Ölkə futbolu
Tahir Süleymanov: “Hakim səhvləri ilk turdan baş verir, bu, yaxşı əlamət deyil”
Sabiq FİFA referisi Tahir Süleymanovun Futbolxeber.az saytına müsahibəsi
- Azərbaycan Premyer Liqasında artq 3 tur geridə qalıb. Mövsümün startını necə dəyərləndirərdiz?
- Çempionatın startından cəmi 3 tur keçib, dəqiq diaqnozun qoyulması tezdir. Dörd komanda avrokuboklarda çıxış edirdi, yeni formalaşan, heyətini dəyişən komandalar var. İddiasından asılı olmayaraq, bütün komandalar heyətinə çoxsaylı legioner futbolçular transfer edib. Görünən odur ki, öncədən də bildirildiyi kimi, yeni mövsümdə komandalar arasında rəqabət daha çox olacaq. Yerli futbolçular, əsasən də gənclər, kölgədə saxlanılmamalı, istedadlı, bacarıqlı futbolçulara oynamağa şərait yaradılmalıdır. Turnir cədvəlində göründüyü kimi, "Zirə", "Sumqayıt" (iki oyun) maksimum nəticə göstərib, "Turan-Tovuz" səfərdə xal ehtiyatını toplayır. İki cəbhədə mübarizə aparan liderlərin hamısı ilk turlardan itkilərlə üzləşib. "Qarabağ" minimum Konfrans Liqasının qrupunu təmin edərək 6 xal toplayıbsa, "Sabah" məğlubiyyətsiz davam edirsə, "Neftçi"nin autsayderlər sırasında olması qəbuledilməzdir. "Qəbələ", "Səbail"in də uğursuz startı qeyd edilməlidir. İtirilmiş və ya qazanılmış xallar finişdə öz təsirini göstərəcək. Ən önəmli məqam, çempionata uğurlu başlayanlar, xalların qazanılması ilə birgə özünəinamlarını artırır, məğlub olanlar isə psixoloji və faktiki çətin vəziyyətə düşür, öndə olanlara çatmaq problemi ilə üzləşir. Bu amil qarşıdakı turlarda özünü göstərəcək.
- Mövsüm yenicə start götürsə də, artıq hakimlərlə bağlı ciddi narazılıqlar var. İlk iki turda yalnız “Səbail” hakimlərdən narazılıq edirdisə, üçüncü turda həm “Qarabağ” - “Araz-Naxçıvan”, həm də “Sabah” - “Neftçi” oyununda ciddi hakim səhvləri yaşandı. Bu qərarları necə şərh edərdiniz?
- Hakim səhvləri ilk turdan baş verir. Bu, hakimlik adına yaxşı əlamət deyil. Tarixən çempionatın startı idarəçilik adına rahat keçir və keçməlidir. Hər mövsüm olduğu kimi, əksər komandalar ilk dövrələrdə "hələ qarşıda oyunlar çoxdur" düşüncəsi ilə xallarını saymırlar. Bu yanaşma hakimlərin işinə yarayır. Son mövsümlər hakimlərin kobud səhvləri 5-6 turdan sonra deyil, daha tez özünü büruzə verir. Çempionatın gərgin keçəcəyini nəzərə aldıqda, Hakimlər Komitəsi düşünməlidir. Çoxlarının nəzərindən qaça bilər, I, II liqa, əvəzedicilərin yarışlarının keçirilməsi hakimlərin üzərinə əlavə yük olacaq. Nəinki keyfiyyət, elə anlar yaşana bilər ki, ədalət təmsilçiləri arasında say problemi yaşansın. Bu da hakimlərin fiziki, psixoloji, əlavə yüklənmələrinə gətirib çıxaracaq, oyunlarda nəticəyə təsir edə biləcək səhvlər daha da çoxalacaq. Klublar indidən buna hazır olmalıdır.
- Demək olar ki, “Qarabağ”la oyunda hakim təmiz penalti verməməklə "Araz-Naxçıvan"a qarşı ədalətsizlik etdi?
