11 Mart 2026, Çərşənbə
Millimizdə portuqaliyalı baş məşqçi
“Sumqayıt”ın dərdi nədir? - QEYD
Vernidub: "Məğlubiyyətə layiq deyildik”
Kurban Berdıyevdən qələbə şərhi

Ölkə futbolu

Elmar Baxşıyev: "Hücum xəttinə futbolçu axtarırıq"

Azərbaycan Premyer Liqasının III turu çərçivəsində evdə "Sumqayıt"a 1:2 hesabı ilə məğlub olan "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

- İlk yarıda istədiyim komandanı görmədim. Fərq 2 topa qədər yüksəldikdən sonra istədiyim "Qəbələ"ni gördüm. Razı deyiləm. Komanda şəklində 3 məğlubiyyətdən ibarət acı seriyanı qırmalıyıq.

- Fasilədə nəyi dəyişdiniz?

- Qlobal bir şey olmadı. Sadəcə, daha aqressiv olmaq lazım idi. Məncə, bəxt qonaqların tərəfində oldu.

- Komanda psixoloji təzyiq altındadı?

- Xeyr, psixoloji təzyiq olsa, 90 dəqiqə bu gərginliyi yaşayardıq.

- Rəşad Əzizliyə şans tanımamağınızın səbəbi nədədi?

- Zədə. Onu əvəzedici kimi götürməmişəm. Ona şans verəcəm.

- Qarşıda "Neftçi" və "Zirə" gözləyir sizi...

- İlk 3 turdan sonra belə nəticəmizi heç kəs gözləmirdi. Komandama güvənirəm.

- Yeni transferlər gözlənilir?

- Daha çox hücum xəttinə futbolçu axtarırıq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31