liqa gərgin və maraqlı olacaq. Yuxarıda da qeyd etdiyim kimi, idman prinsiplərinin qorunmasına görə həddindən artıq maraqlı, baxımlı və gərgin oyunlar bizi gözləyir.
- Bilirik ki, Yevlax sizin üçün əziz məkandır, uzun illər “Karvan”da çalışmısız. Yenidən o stadion, “Karvan”, yevlaxlı azarkeşlər. Yəqin ki, nostalji hisslər yaşadız. Gözünüzün önündə hansı xatirələr canlandı?
- Təbii ki, Yevlax şəhəri və “Karvan” futbol klubu həyatımda önəmli yer tutur. Həyatımın ən gözəl, gənc vaxtları burda keçib. 22 yaşında bu komandada işləməyə başlamışam və qeyd etdiyiniz kimi, mənim üçün çox doğmadı. Bu təkcə məndə yox, futbol klublarımızda çalışmış istənilən şəxsdə belədir. Doğru qeyd etmisiniz, nostalji hisslər yaşadım. Çünki bu stadionun, bazanın hər qarışı mənim üçün doğmadır. Hər şey gözümün qabağında olub, “Karvan” komandasının üzvləri də sağ olsunlar, 19 il keçməsinə baxmayaraq, həm stadionu, həm də bazanı qoruyub saxlaya biliblər. Bəlkə də sizə gülməli gələcək, inanın səmimiyyətimə, “Nou Kamp”da izlədiyim “Barselona” - “Real” oyunu mənə bu qədər maraqlı olmayıb. Oyunun başlamasına 15 dəqiqə qalmış çox sevincli və həyəcanlı idim. Azarkeşlərin üzlərindəki sevinc hissi adama ləzzət edirdi. Azarkeşin əlindəki “Karvan”ın bayrağını 2004-cü ildə İstanbuldan sifariş vermişdik, təsəvvür edirsiniz, 2004-cü ildə 12 yaşı olub və 19 ildir ki, bu bayrağı saxlayır. 2004-cü ildə bizim təhlükəsizliyimizi qoruyan polis əməkdaşı da orada idi. Mən çalışdığım dönəmdə bilməmişəm, təsadüfən bu yaxında qarşıma bir video çıxdı və o şəxsi tanıdım, bu adam sağ qalan 16 milli qəhrəmandan biri - Fariz Mədətovuymuş. O zaman nəinki milli qəhrəman olduğunu, hətta Qarabağda döyüşdüyünü belə demirdi. Nə isə, çox şey demək olar, bir sözlə, tək “Karvan”ın yox, bütün region komandalarının qayıtmasına, komandaların sayının artmasına görə çox sevindim.
- Hazırkı “Karvan” bu gün də olmasa, gələcəkdə o “Karvan”ın yerini tuta bilər?
- Yerini tuta bilər, daha artığını da edə bilər. Tək “Karvan” yox, bütün komandalar gələcək uğurlarından yox, “gələcəkdə necə komanda yox, klub ola bilərəm?” barəsində düşünsələr, onda daha da uğurlu ola bilərlər. Tələsmək yox, güclü təməl yaratmaq və yaxşı klub olmaq lazımdır ki, həm davamlı uğurlarımız olsun, həm də komandalarımızın ömürü uzun olsun. Bütün büdcəni xərcləyib 4-5 il fəaliyyət göstərməkdənsə, məsələyə daha peşəkar yanaşıb daha uzunmüddətli planla hərəkət etmək lazımdır.
Azad NURİYEV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Millimizdən 5 qollu məğlubiyyət
- "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
- Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
- Litva millisi Bakıya böyük hesablı qələbə ilə gəlir
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Azərbaycan millisi bu dəfə qapısında 8 qol gördü
- “Sumqayıt”ın məşqçi heyəti Qanvermə aksiyasında iştirak edib
- Entoni Doherti Azərbaycan millisinə vurduqları 5 qoldan danışdı
- U-21 millimiz Şotlandiyada "5 aldı"
- Azərbaycan Basketbol Liqasının qalibi 1 milyon 400 min manat mükafat qazanacaq
-
22:15
Asiya Kuboku: Cüdoçularımız 5 medal qazanıblar
-
21:48
Dadaşovun komandasının oyunu yarımçıq saxlanıldı
-
21:00
"Böyük Dəbilqə": Kokauri gümüş medal qazandı
-
20:54
Bekiri: "1 xal qazanmağa layiq idik"
-
20:37
"Qəbələ" - "Qarabağ" matçında heç-heçə VİDEO
-
20:19
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”
-
20:12
Qurban Qurbanov adının “Fənərbaxça” ilə hallanmasına münasibət bildirdi
-
19:23
"Zirə” də xal itirdi, "Qarabağ" da
-
19:06
"Araz-Naxçıvan" qələbəni əldən verdi VİDEO
-
18:15
Abşeron-Xızı cüdo çempionatının qalibləri bəlli olub
-
17:41
“İki xal itirməsəydik, yaxşı olardı”
-
17:28
Rəşad Sadıqov: “Azərbaycan futbolunda ilk dəfə idi belə halla qarşılaşırdıq, o da bizim başımıza gəldi"
-
16:54
"Qəbələ" - "Qarabağ": Heyətlər müəyyənləşdi
-
15:47
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
-
14:39
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
-
14:00
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
-
13:12
30 illik nağıl
-
12:56
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
-
12:23
"Sumqayıt" hazırlıqlarını davam etdirir FOTOLENT
-
11:45
Futbolun İnkişaf Fondu 10 yaşında
-
11:08
PSJ-dən 5 qollu qələbə VİDEO
-
10:34
İsa Suliman: “Kapitan sarğısının mənə verilməsi klubun jesti idi”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Qalatasaray"dan darmadağın VİDEO
-
23:09
"Turan tovuz" 3 xalı 3 qolla qazandı VİDEO
-
22:51
Azərbaycan cüdoçusu İtaliyada Avropa çempionu olub
-
21:44
Prezident İlham Əliyev İspaniya millisini belə mükafatlandırdı FOTOLENT
-
21:17
Kurban Berdıyevdan qələbə şərhi
-
20:25
“Turan Tovuz” “Sabah”ı məğlub etdi
-
19:36
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
-
19:00
İspaniya millisi Bakıda dünya çempionu oldu
-
18:42
II Liqada həftənin hakimləri
-
18:05
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
-
17:18
Tovuzda heyətlər açıqlandı
-
16:59
Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
-
16:33
Zəngilanda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib
-
15:24
Sabiq “Sumqayıt”lı Hindistan klubunda
-
14:41
AMADA antidopinq təhsilində süni intellektin tətbiqi ilə bağlı beynəlxalq vebinarda təmsil olunub
-
14:15
Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb
-
13:57
Famil Xəlilov: “Əsas işi klublar görməlidir”
-
12:36
DÇ: Millimiz Əfqanıstana uduzdu, 84-cü oldu
-
12:00
"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
-
11:25
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
-
11:12
“Marafon”dan ilk
-
10:48
Denis Marandiçi: “Ağır zədədən sonra mübarizələrdən qorxmuram”
-
10:23
Ronaldo het-trik etdi VİDEO
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Zamiq Əliyevin komandası liderliyə yüksəldi
-
09:31
"Fiorentina" - "Atalanta" matçında 4 qol VİDEO
-
09:17
Cüdoçularımızın Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşib
31.10.2026
30.10.2026
























