18 Yanvar 2026, Bazar günü
"Araz-Naxçıvan"dan 4 qollu qələbə
“Turan Tovuz” ilk oyununda məğlub oldu
U-21 millimiz "Şamaxı"ya uduzdu
"Sumqayıt" "Osiyek"lə bacarmadı

Ölkə futbolu

HİK-in baş məşqçisi: "Bizi "Qarabağ"a qarşı çətin oyun gözləyir"

HİK-in (Finlandiya) baş məşqçisi Toni Korkeakunnas Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində sabah Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri matç haqqında danışıb.

Futbolxeber.az saytının məlumatına görə, 55 yaşlı mütəxəssis jurnalistlərə açıqlamasında deyib:

"Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Polşa çempionu "Rakov"u oyun baxımından hər iki matçda üstələdi. Rəqib bəzən xaotik oynayır. Amma buna baxmayaraq, futbolçuların anlaşması yaxşı səviyyədədir. Bizi səfərdə çətin oyun gözləyir".

Həmçinin o bildirib ki, Deyan İliyev, Valtteri Moren, Oliver Petterson, Matti Peltola, Aleksi Paananen və Roope Riskinin zədə səbəbindən matçı buraxacaq.

Qeyd edək ki, avqustun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - HİK oyunu saat 20:00-da başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31