Ölkə futbolu
Aslan Kərimov: “Millinin nəticələri ürəkaçan olmadığı üçün azarkeşlər stadiona gəlmək istəmir”
“Millimiz yaxşı oyun nümayiş etdirdi. Belçika kimi komandaya qarşı oyunda qol imkanları yaratdıq. Rəqibə isə az imkan verdik. Kuryoz qol buraxsaq da, bu oyunda xal qazana bilərdik”.
Futbolxeber.az saytına müsahibəsində bu sözləri futbol mütəxəssisi Aslan Kərimov milli komandamızın Avro-2024-ün seçmə mərhələsində Belçikaya qarşı keçirilən oyununu (0:1) şərh edərkən deyib.
Yığmamızın sabiq üzvü Belçika ilə görüşdə bəxtimizin gətirmədiyini bildirib: “Belə oyunlarda ələ düşən fürsətləri dəyərləndirməlisən. Xallar qazanmaq üçün müdafiəni toxunulmaz saxlamaq məcburiyyətindəsən. Yalnız bu səviyyədə uğurlar qazanmaq olar. Azərbaycan millisi İspaniya deyil ki, 6-7 qol fürsəti yaradıb birini qola çevirsin. Belçika ilə oyunda yaxşı qol imkanlarımız olsa da, bəxtimiz gətirmədi”.
A.Kərimov millinin 6500 azarkeş tutumuna malik olan “Dalğa Arena”nı doldura bilməməsinin səbəbini belə izah edib: “Nəticələrimiz o qədər ürəkaçan olmadığı üçün azarkeşlər stadiona gəlmək istəmir. Bu, başadüşüləndir. Milli komandanın həmişə azarkeş dəstəyinə ehtiyacı var. Azarkeşlər çox olan oyunda milli komanda daha yaxşı performans göstərir. Oyunçular bu məsuliyyəti hiss edir. Belə bir hal olmadıqda onlar məyus olur. Səbəb yalnız oyunların nəticəsidir”.
Kərimov millinin formasını geyərkən Bakıda Belçika millisinə qarşı keçirdikləri görüşü yaxşı xatırladığını söyləyib: “Əlbəttə, həmin matçı yaxşı xatırlayıram. Bizim dövrümüzdə sonradan dünya reytinqinə başçılıq edəcək Belçika millisinin təməli yeni qoyulurdu. O dövrdə gənc oyunçuları var idi. Lukaku heç yox idi (gülür). İndi o, qocaman oyunçuya çevrilib. Həmin futbolçular sonrakı illərdə daha da inkişaf edərək dünyanın ən yaxşılarına, bir nömrəli komandasına çevrilə bildilər. Mənim dövrümdə qarşılaşdığımız Belçika perspektivli, gənc amma güclü olmayan milli komanda idi”.
Millimizdən fərqli olaraq, bu gün Moldova, Qazaxıstan kimi kollektivlər Avro-2024-ə vəsiqə uğrunda mübarizə aparırlar. Aslan Kərimov bu məqama da toxunub: “Moldovanın millimizdən irəli olması fikri ilə razı deyiləm. Moldova, Estoniya, Belarus kimi kollektivlər aşağı-yuxarı bizimləm eyni səviyyədədirlər. Qazaxıstan isə son illərdə daha yaxşı nəticə göstərməyə çalışır. Onların yaxşı performans göstərməsi, nəticə qazanması düşdükləri qrupla əlaqəlidir. Zamanında bizim də belə yaxşı nəticələr qazandığımız vəziyyətlər olub. Qrupda zəif, sənə uyğun komandarla düşəndə, nəticə də yaxşı olur. Azərbaycan millisinin qrupda 9 xal yığdığı vaxtlar olub. Milli komanda Robert Prosineçkinin vaxtında pis nəticələr əldə etməmişdi. Mənə elə gəlir ki, Qazaxıstanın oyunçuları daha yaxşı çempionatlarda çıxış edirlər. Düzdür, heyətdə yerli çempionatda, "Astana"da çıxış edən futbolçular da var. Ümumiyətlə futbol infrastrukturu olaraq Qazaxıstan Azərbaycandan öndədir. Stadionları daha çoxdur, futbolun inkişafına dəstək olurlar”.
Veteran yarımmüdafiəçi sabah millimizin İordaniyaya qarşı keçirəcəyi yoldaşlıq oyunundan da söz açıb: “Adi yoldaşlıq oyunudur. Düşünürəm ki, İordaniya millisi ilə oyun təcrübə baxımından, futbolçuların hazırlığı baxımından kömək ola bilər. İordaniya yığmasının hazırkı vəziyyətindən xəbərdar deyiləm. Rəqibi məğlub edə bilərik. Yəqin ki, de Byazi bu matçda Belçika ilə görüşdə ehtiyatda olan, gənc oyunçulara şans verəcək. Digər tərəfdən də bu cür matçlar gənc oyunçuların özünü göstərməsi üçün əsl platformadır”.
Azad NURİYEV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
- Maksimov məğlubiyyəti şərh etdi
-
10:17
Yenidənqurmadan sonra Xankəndidə keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
-
09:52
İslam Nəcəfquliyev və Vilayət Rəhimli beynəlxalq hakimlik dərəcəsi əldə ediblər
-
09:30
Azərbaycanın yeniyetmə cüdoçuları Yaponiyada təlim-məşq toplanışına başlayıblar
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
-
21:42
Millimiz Latviyaya məğlub oldu
-
20:49
"Şamaxı"dan əzmkar heç-heçə VİDEO
-
20:11
“Çempionatın ən gənc komandasıyıq”
-
19:26
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi
-
19:00
“Araz-Naxçıvan”ın futbolçusu üçün yubiley
-
18:37
"Sumqayıt" səfərdən 1 xalla qayıtdı VİDEO
-
18:16
Filipe Kandido: “Rəqibdən yaxşı oynadıq, amma bu, qələbə üçün kifayət etmədi”
-
15:43
Şahrudin Məhəmmədəliyev 100-ə çatdı
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
10.11.2026
09.11.2026
08.11.2026





















.jpeg)

.jpg)