- Epizodları geniş şərh etməyə ehtiyac yoxdur, VAR-lı çempionatda belə hallar yaşanmamalıdır. Son mövsümlər klub futbolunda qəribə tendensiya yaranıb, problemləri jurnalistlər, ekspertlər, azarkeşlər qabardır ancaq. Ara-sıra məşqçilər gileylənir, onlar da sarı və ya qırmızı vərəqələrlə cəzalandırılır. Klub cavabdehləri, rəsmiləri susur, ən yaxşı halda, "federasiya, Hakimlər Komitəsi bilər" açıqlamaları ilə özlərini pis etmir, kreslolarını qorumaq haqqında düşünürlər. İstənilən oyunda hansısa komandaya qarşı ədalətsizliyi, qanunlar çərçivəsində, ilk öncə klub qabartmalı, məşqçi / futbolçu / tərəfdarlarını müdafiə etməyi bacarmalıdır. Söhbət, Premyer Liqaya yeni qayıtmış "Araz-Naxçıvan"dan getmir, demək olar, bütün komandalara aiddir. Klublarda çalışan, nə işlə məşğul olduqları bilinməyən, futboldan anlayışı olan/olmayan saysız-hesabsız səlahiyyətli rəsmilər var. Suallar ilk olaraq klublara ünvanlanmalıdır. Hər bir vəzifəli şəxs klub qarşısında qazandığının haqqını verməlidir. Öncəki illərdə, o qədər belə hallar yaşanıb ki, jurnalist, ekspert obyektiv mövqeyini bildirir, klub nümayəndəsi isə çıxıb deyir ki, bizim heç bir etirazımız, şikayətimiz yoxdur. Futbol ictimaiyyəti, azarkeşlər arasında obyektiv, çəkinmədən sözünü deyənlər olurlar "qərəzli". Klublar buyursunlar, özlərini müdafiə etsinlər, fikirlərini bildirsinlər, davamını sonra biz gətirək...
- Bəs "Sabah"ın müdafiəçisi Amin Seydiyevə aşkar qırmızı vərəqə verilməyən epizoda münasibətiniz necədir?
- Yuxarıda qeyd etdiklərim, eynilə bu oyuna da aiddir. Siz "Sabah"ın qırmızılıq epizodunu qeyd edirsiniz, baş məşqçi Murad Musayev isə oyundan sonra hakimlikdən narazılığını bildirir. Həmkarı Mutu və ya ""Neftçi" rəhbərliyi, rəsmilərindən münasibət yoxdur. Klub fəaliyyəti tək transferlərdən ibarət deyil, qaydalar çərçivəsində komanda qorunmalıdır ki, futbolçular meydanda rahat oynaya, nəticələrini qazana bilsinlər. Qırmızı epizodu ilə bağlı konkret sual verirsiniz, cavabsız qalması doğru olmaz. Referi Amin Seydiyevin hərəkətini "rəqibi vurmaq, vurmağa cəhd etmək" deyil, Sinyaşiki əlləri ilə itələmək kimi qələmə verdi. Baxmayaraq ki, müdafiəçinin aqressiv hərəkəti artıq "qırmızı"ya çəkirdi. Baş məşqçinin isə təhqirə yol verməyibsə, etdiyi hərəkəti qırmızı yox, sarı vərəqəlik idi. Baş hakim məşqçi-futbolçu arasında yerdəyişmə etdi. Bir daha vurğulayıram, klublar öz komandalarını müdafiə etməyi, qaydalar çərçivəsində sübut etməyi bacarmalıdır. Məsələ tək hakim idarəçiliyindən getmir, ümumi klub yanaşması belə olmalıdır.
- Bir qədər də müsbət məqamlara toxunaq. Bu mövsüm, “Qarabağ” ardıcıl 10-cu dəfə avrokubokların qrup mərhələsində ölkəmizi təmsil edəcək...
- Azərbaycan futbolu və klub adına böyük göstəricidir. İstərdim ki, "Qarabağ" tək olmasın, iddialı klublarımız arasında rəqabət tək daxili çempionatda deyil, paralel olaraq qrup çıxışlarında da davam etsin. Komandanın Avropada artıq yetərincə təcrübəsi var, əvvəlki mövsümlərə uyğun çıxışlarını davam etdirəcəklər.
- Ağdam təmsilçisi bu həftə UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Olimpiya" ilə qarşılaşacaq. Şansları necə görürsüz?
- Minimum vəzifə, qrup mərhələsi təmin edilib. "Qarabağ"ın ən böyük üstünlüyü, psixoloji təzyiq olmadan oyuna rahat çıxması olacaq. "Olimpiya" keçiləsi rəqibdir və ağdamlıların Avroliqa qrupunda təmsil olunması realdır.
Azad NURİYEV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
12.11.2026
11.11.2026
10.11.2026
























