Ölkə futbolu
Qurban Qurbanov HİK-lə oyun barədə: "Narahat deyiləm"
"Bilirik ki, bizim üçün çox önəmli oyundur. Hazırlığımız pis keçməyib. Futbolçuların durumu yaxşıdır. Hamımız ciddi formada oyuna hazırlaşırıq. Çalışacağıq ki, sabah meydanda ən yaxşısını edək".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov sabah UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində HİK-ə qarşı keçiriləcək oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis komandada müəyyən gərginliyı baxmayaraq, narahat olmadığını bildirib: "Ardıcıl 2 uğursuz oyundan sonra sabahkı matçda komandada gərginlik olmayacağını desəm, yalan olar. Amma biz peşəkarıq, belə hallarla üzləşmişik. İllərdir ki, bu yolla gəlirik. Mənim narahatçılığım yoxdur. Bilsəm ki, komandamın oyununu itirib, gücü yoxdur, o zaman narahat olaram. Yox, biz heç bir rəqibdən çəkinmiriksə, onlara qalib gəlmək gücündə olduğumuzu biliriksə, narahatçılığımız nə gərək var? Amma hər məğlubiyyətdən, düşünmədiyimiz hesablardan sonra gərginlik hiss olunur. Sabah yaxşı oyun göstərmək istəyirik. Bəlkə sürət, dinamik istədiyimiz kimi olmasın. Amma sabah 90 dəqiqə meydandakı oyuna köklənib, səhvlərdən uzaq olmaq istəyirik".
O, sabah yenidən Tofiq Bəhramov adına Respublika stadionunda oynamalarına belə münasibət bildirib: "Əvvəl də demişdim ki, bizim üçün Bakının hər yeri doğmadır. Əlbəttə ki, "Tofiq Bəhramov"a daha tanışıq. Orada da çoxdandır ki, oynamamışıq. Hər bir halda stadionun durumu yaxşı idi, pis deyildi. Məşqimiz etmişik. İnanıram ki, bu məqamın faydası olar".
Q.Qurbanov 2 il əvvəl HİK-in "Neftçi" ilə oynamasının ciddi əhəmiyyət kəsb etmədiyini vurğulayıb: "Keçmişə çox da baxmadıq. Bu gün futbol elə səviyyəyə gəlib ki, ildən-ilə dəyişikliklər olub. Bugünkü komandanın durumu ilə yaxından tanış olmağa çalışdıq. Hər komandanın təcrübəsi artır. Düşüncəmiz sırf bugünkü HİK-lə bağlıdır. Bu komandanın təhlükəli oyunçuları, hücumları var. Onlara diqqət ayırmışıq".
"Qarabağ"ın çalışdırıcısı heyətdə ciddi problemlərinin olmadığını qeyd edib: "Futbolçuların durumu pis deyil. Ciddi problemi olan oyunçu yoxdur. Zədəliləri bilirsiz. Son çempionat oyununda bəzi futbolçularda mikro zədələr var. Lakin bunun sabahkı oyuna mane olacağını düşünmürəm. Heyətdə ciddi dəyişiklik gözlənilmir".
O, Finlandiya çempionunun müdafiə xəttinin güclü olduğunu söyləyib: "İndi rəqibin güclü, yaxud zəfi tərəflərini desəm; düzgün çıxmaz. Amma rəqibin çox yaxşı kollektiv müdafə xətti var. "Rakuv"un oyun stilinə yaxın futbol sərgiləyirlər. Sürətli oyunçuları var. Buna diqqət etməliyik".
