20 Yanvar 2026, Çərşənbə axşamı
Millimiz FİFA reytinqində neçəncidir?
"Ayntraxt" Bakıda məşq etməyəcək
"Araz-Naxçıvan"dan 4 qollu qələbə
“Turan Tovuz” ilk oyununda məğlub oldu

Ölkə futbolu

"Qarabağ" HİK-lə oyunlar üçün 24 futbolçu sifariş etdi

"Qarabağ" Avropa Liqasının üçüncü təsnifat mərhələsinin HİK-lə (Finlandiya) oyunlar üçün sifariş ərizəsini UEFA-ya göndərib.
 
Futbolxeber.az saytının məlumatına görə, siyahı UEFA-nın rəsmi saytının oyunla bağlı proqramında yayımlanıb.
 
Baş məşqçi Qurban Qurbanov heyətə 24 futbolçunun adını daxil edib. Lakin onlardan ikisi - Marko Veşoviç və Abbas Hüseynov zədəli olduqlarından həmin qarşılaşmaları buraxmalı olacaqlar. 
 
HİK-lə matçlar üçün "Qarabağ"ın iştirak ərizəsi aşağıdakı kimidir:
 
Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Luka Quqeşaşvili, Amin Ramazanov
 
Müdafiəçilər: Rahil Məmmədov, Maksim Medvedev, Bəhlul Mustafazadə, Marko Veşoviç, Abbas Hüseynov, Elvin Cəfərquliyev, Toral Bayramov, Bədavi Hüseynov, Kevin Medina, Nihad Quliyev
 
Yarımmüdafiəçilər: Julio Romao, Yasin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Adama Diakabi, Leandro Andrade, Ridon Cica, Riçard Almeyda, Patrik Andrade
 
Hücumçular: Hamidu Keyta, Juninyo
 
Xatırladaq ki, "Qarabağ"la HİK arasında ilk matç avqustun 10-da Bakıda, cavab görüşü avqustun 17-si Helsinkidə keçiriləcək.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31