Ölkə futbolu
AFFA (y)atır, hakimlər batır - REPLİKA
Azərbaycan Premyer Liqasının üçüncü turu hakim biabırçılıqları ilə yadda qaldı. Son oyun günündə ardıcıl 2 matçda futbol adına rəzalət yaşandı.
Əvvəlcə Suraxanıda “Qarabağ” - “Araz-Naxçıvan” matçını idarə edən Nicat İsmayıllı “oyun çıxardı”. Belə ki, birinci hissənin sonlarına yaxın “Qarabağ”ın müdafiəçisi Rahil Məmmədov rəqib hücumçu Elvis Maşikeyə qarşı cərimə meydançasının daxilində kobud oynadı. Maşikenin yerdə qaldığı epizodda penalti olduğu hətta “Media sektor”dan da görünürdü. Nicat İsmayıllının fitinin susmasını bəlkə də hardasa başa düşmək olar. Ola bilər epizodu dəqiq görməyib, yaxud gənc olduğu üçün əmin olmadan fitini səsləndirmək istəməyib. Bəs VAR? Futbolu həvəskar səviyyədə bilən jurnalistlərin bircə dəfə təkrarına baxdıqdan sonra birağızdan 100 faizlik penalti kimi dəyərləndirdiyi epizodu VAR-da oturan Tural Qurbanovla Vüsal Məmmədov necə görməyə bilər? Baş hakimin penalti təyin etməməsi bir ayıbdısa, VAR-ın bu epizoda reaksiya verməməsi ikinci ayıbdı...
“Qarabağ” - “Araz-Naxçıvan” qarşılaşmasındakı ikinci mübahisəli penalti epizodu matçın sonlarında yaşandı. Cərimə meydançasının daxilində top “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Kadiri Mohammedin əlinə dəysə də, referinin fiti yenə də susdu. İlk hissədə olduğu kimi, bu dəfə də VAR-dan hər hansı səs-soraq çıxmadı. Halbuki topun ələ dəydiyi aşkar görünürdü. Hətta hər zaman səbrli, təmkinli olmağı ilə seçilən Qurban Qurbanov belə bu epizoda əllərini havaya qaldırmaqla etiraz etdi. Ümumiyyətlə, kənardan belə təəssürat yaranırdı ki, sanki Suraxanıdakı matçda VAR yoxdu. İki aşkar penalti epizoduna VAR-dan reaksiya gəlməməsi məhz belə düşünməyə əsas verir.
Növbəti hakim fiaskosu Masazırda yaşandı. Bəlkə də Nicat İsmayıllının səhvlərini gəncliyinə, təcrübəsizliyinə bağlamaq olar. Amma “Sabah” - “Neftçi” qarşılaşmasındakı rəzalətin “müəllifi” Əliyar Ağayev ölkənin 1 nömrəli hakimidi. Lakin dünənki səhvləri nə onun adına, nə də təcrübəsinə yaraşdı. Çünki oyunun ən qalmaqallı epizodunda Ağayevin hər iki vərəqə qərarı yanlış idi. Əvvəla, Murad Musayevə o epizodda qırmızı yox, sarı vərəqə düşürdü. Normalda adi vəziyyətdə “Sabah”ın baş məşqçisinin hərəkətinə vərəqə düşmür. O qədər meydanın kənarda məşqçilərin topa toxunuşuna şahidlik etmişik ki. Musayevin vəziyyətində ona görə sarı vərəqədi ki, o, “Neftçi”nin futbolçusu aut atmağa hazırlaşarkən topa toxundu. Amin Seyidovun hərəkəti isə 100-də 100 qırmızı vərəqədi. O epizodda heç mübahisə etməyə belə dəyməz. Görəsən, Əliyar Ağayev Murad Musayevə qırmızı, Amin Seydiyevə isə sarı vərəqə göstərməsini hansı məntiqlə izah edəcək? Bunu izah etmək mümkün də deyil!
Bir sözlə, dünən Azərbaycan futbolu, Azərbaycan Premyer Liqası, Azərbaycan hakimliyi adına növbəti rəzalət yaşandı. Günahın bir qismi də AFFA Hakimlər Komitəsindədi. Normal hazırlıq keçməyən hakimlərdən necə yüksək idarəçilik gözləmək olar? Yay fasiləsində AFFA-nın hakimləri xarici ölkələrdən birinə təlim-məşq toplanışına göndərəcəyi bildirilirdi. 3 fərqli ölkənin hazırlıq üçün adı çəkilsə də, sonradan toplanışda səs-soraq çıxmadı. Hakimləri aldadan, onların hazırlıq prosesinə zərbə vuran AFFA gözdən pərdən asmaq üçün ədalət qoruyucularını seminarla “yola verdi”. Təbii ki, seminar təlim-məşq toplanışının yerini verə bilməz. Bir anlıq düşünün: hansısa Premyer Liqa klubumuz yay fasiləsində hazırlıq üçün toplanışa getmir, əvəzində oteldə yığışıb seminarla kifayətlənir. Bu halda həmin komandanın vəziyyəti necə olar?