Qurbanov “Rakuv”la oyun və “Zirə”yə məğlubiyyətindən sonra tənqidlərə məruz qalması barədə sualı belə cavablandırıb: "Bakını, vətənimi çox sevirəm. Biz hamımız bu vətənin övladlarıyıq. Narazılıq, etiraz edirlərsə, övlad kimi düzgün bunu qəbul edirik. Biz də vətən üçün çalışırıq ki, məsuliyyətli olaq. Bacardığımızdan da artığını etməliyik ki, bizim vətənimizə, xalqımıza az da olsa, faydamız dəysin. Bunu hər zaman şərəflə yerinə yetirməyə çalışmışam. Sırf bu məsələ haqda çox da fikir bildirmək istəmirəm. Normal hallardır. Mən azərbaycanlılarımı və vətənimi çox sevirəm".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Berdiyev məğlubiyyəti şərh etdi
- Millimiz Çexiyaya məğlub oldu
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
- "Şamaxı" və "Sumqayıt"dan qələbə
-
16:00
Ammar Baxşalıyev batut gimnastikası üzrə dünya çempionatının finalına yüksəlib
-
15:42
Portuqaliya millisi son 12 ildə belə uduzmamışdı
-
15:26
Ukrayna millisinin baş məşqçisi Kaşukun debütunu dəyərləndirdi
-
15:05
İnfantino yenidən FİFA prezident seçilir: 180-dən çox federasiya ona səs verəcək
-
14:33
Kurçinin yeni klubu müəyyənləşdi
-
14:14
Tağızadə Sloveniyada növbəti oyununa çıxdı
-
13:41
“Yuventus”un müdafiə xəttinə 3 namizəd
-
12:57
"Sumqayıt" məşqlərini davam etdirir FOTOLENT
-
12:28
Kaşuk Ukrayna millisində debüt etdi
-
12:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:32
“Qarabağ”ın qapıçısı Qyökereşin penaltilərinin qarşısını ala bilmədi
-
11:16
Gürcüstan öz meydanında Macarıstana uduzdu VİDEO
-
11:00
Bir qələbədən daha artığı
-
10:45
Kosovo - İsrail matçında qalib aşkarlanmadı VİDEO
-
10:23
“Qarabağ”ın vingeri Meksika millisinə qol vurdu
-
09:54
Azərbaycan gimnastları Çindəki yarışda bürünc medal qazanıblar
-
09:31
Danimarka millisi Portuqaliyanı darmadağın etdi VİDEO
-
09:17
“Sumqayıt”ın kapitanı “SAFF Championship 2026”nın finalında
-
22:43
Keçən dəfə ikisinə 14, bu dəfə hərəsinə 4
-
20:39
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat aldı
-
19:11
“Milan” Rabyoya yeni müqavilə təklif etdi
-
19:00
U-21 yığmamız Omanı məğlub etdi
-
18:28
Xavi: “Almaniya ilə oyun bizim üçün ciddi test olacaq”
-
17:57
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb
-
17:12
Dadaşovun komandası 13 gün sonra yekunlaşan görüşdə qələbə qazandı
-
16:46
Basketbol millimiz İrlandiyaya uduzdu
-
16:35
“Şahdağ Qusar” “Şəfa”ya qalib gəldi
-
15:24
Region cüdoçuları üçün "Təhlükəsiz idman" mövzusunda maarifləndirici seminar keçirilib
-
15:03
“Turan Tovuz”un qapıçısından inamlı oyun, komandası finalda
-
14:19
Salah rekorda imza atdı
-
13:51
Rövşən Nəcəf millimizi təbrik etdi
-
12:48
“Mançester Yunayted” Poçettinonun təyinatı üçün 12 milyon dollar xərcləyib
-
12:27
"Neftçi"nin sabiq futbolçusu Braziliya klubunda
-
12:00
Mutsinzi və Mikels Malidə məyus oldular
-
11:32
İtaliya millisinin heyətində itki
-
11:16
Ronaldonun oğlu Portuqaliyanın U-17 millisində debüt etdi
-
10:54
Argentina öz meydanında Uruqvaya uduzdu VİDEO
-
10:25
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:03
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub
-
09:41
Marandiçi yenə Pokatilov üzərində qələbəyə sevindi
-
09:19
Millimizin qələbəsi VİDEO
-
09:00
“Qarabağ”ın müdafiəçisi 90 dəqiqə meydanda oldu
-
02:27
Ayxan Abbasov: “90+6-cı dəqiqədə Emilə deyə bilmərik ki, oyunu tez başlat”
-
01:38
Millimiz Lixtenşteynə qalib gəldi
-
22:52
Lixtenşteyn - Azərbaycan: Heyətlər açıqlandı
-
20:35
Krivostyuk heyətdən çıxarıldı
-
19:41
PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında iştirak ediblər
-
18:24
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
18:00
Samir Abasov: “Görün, nə günə qalmışıq ki, artıq ümidimiz Lixtenşteynlə görüşədir"
-
17:37
Asim Xudiyev yeni təyinat alıb
15.11.2026
14.11.2026
13.11.2026
























