2 Fevral 2026, Bazar ertəsi
"Qarabağ" yeni transfer edir
"Qarabağ" və "Neftçi"dən qələbə
"Sumqayıt"da gözlənilməz ayrılıq
Yuri Vernidubdan qələbə şərhi

Ölkə futbolu

“Neftçi Arena”da renovasiya işlərinə start verilib

“Neftçi”nin ev oyunlarını keçirdiyi “Neftçi Arena”da kiçik renovasiya işlərinə start verilib.

Futbolxeber.az saytının klubun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, bu proses Premyer Liqanın 7-ci turu çərçivəsində sentyabrın 22, 23 və ya 24-də “Zirə” ilə keçiriləcək növbəti ev matçınadək davam edəcək. Ot örtüyündə əsas yenilənmənin isə mövsümün ortasında yaranacaq təxminən 1 aylıq fasilə zamanı aparılması planlaşdırılır.

“AgroSport” şirkətinin aparıcı aqronomu Qadir Kərimov “Neftçi TV”yə açıqlama verib:

“Neftçi”nin son oyunundan sonra, ertəsi günü yenilənmə işlərinə başladıq. Bu proses üç gündür davam edir. Toxumlama, qumlama, gübrələmə işlərimiz artıq yekunlaşıb. Bir neçə proses qalıb. Qısa müddət vaxtımız olduğu üçün yüngül renovasiya işləri aparırıq. Bir neçə prosesdən sonra, demək olar ki, hazır olacaq. Oyunadək meydançanı hazır edəcəyik”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28