Ölkə futbolu
AFFA-nın baş katibi: “II Liqada daha 14 komanda iştirak etmək istəyirdi”
Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Futbolxeber.az saytının məlumatına görə, toplantıdan sonra qurumun baş katibi Sərxan Hacıyev jurnalitstlərin suallarını cavablandırıb.
- Əvvəlcə İcraiyyə Komitəsinin iclası barədə məlumat verərdiz.
- Müzakirəyə çıxarılan əsas məsələ II Liqa ilə bağlı idi. İcraiyyə Komitəsinin qərarına əsasən bu liqada komanda sayı 12-dən 14-ə artırıldı. Bu müddət ərzində həm AFFA-ya, həm də PFL-ə bir çox komandalar müraciət etmişdi. Onların hamısı ilə tanış olduq, stadionları ilə maraqlandıq. Sonda əlavə iki komandanın II Liqaya buraxılmasına qərar verildi. Onlardan biri “Dinamo” olacaq. Bilirsiz ki, əvvəllər Daxili İşlər Nazirliyinin belə bir komandası fəaliyyət göstərib. İkinci isə Qusar “Şahdağ”ı oldu. Qusar klubu noyabrın sonunadək rayondakı stadionun inşasını yekunlaşdıracağı ilə bağlı təminat verdi. Artıq arenanın böyük hissəsi hazırdı, müəyyən işlər görülüb. Sevindirici haldı ki, stadion investor tərəfindən tikilir. Qusar futbol ənənəsi olan bölgələrdən biridi. Buna görə də İK tərəfindən onların müraciətinə müsbət cavab verildi. “Dinamo”ya gəlincə, son zamanlar bəzi futbolçular hərbi xidmətlə bağlı problemlər yaşayırlar. Həmin futbolçuların ustalıq səviyyəsinin aşağı düşməməsi üçün “Dinamo”da çıxış etmələrinə imkan yaradılacaq. Düzdür, MOİK-də var, hansı ki bu məsələdə bizə köməklik göstərir. Lakin bəzi perspektivli futbolçular MOİK-ə gələ bilmirlər. Buna görə də “Dinamo”nun yaradılması barədə qərara müsbət baxıldı. “Dinamo” tarixi olan klubdur. Ötən əsrin 90-cı illərində ölkə çempionatında çıxış edib.
- Bu 2 klubun infrastrukturu ilə bağlı vəziyyət nə yerdədir?
- “Şahdağ” noyabrın 1-nə kimi ev oyunlarını Şamaxı Olimpiya İdman Kompleksində keçirəcək. Artıq bununla bağlı PFL-lə də söhbət olub. Stadionla tanışlıq olub, arena standartla cavab verir. “Dinamo”ya gəldikdə isə, bu dəqiqə konkret stadion adını çəkə bilmirik. Yalnız onu deyə bilərik ki, komanda Bakı ərazisində məskunlaşacaq. Standartlara cavab verən paytaxt stadionlarından birində ev oyunlarını keçirəcək.
- İcraiyyə Komitəsinin iclasında II Liqadan başqa, digər hansı məsələlər müzakirə olundu?
- II Liqadan başqa yalnız bir məsələ müzakirə olundu. Bu da AFFA-nın infrastruktur layihələri ilə bağlı idi. Müəyyən stadionlar var ki, ot örtükləri ürəkaçan səviyyədə deyil. Həmin ot örtüklərinin dəyişdirilməsi, həmçinin bəzi stadionlarda infrastruktur işləri müzakirə olundu. Bununla bağlı ciddi problemlər var. İnfrastruktur layihələrinin həyata keçirilməsi müzakirə edildi. Az sonra AFFA-nın saytında bu məsələ ilə bağlı açıqlama olacaq.
- II Liqada iştirak etmək istəyən, lakin mənfi cavab alan digər klublarda hansı çatışmazlıqlar mövcud idi?
- Bəli, müraciət edənlər var idi. Lakin mən istərdim ki, hamı bizi anlayışla qarşılasın. Yeni liqa yaradılıb və bu yarışa 14 yeni komanda qatılır. Daha 14 komanda iştirak etmək istəyirdi. Ola bilər bəziləri bizdən inciyib, ola bilər bəziləri çatışmazlıqları qəbul edib. Ona görə xahiş edirəm bizi anlayışla qarşılasınlar. Təəssüf ki, hamını razı salmaq olmur. Bizim çempionatın iştirakçıları ilə bağlı seçimimizdə infrastruktur əsas məsələsidir. Düzdür, hazırda Qusar təmsilçisinin də stadionu yoxdur. Lakin bizə yeni stadionla bağlı təminat verilib.
- Sonda istərdik klublarımızın avrokubok şanslarını dəyərləndirəsiz. Sabahkı qarşılaşmalardan gözləntiləriniz nədir?
- İlk növbədə klublarımızın hər birinə uğurlar arzu edirik. Hamısından qələbə gözləyirik. İlk matçda 3 klubumuzdan 2-si qələbə qazandı. Bu, sevindirici haldı4. Düşünürəm ki, bu qələbələrin ardı sabahkı oyunlarda da gələcək. “Neftçi”nin rəqibi çox çətindir. Lakin Bakıdakı görüşdə ikinci hissəsini çox yaxşı keçirdilər. Ona görə də sabah “Neftçi”dən gözəıl oyun gözləyirik. Fürsətdən istifadə edib bildirmək istəyirəm ki, Bakıda bir gündə keçirilən 3 avrokubok matçlarının təşkilatçılğım yüksək səviyyədə idi. Bunun üçün həm klublar, həm də dövlət orqanları tərəfindən layiqli işlər aparılmışdı. Biz də AFFA olaraq onlara təşəkkürümüzü bildirik. Xüsusən də Daxili İşlər Nazirliyinə. Onlar yüksək səviyyədə iş gördülər.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
12.11.2026
11.11.2026
10.11.2026
