Ümumiyyətlə, son vaxtlar bir çox vacib məsələlərlə bağlı AFFA-da axsamalar hiss olunur. Bu isə baş katib Sərxan Hacıyevin adı ilə əlaqələndirilir. Deyilənlərə görə, AFFA-nın prezidenti Rövnəq Abdullayev Sərxan Hacıyevi ciddi fiqur kimi qəbul etmir. Məhz bu səbəbdəndir ki, bir çox məsələləri S.Hacıyev həll etməkdə çətinlik çəkir. Hacıyevin səriştəsizliyinin əziyyətini isə indiki halda hakimlər çəkir...
İbrahim CƏFƏROV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- Nuriyev Macarıstan klubunda
- “Zirə”də gözlənilməz ayrılıq
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- “Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
- “Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
- “Neftçi”nin yeni transferi: “Atam həmin futbolçunun fanatı olduğu üçün məni belə adlandırıb”
- Şeydayevin yeni klubu müəyyənləşdi
- DÇ-2026-da yarımfinalın ilk cütü müəyyənləşdi
-
19:48
Güləşçilərimiz Buxarestdə 5 medal qazanıblar
-
19:25
I Liqa klubundan “Kəpəz”ə
-
18:56
Qurban Qurbanovun mətbuat konfransının vaxtları müəyyənləşdi
-
18:33
Valdas Dambrauskas: “Sabah tarix yazmaq istəyirik”
-
18:19
“Qəbələ” braziliyalı müdafiəçi transfer etdi
-
17:42
"Mançester Siti" onu icarəyə verdi
-
17:00
Azərbaycanı Avropa çempionatında 13 boksçu təmsil edəcək
-
16:24
"Karvan-Yevlax" daha bir futbolçunu heyətinə qatdı
-
16:11
Boyan Letiç "Araz-Naxçıvan"da
-
15:57
Azərbaycan klubu Daniel Çexlə güclənib
-
15:38
Valensiya "Boka Xuniors"a keçdi
-
15:05
"Karvan-Yevlax"dan növbəti transfer
-
14:46
Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
-
14:23
Ağadadaş Salyanski “Araz-Naxçıvan”da
-
13:59
“Səbail” Boluya yollandı
-
13:32
PFL Premyer Liqanın sponsorunu açıqladı
-
13:14
“Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdi
-
13:00
Çimərlik voleybolçularımız Türkiyədə beynəlxalq turnirdə iştirak edəcəklər
-
12:41
“Sumqayıt”dan Hindistana üz tutdu
-
12:27
İki boksçumuz Qazaxıstanda qızıl medal qazanıb
-
12:15
"Sabah"ın rəqibi Bakıya gəldi
-
11:58
“İmişli”ni “Dnepr”ə dəyişdi
-
11:36
Cüdoçularımız Almatıda təlim-məşq toplanışında iştirak edir
-
11:03
Kostyuk: “Qarabağ” yaxşı müdafiə olunur”
-
10:42
Cəlal oynadı, komandası qalib gəldi
-
10:29
Bayramov "Bursaspor"da rəsmi debüt etdi
-
10:14
Duran Şotlandiya çempionatında ikinci oyuna çıxdı
-
09:51
“Dinamo” Bakıya qələbə ilə gəlir
-
09:30
Cüdoçularımız Avropa Kubokunu 7 medalla başa vurublar
-
20:15
Elvin Cəfərquliyevin durumu bəlli oldu
-
19:41
Ramil Şeydayev: “Azərbaycan millisini seçdiyimə peşman deyiləm”
-
18:29
“Turan Tovuz”dan növbəti transfer
-
13:56
Yuri Maksimov: "Qarabağ" mənə bir qədər "Şaxtyor"u xatırlatdı"
-
13:00
"Barselona" - "Nottingem Forest" matçında tək qol VİDEO
-
12:32
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:14
"Real" "Ferentsvaroş"a qalib gəldi VİDEO
-
11:47
"Turan Tovuz"dan ayrıldı, "Rusenborq"a keçdi
-
11:23
"Qalatasaray" öz meydanında "Vilyarreal"la bacarmadı VİDEO
-
11:08
Azərbaycan və Dünya Atletikası arasında əməkdaşlıq müzakirə edilib
-
10:55
Voleybol millimiz Bakıda iki yoxlama oyunu keçirib
-
10:31
Ramon Maçadonu yeni klubu müəyyənləşdi
-
10:19
Nuriyev oynadı, komandası uduzdu
-
10:00
Azərbaycan cüdoçusu Avropa Kubokunda bürünc medal qazanıb
-
18:00
"Arsenal"dan növbəti transfer
-
17:35
Messinin atası vəfat edib
-
16:08
Koxalski “Qarabağ”dan ayrılmağa yaxındır
-
15:26
Qızlardan ibarət basketbol millimiz Estoniyaya qalib gəlib
-
14:51
"Mançester Yunayted" onunla vidalaşdı
-
13:42
“Qarabağ” Bikalyo üçün milyonluq təklifləri rədd edib
-
13:14
"Ganja Cup 2026" üzgüçülük yarışı keçirilib
10.08.2026
09.08.2026
08.08.2026
























